Şənbə, 22 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Eston polkovniki: “Rusiya ordusu Tallində məhv ediləcək”


Rusiya ordusu iki gün ərzində Estoniyanın paytaxtı Tallinədək irəliləyə bilər, ancaq burada onu məhv olma təhlükəsi gözləyir

Oxu.Az xəbər verir ki, bununla bağlı “Politico” nəşrinə Estoniya Müdafiə Qüvvələrinin Xüsusi Əməliyyatlar Birliyinin komandanı, polkovnik Rixo Yuxteqi deyib. 

“Onlar Tallinə qədər irəliləyə bilər, ancaq sonra biz onların kommunikasiya xətlərini, təchizat yollarını kəsəcəyik. Onlar iki günə Tallinə çata bilər, ancaq onlar Tallində öləcəklər. Hər addımda hər bir küncdən onlara atəş açılacaq”, - hərbçi bildirib. 

Yuxteqinin fikrincə, Rusiyaya uğurlu müqavimət üçün Estoniyanın ölkənin hər bir vətəndaşının töhfəsinə ehtiyacı var.

“Mən bilmirəm, ruslar müharibə başlasa, nə olacaq. Mən bilirəm ki, hər bir estoniyalı döyüşəcək”, - polkovnik qeyd edib. 
Etiket:

loading...