Türkiyədəki iqtisadi sabitlik Fransa üçün vacibdir
Oxu.Az xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makrontürkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bildirib.
Məlumata görə, liderlər telefon danışığı zamanı Ankara və Paris arasında ikitərəfli münasibətləri, həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələlərini müzakirə ediblər.
Ərdoğan və Makron rəhbərlik etdikləri ölkələrin iqtisadi, ticarət və qarşılıqlı investisiya münasibətlərinin genişlənməsinin vacibliyini qeyd ediblər.
Tərəflər qısa müddətdə Türkiyənin xəzinədarlıq naziri Berat Albayrak və onun fransız həmkarı arasında görüşün keçirilməsi ilə bağlı razılıq əldə ediblər.
MilliYol.Az
Digər xəbərlər
loading...