Erməni vəhşiliyi nəticəsində Füzuli rayonu Alxanlı kəndində Sahibə Quliyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisi tərəfindən verilən sorğuya cavab olaraq Fransa-Qafqaz Dostluq Qrupunun üzvü Senator Kristof-Andre Frassa açıqlama verib
APA-nın məlumatına görə, o bildirib ki, Qafqaz regionunda dinc sakinlərin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri işlər görülməlidir.
"İstənilən insan tələfatı təəssüf hissi doğurur. Azyaşlıların hədəfdə olması isə xüsusilə ağırdır. Münaqişəni diplomatik yollarla ilə həll olunması indi həmişəkindən daha aktualdır. Qafqaz regionunda dinc sakinlərin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri işlər görülməlidir”, - deyə fransalı senator vurğulayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...