Bazar, 23 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Ermənistanın keçmiş müdafiə naziri Yerevandakı villasını sökdürür


Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Yerevanın Vaaqni məhəlləsindəki malikanəsini sökdürür

“Report” xəbər verir ki, bunu “Jamanak” qəzeti yazıb.

Məlumata görə, 3 mərtəbəli villanın uçurdulmasına səbəb S.Ohanyanın qanunsuz varlanmasını təsdiqləyən dəlil-sübutları məhv etməkdir: “Çünki adi vətəndaşlar və hüquq-mühafizə orqanları dövlət məmuru olmuş Seyran Ohanyandan bu malikanənin tikilməsinə sərf olunan pulun mənbəyini soruşacaq. Axı, nazir maaşı ilə belə böyük malikanə tikmək mümükün deyil?

Ancaq bu məntiq əsas tutulsa, o halda Ermənistanda son 25 ildə tikilən binaların azından 90 faizi sökülməlidir. Çünki ölkədə maaşla belə mülk sahibi olmaq mümkün deyil”.

Qeyd edək ki, Seyran Ohanjyan 2008-ci il aprelin 14-dən 2016-cı il oktyabrın 3-dək Ermənistanın müdafiə naziri olub. 
Etiket:

loading...