Ermənistan silahlı birləşmələri Ağdamın cəbhə xətti yaxın yerləşən kəndlərini atəşə tutub.
İstiPress-in Qarabağ bürosunun verdiyi xəbərə görə, qarşı tərəf yandırıcı güllələrdən də istifadə edib. Atılan güllələrdən bir neçəsi təmas xəttinə yaxın yerləşən Hacıməmmdəli kəndi ərazisindəki məcburi köçkünlərin təsərrüfatındakı ot tayasına dəyib. Təsərrüfat sahibi Nuridə Məmmədova sözlərinə görə 1500 tona yaxın ot yanıb.
Hadisə yerinə FHN-nin yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və alovun yaxınlıqdakı digər obyektlərə keçməsinin qarşısı alınıb. Təmas xəttində sükutu isə Azərbaycan ordusunun cavab atəşindən sonra bərpa etmək mümkün olub.
MilliYol.Az
Digər xəbərlər
loading...