Çərşənbə, 19 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Fərid Şahbazlı: “Düşmənlərimizin sevinməsinə imkan verməməliyik”


“Gəncə şəhərində baş verən hadisələr, yüksək rütbəli iki polis zabitinin şəhid olması Azərbaycan dövlətçiliyinə qarşı törədilmiş böyük təxribatdır. Bu hadisələrin günahkarları ən ağır formada cəzalandırılmalıdır”

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı radikal dini yönümlü bir qrup şəxsin Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayışı kobud şəkildə pozmağa cəhd göstərməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Gəncə Azərbaycanın ilk paytaxtıdır və ölkəmizin dövlətçilik tarixində mühüm yer tutur: “Gəncə şəhəri və gəncəlilər də daima Azərbaycan dövlətçiliyinin yanında olub, müstəqilliyimizin möhkəmlənməsi üçün çalışıblar. İcra başçısına qarşı sui-qəsddən sonra bir qrup radikal şəxsin Gəncədə vəziyyəti qarışdırmaq, qarşıdurma yaratmaq, ümumilikdə isə Azərbaycanı xaosa sürükləmək cəhdləri yolverilməzdi və nəticə verməyəcək. Əminəm ki, dövlətimizin gücü, gəncəlilərin təxribatlara qarşı ayıq-sayıqlığı, bütövlükdə isə xalqımızın həmrəyliyi ilə Gəncədə hər şey normal axarına düşəcək və biz düşmənlərimizin sevinməsinə imkan verməyəcəyik”. (editor.az)
Etiket:

loading...