Çərşənbə axşamı, 18 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Emindən seçkilərə təsir etməsi ilə bağlı ittihamlara cavab


Rusiyada yaşayan azərbaycanlı müğənni Emin Ağalarov ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsinə təsir göstərməklə bağlı ittihamları cavablandırıb

Oxu.Az TASS agentliyinə istinadla xəbər verir ki, o, bununla bağlı Vice News telekanalına müsahibəsində danışıb. 

“Məni Amerikadakı seçkilərə təsir etməkdə ittiham etdilər. Məni, Moskvada yaşayan, Azərbaycandan olan oğlanı. Ona görə ki, mən ABŞ prezidenti Donald Trampı şəxsən tanıyıram. Bu, kifayət qədər qəribə və gülünc ittihamdır”.

Müğənni xatırladıb ki, 2013-cü ildə Rusiyada “Miss Kainat” müsabiqəsinin keçirilməsi ilə bağlı Las-Veqasda Trampla görüşüb. O zaman Tramp Putini də yarışmaya dəvət etməyi təklif edib. 

“O dedi ki, gəlin Putini də yarışa dəvət edək”, - Ağalarov deyib.

O qeyd edib ki, bu, Rusiya dövlət başçısının iş qrafikinə görə mümkün olmayıb.

Ağalarov həmçinin, 2016-cı ilin iyununda Nyu-Yorkda keçirilən Donald Trampın böyük oğlu və rusiyalı vəkil Nataliya Veselnitska ilə görüşdə hansı rol oynadığı ilə bağlı sualı cavablandırıb. 

“Mən dedim ki, hansısa insanlar sənlə görüşmək istəyir. O, asanlıqla razılaşdı”, - müğənni əlavə edib. 
Etiket:

loading...