Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisi davam edir
Musavat.com xəbər verir ki, Formula 1 pilotlarının üçüncü sərbəst yürüşü baş tutub.
Yarış əsnasında bir qəza hadisəsi baş verdi. Belə ki, “Williams”ın sürücüsü Sergey Sirotkin idarə etdiyi bolid səddə çırpıldı.
Nəticədə rusiyalı pilot mübarizəni dayandırdı. Onun maşını trasdan götürüldü.
Yarışın sonunda isə “Mercedes”in almaniyalı pilotu Sebastyan Fettel birinci oldu. Alman pilot 1 saat 43 dəqiqə 0,91 saniyə göstərici ilə bütün rəqiblərini qabaqlayıb.
“Mercedes”in digər sürücüsü Lüis Hemilton ikinci, “Ferrari”nin pilotu Kimi Raykkonen isə üçüncü yeri tutub.
Qeyd edək ki, aprelin 28-də ilk sərbəst yürüşü zamanı “Red Bull”un pilotu Maks Ferstappenin idarə etdiyi bolid səddə çırpılıb. Bu gün isə “Formula- 2” yarışında “Campos Vexatec Racing” komandasının pilotları - Luka Qotto və Roy Nissani qəza keçirib.
Bu gün, həmçinin Formula 1 sinfində təsnifat mərhələsi keçiriləcək. Nəticədə sabahkı əsas yarışda pilotların sıra düzülüşü müəyyənləşəcək.
Aprelin 29-da Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.
Digər xəbərlər
loading...