Türkiyədə terrorun beli qırılıb
MilliYol "Report"a istinadən bildirir ki, bunu sabiq müdafiə naziri, hazırda baş nazirin müavini olan Fikri İşıq bildirib.
Onun sözlərinə görə, ancaq Türkiyədə bütövlükdə terrorun və terrorçuların kökünün kəsilib, bitirilməsi lazımdır:
"Biz terrorla mübarizədə böyük zəfər əldə etmişik.
Türkiyədə terrorun beli qırılab, ancaq onun tam sonuclandırılması lazımdır və bu istqiqmətdə də bütün addımlar atılır.
Bu addımların da bəzilərinin iddia etdiyi kimi, seçkilərlə, daxili siyasətlə heç bir əlaqəsi yoxdur. Seçkilər olmasaydı, bu mübarizə aparılmayacaqdı?!
Bu gün artıq Kandil və Menbiclə bağlı əməliyyatlar ortadadır.
Türk əsgərləri artıq Menbicdədir, ABŞ əsgərləri ilə bağlı birgə nəzarət həyata keçirir. Kandildə də terrorçuların məhvi istiqmətində bütün addımlar atılır.
Menbiclə bağlı ABŞ rəhbərliyi dəfələrlə Türkiyəyə söz verdi, amma sözünə əməl etmədi.
Ancaq artıq ABŞ da anladı ki, Menbiclə bağlı verilən sözə əməl etmək lazımdır, yoxsa, Türkiyə tam itirilə bilər.
Yəni, bu gün ABŞ-a Türkiyə lazımdır, Türkiyəyə də ABŞ lazımdır".
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə NTV-yə açıqlamasında Menbiclə bağlı razılaşmanın Türkiyə diplomatiyasının zəfəri adlandırıb.
Digər xəbərlər
loading...