Beyləqan pambıqçıları pulunu ala bilmir - İnam Kərimova müraciət Beyləqanın icra başçısı 40 yaşında ali məktəb bitirib, necə professor oldu? Kürdəmirin icra başçısı fəhlələrin pulunu niyə vermir? Neftçalanın Qoltuq kəndində nə baş verir: otlaq sahələri niyə şumlanır? (FOTOLAR)
 

Elmar Vəliyevə qarşı sui-qəsdin ilginc təfərrüatları: “Silahı gipsdə gizlədərək...”

Tarix 05.07.18, 10:14

Font ölçüsü : - / +
bitmap-img6


İcra başçısını kim və niyə güllələdi; qanlı olayın arxasındakı sirr pərdəsi; Gəncənin rəhbərinə atəş açan şəxsin Rusiya vətəndaşlığı alması...


Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub. Nəticədə başçı və onun mühafizəçisi yaralanıb. Baş verən olayla bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti birgə rəsmi məlumat yayıb. Həmin məlumatda deyilir: “İyulun 3-də saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Cinayəti törədən - 1983-cü ildə Gəncə şəhərində anadan olan Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq tərk-silah edilib. Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29-cu, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılıb. Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Hazırda cinayətdən zərər çəkmiş Elmar Vəliyevin və Qasım Aşbazovun səhhəti qənaətbəxş olmaqla hər ikisi ixtisaslı tibbi yardımla əhatə edilib. Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı görülən tədbirlər Azərbaycan Prezidentinin şəxsi nəzarətindədir”.

Elmar Vəliyevə sui-qəsdlə bağlı prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “BBC News Azərbaycan”a danışıb.

“Bununla bağlı narahatlığa əsas yoxdur. Elmar Vəliyevin vəziyyəti yaxşıdır. Mühafizəçisi xəsarət alıb. Söhbət adi kriminal hadisədən gedir. Cinayəti törədən şəxs polis tərəfindən yaxalanıb” - deyə, Əli Həsənov vurğulayıb.

Prezident Administrasiyası da hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada təəssüflə bildirilir ki, əhali Mingəçevir İES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı qayğıları yaşadığı bir zamanda Gəncə şəhərində cinayət hadisəsi baş verib: 

“Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Məsələ barədə dərhal Azərbaycan prezidentinə məlumat verilib və müvafiq tapşırıqlar alınıb, cinayəti törədən şəxs saxlanılaraq məsuliyyətə cəlb edilib. Göründüyü kimi, Azərbaycan hökuməti bütün vəziyyətlərdə, o cümlədən fövqəladə hallar zamanı ölkənin və əhalinin təhlükəsizliyini, habelə cəmiyyətin normal həyat ritmini təmin etmək iqtidarındadır. Baş vermiş hadisə zamanı görülən işlər bunu əminliklə deməyə  tam əsas verir.

Qeyd edilməlidir ki, kütləvi informasiya vasitələri Mingəçevir İES-də qəzanın baş vermə səbəbləri, onun aradan qaldırılması ilə bağlı dövlət orqanlarının gördüyü işlər barədə cəmiyyəti operativ və obyektiv şəkildə məlumatlandırıb, olduqca təmkinli və məsuliyyətli davranaraq, əhali  arasında ajiotaj yaranmaması üçün üzərlərinə düşən vəzifələri icra ediblər. Əfsuslar olsun ki, bəzi müxalif dairələr nəzarətlərində olan xəbər saytları və sosial şəbəkələr vasitəsilə Mingəçevir İES-də baş vermiş qəzadan və Gəncə şəhərində vəzifəli şəxsə qarşı həyata keçirilmiş silahlı basqından məqsədyönlü şəkildə yararlanmağa çalışıb, dövlət və xalq mənafelərinə zidd mövqe tutaraq cəmiyyətdə ajiotaj yaratmaq, kütləvi narazılıq formalaşdırmaq və respublikada sabitliyi pozmaq əhval-ruhiyyəsi nümayiş etdirmişlər. Həmçinin özlərini müstəqil sayan bir sıra xəbər saytları da bu eyforik əhval-ruhiyyəyə qoşularaq, dəqiqləşdirilməmiş şayiələri baş vermiş hadisə kimi təqdim etmiş və vətəndaşları yalan informasiyalarla çaşdırmağa cəhd göstərmişlər. Mingəçevir İES-də baş vermiş qəzanın, o cümlədən bu hadisənin müxtəlif sahələrdə yaratdığı problemlərin aradan qaldırılması üçün dövlət orqanları tərəfindən zəruri tədbirlər həyata keçirilib və qısa müddətdə respublika həyatının bütün sahələrində normal iş fəaliyyəti bərpa olunub. Görülən işlər barədə müntəzəm qaydada əhaliyə məlumat verilib və qarşıdan gələn dövrdə bu fəaliyyət davam etdiriləcək"...

**

Hadisə anı haqda musavat.com-da özəl bilgilər var. Yunis Səfərov qısaqol köynəkdə olub. Silahı qoluna sarıtdığı gipsin içərisində xüsusi qaydada gizlədib. Gəncə İHB binası qarşısında Elmar Vəliyevin binadan çıxmasını gözləyib. Başçı tək bir mühafizəçi ilə - Qasım Aşbazovla binadan çıxıb. Giriş qapısının önündə isə 4 mühafizə polisi olub. Yunis Səfərov başçıya kənardan və hündürdən səslənərək, sözü olduğunu bildirib. Polislər onu əhatəyə alıb. Elmar Vəliyev geri dönərək, "buraxın gəlsin", deyib. Yunis Səfərov qolu gipsdə, boynundan asılmış halda Elmar Vəliyevə yaxınlaşıb. Gözlənilmədən, cəld hərəkətlə silahı qolundakı gipsdən çıxararaq, dalbadal Vəliyevə iki, mühafizəçiyə bir dəfə atəş açıb. Güllələrdən biri başçının qaşını yalayaraq, keçib, digəri qarın boşluğuna isabət edib. Qasım Aşbazova dəyən güllə isə ağız nahiyəsindən girərək, gözündən çıxıb. Daha sonra polislər Səfərovu yaxalayaraq, həbs ediblər... 

İcra başçısına sui-qəsd etmiş Y.Səfərovun tutulandan az sonra  Rusiya vətəndaşı olmasını təsdiqləyən pasportunun fotosurəti yayılıb. Məlum olub ki, Y.Səfərova həmin pasport Gəncədə mühafizə polisinə xəsarət yetirib silahını oğurlayandan sonra verilib. Yəni Yunis Səfərov polisi döyüb silahını əlindən aldığına görə axtarışa verildikdən sonra Rusiyaya qaçıb və orada pasport alaraq yenidən Gəncəyə qayıdıb. Rusiyaya gedib qayıdana qədər onun bir hadisə ilə bağlı icra başçısı ilə qarşı-qarşıya gəldiyi, hətta hadisə zamanı icra başçısını ölümlə hədələdiyi haqda da iddialar var. 2011-ci ildə Gəncənin icra başçısı təyin olunan E.Vəliyev yaxşı idarəçi hesab edilir. Onun Gəncəyə rəhbərlyi dövründə şəhərin görkəmi yaxşı mənada dəyişib. Bununla belə, Elmar Vəliyevi tanıyanlar bilir ki, başçı Gəncəni özünün mal-mülki kimi idarə edir, bir çox hallarda tabeçilik məsələlərini də unudur.

Başçının ətrafı, yerli məmurlar və əhali ilə münasibətləri həmişə yaxşı olmayıb. Bunu əsas səbəbi isə Elmar Vəliyevin kobud, əksər hallarda etik normalardan kənar rəftarı olub. Ehtimallar var ki, Yunis Səfərovla qarşılaşdığı zaman da tərəflər arasında yaranan mübahisə və başçının ölümlə hədələnməsi də məhz bu səbəbdən olub. Həmin vaxt Elmar Vəliyevin Yunis Səfərovun hədələrinə müvafiq qaydada reaksiya vermədiyi deyilir. Bildirilir ki, başçı onun sözlərini ciddiyə almayıb, məmur olaraq baş verən hədələmə haqda rəsmi müraciət etməyib. Ona görə də Yunis Səfərov ilk mübahisədən sonra polis əməkdaşına qarşı məlum zorakılığı edib və Rusiyaya gedərək oradan bu ölkənin vətəndaşı olaraq qayıdıb. Baş verən olayın gedişatından belə aydın olur ki,  o, başçıya qarşı atacağı addımları əvvəlcədən planlayıb. Polisdən zor gücünə silah alıb,  xarici dövlətin vətəndaşlığını almaqla törətdiyi cinayətdən sonra həmin ölkəyə ekstradisiya olunmasını hesablayıb.

Bilib ki, cinayəti törədəndən sonra Azərbaycanda qalsa, Elmar Vəliyevin yaxınları onun məhbəsdə rahat cəza çəkməsinə susqunluqla reaksiya verməyəcəklər. Onu da qeyd edək ki, Elmar Vəliyev baş prokurorun müavini, hərbi prokuror Xanlar Vəliyevin qardaşdır. Bunu Yunis Səfərovun bilməməsi inandırıcı görünmür. Törətdiyi cinayətdən sonra o, Rusiyaya ekstradisiya olunmasını tələb edə bilər...

Belə məlumatlar da var ki, Elmar Vəliyevlə sui-qəsdçinin konflikti ötən il Məhərrəm ayında baş verib. Başçı kütləvi tədbirə qarşı çıxıb və həmin vaxt Yunis Səfərovla arasında söz davası olub. Başçının hədələnməsi də həmin vaxt baş verib...

Hələlik başçıya qarşı sui-qəsdin əsl səbəbi rəsmi olaraq açıqlanmayıb. Ona görə də cinayətin konkret olaraq hansı motivlə törədilməsi də bilinmir.

Bəzi mənbələr isə iddia edir ki, ölkədə enerji böhranının yaşandığı bir vaxtda Elmar Vəliyevə atəş açılması Azərbaycanda vəziyyəti daha da gərginləşdirmək məqsədilə törədilən təxribat da ola bilər.

Xatırladaq ki, hələ prezident seçkiləri ərəfəsində rəsmilərin dilindən səslənən izahlardan belə aydın oldurdu ki,  Azərbaycanı qarışdırmaq istəyən qüvvələr var. İddialara görə, işıq gərginliyi və xeyli insann əsəblərinin də gərildiyi bir vaxtda başçının güllələnməsi də kəmfürsətcəsinə təxribat ssenarisinin başqa bir formada reallaşdırılması cəhdidir...

Region olaraq Gəncəbasar zonası Azərbaycanın əksər regionlarından fərqlənir. Gəncə ölkənin o zonalarındandır ki, burada ehtiyatsız bir kəlmə, yerində deyilməyən söz böyük mübahisəyə səbəb ola və qanla nəticələnə bilər. Elmar Vəliyev Gəncədə qanı tökülən ilk icra başçısı deyil. 1993-cü ildə Gəncənin icra başçısı olan Hacı Vaqif Vəliyev öz xidməti kabinetində qətlə yetirilib. Həmin qətlin tarixçəsi belə olub ki, Gəncədə kriminal avtoritet kimi tanınan “Zobik” başçının kabinetinə daxil olub və Hacı Vaqifə deyib ki, onun istədiyi adamları vəzifəyə təyin etsin. Hacı Vaqif də bildirib ki, heç kimə özbaşına vəzifə verə bilməz. “Zobik” də bundan əsəbiləşib Hacı Vaqifə bir sillə vurub. Hacı Vaqif də şəxsiyyətli adam olduğundan tapançanı çıxarıb “Zobik”in düz alnından güllə ilə atır. Orada olan “Zobik”in cangüdəni avtomatla yanında olan adamların hamısına atəş açır. Daha sonra Hacı Vaqifi və onun müavinini öldürəni tutdular, məhkəməsi oldu və ona 15 il iş verdilər.

Elmar Vəliyevin və mühafizəçisinin ile ilgili görsel sonucu

Ən son məlumatlara görə, hazırda Elmar Vəliyevin və mühafizəçisinin həyatları üçün ciddi təhlükə yoxdur. Hadisə zamanı Elmar Vəliyevin yıxılaraq başının yerə zərblə dəyməsi zamanı xəsarət aldığı da bildirilir. Ümumilikdə isə başçı üçün həyati təhlükə aradan qaldırılıb.(“Yeni Müsavat”)



Xəbərin oxunma sayı : 1567

loading...

Gündəm

Önəmli

Son xəbərlər

20 İYUL 2018

23:59 Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatdı

23:47 Adnan Oktarın İsrailə necə casusluq etdiyi bəlli oldu

23:31 İsrail aviasiyası və tankları Qəzzaya zərbə endirdi

23:15 Bakıda yolu çökdürən zirzəmi sökülür - Video

22:53 Paşinyan: “Ermənistandakı korrupsiyanın həcmindən şoka düşmüşəm”

22:40 Şəkidə qəssablar tətil etdi – Yeni qaydalara etiraz edirlər

22:28 İlham Əliyevin Fransaya səfəri başa çatdı

22:14 İranın neft anbarında partlayış: ölənlər var

21:57 “Kamran Quliyev niyə istefa vermir?” - Aqil Abbas

21:44 Nazpəri dilə gəldi: “Sürücü, rəqqas yox, aşıq qızıyam”

21:30 Emmanuel Makronun adından Azərbaycan prezidentinin şərəfinə nahar verilib - Video

21:12 ABŞ Çindən gələn bütün mallara gömrük rüsumu tətbiq edə bilər

20:51 700 bal toplayan abituriyent: “Bir saata bütün sualları cavablandırdım”

20:39 Erməni çağırışçılar kütləvi dava saldılar

20:27 IV ixtisas qrup üzrə 700 bal toplayan gəncin FOTOsu

20:13 Bakıda ərəblərdən daha bir biabırçılıq – Video

19:57 Gürcüstanda fövqəladə hallar xidmətinin rəhbəri istefa verib

19:45 “BakuBus” avtobusları niyə gecikir?

19:31 Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirilib

19:15 Bakıda bağ sahəsində ağaclar yandı

18:51 Almaniyada piyadalara bıçaqla hücum edilib: 14 yaralı

18:39 Prezident kralı təbrik etdi

18:21 Taliblər əfqan polisinə hücum etdi: 12 ölü

18:09 Bu il müəllim işləmək üçün qeydiyyatdan keçən namizədlərin sayı 50 mindən çox olub

17:55 Saatlıda 54 yaşlı kişinin meyiti aşkarlanıb

17:48 Nazir: “Təhsil sistemində hər il 3-5% yenilənməyə nail olunur“

17:44 Rihanna milyarder sevgilisindən ayrıldı

17:36 “51 azərbaycanlı Almaniyadan Azərbaycana deportasiya edilib”

17:32 Bu il “BakuBus” 85 sürücünü işdən azad edib

17:27 OPEC+ platforması əsasında yeni təşkilat fəaliyyyətə başlaya bilər

17:22 I və IV ixtisas qruplarının imtahan nəticələri açıqlanıb

17:17 Beş Xəzəryanı ölkə Xəzər dənizi ilə bağlı protokol imzalayıb

17:13 Dolların iyulun 23-nə olan məzənnəsi

17:13 İtaliyalı nazir bank dələduzluğunda ittiham olunur

17:09 Sabiq Cənubi Koreya prezidentinə əlavə 8 il həbs cəzası verildi

17:05 Türkiyə və Hollandiya münasibətləri normallaşdırmaq barədə qərar qəbul edib

16:55 Ronaldu “Real Madrid”i İspaniyadakı yüksək vergi dərəcələrinə görə tərk edib

16:47 İstirahət günlərinin hava proqnozu açıqlanıb

16:40 “ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə güclü dəstəyini davam etdirəcək“

16:35 Paşinyan ABŞ-a gedəcək

16:27 Prezident İlham Əliyev Fransa prezidenti ilə görüşüb

16:23 Paşinyan Qarabağda müharibə riski haqda: “Rusiya imkan verməz“

16:16 Qazaxstanda Olimpiya çempionu qətlə yetirildi

16:12 Səmranın açıq-saçıq səhnələrlə dolu olan klipi

15:47 “Çevriliş cəhdinə aid çox önəmli dəlillər əldə etmişik“

15:42 Bakıda ağır qəza: ölən var

15:37 Azərbaycan komandası stolüstü tennis üzrə Avropa çempoionatının qalibi oldu

15:32 DESFA-nın səhmlərinin 66%-i 535 mln. avroya satılıb

15:26 General Qasim Süleymaninin həyata keçirəcəyi qanuni hərbi çevriliş

15:22 AzTV sədrini öldürməyə cəhddə təqsirləndirilən şəxslərə hökm oxunub, bir nəfər azadlığa buraxılıb

15:17 Putinlə Trampın görüşməyi üçün 4 milyon dollar xərclənib

15:09 Skripal ailəsini zəhərləyənlər Britaniyanı tərk edib

15:05 Prezident Sercio Mattarellanın Azərbaycana səfəri İtaliya mətbuatının geniş diqqət mərkəzindədir

14:55 Azərbaycan prezidenti Fransa Milli Assambleyasının sədri ilə görüşüb

14:47 Tanzaniyadan Azərbaycana məhsul idxalı 91 faiz azalıb –Statistika

14:42 “WhatsApp”, “Facebook” və “Telegram” ən təhlükəli əlavələr siyahısına daxil olub –Reytinq

14:27 “Ukrayna dairəsi“ndə nəqliyyatın hərəkəti bərpa olunub

14:22 «Rusiyalılar Putin-Tramp danışıqlarını gizlicə yaza bilərlər» – ABŞ kəşfiyyatnın başçısı

14:17 Murakamidən ingiliscə yeni roman gəlir

14:13 “MTN işi“ndə zərərçəkən iş adamı həbs edilib - O, 5 nəfəri biznes qurmaq adı ilə aldadıb

14:05 “Azeri Light”ın bir bareli 74,64 dollara satılır

13:55 Məhkəmə AXCP-nin gənc üzvünü azadlığa buraxmadı –“Tam islah olunmayıb”

13:47 “Heç bir ABŞ prezidenti Rusiyaya qarşı mənim qədər sərt olmayıb”

13:38 Mənsimovun gəmilərində etirazlar başladı

13:33 Moskva-Bakı mikroavtobusu qəzaya uğrayıb, 8 nəfər xəsarət alıb

13:27 “İşğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyət göstərən 177 hüquqi şəxs aşkarlanıb”

13:22 Hava gəmilərində istifadə edilən cihazları Azərbaycandan çıxaranlar tutuldu

13:17 Türkiyə Zap, Avaşin və Xakurkda əməliyyatlara başladı

13:13 Avropa Birliyi Ermənistan üçün “Marşal planı” hazırlayır

13:09 Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib

13:05 Yaponiyada yağan yağışlar 217 nəfəri öldürdü

12:34 Sabaha olan hava proqnozu açıqlanıb

12:30 Məşhur kanal rəhbəri qızına təcavüz edibmiş

12:26 MDB ölkələrinin DİN rəhbərləri Azərbaycanın 1-ci vitse-prezidenti ilə görüşüblər

12:22 “Dünya təhlükəsizliyinə təhdidlərin forma və üsulları daha mürəkkəb, təhlükəli xarakter alır”

12:13 “Rusiya iqtisadiyyatı 2060-cı ilədək böhrandan çıxmayacaq” – Təhlil

12:09 YAP qərargahında jurnalistlərlə görüş keçirilib

12:07 Beyləqan pambıqçıları pulunu ala bilmir - İnam Kərimova müraciət

12:05 51 azərbaycanlı məcburi qaydada Almaniyadan deportasiya edilib

11:50 Koçaryan iyulun 26-da dindiriləcək

11:42 “Azərbaycan dövləti gənclərə güvənir“

11:38 “İndi hər kəs sosial şəbəkə vasitəsilə mətbuatın bir hissəsinə çevrilib”

11:34 “Avropalı müttəfiqlərini başa düşmək üçün Tramp müdrik olmalıdır"

11:30 “Səba” istehlakçılara müraciət edib

11:22 İlham Əliyevin Parisdə “Rothschild and Co” şirkətinin vitse-prezidenti ilə də görüşüb

11:17 Ərzaq tədarükü ilə bağlı 850 müəssisə və təşkilatla satınalma müqaviləsi imzalanıb –Açıqlama

11:12 “Bozbash pictures” vida etdi

11:05 Əsəd Hələbi Ankaranın nəzarətinə verir – Şok iddia

10:55 Bakıda parkdan 72 ədəd fəvvarə stəkanı oğurlanıb

10:46 Prezident İlham Əliyev Parisdə “Thales International” şirkətinin baş vitse-prezidenti ilə görüşüb

10:42 Bakıda 3 yaşlı uşağın 6-cı mərtəbədən düşərək ölməsinə görə cinayət işi başlanıb

10:37 “Şəhəri bilməyənlər torpağı bölüşdürüb satdılar”

10:33 Yaxşı alver üçün supermarketlərə nə vacibdir?

10:22 Sahibkarlar Zakir Fərəcovdan şikayətçidir – “Dedi ki, sənin nəslində bir kişi yoxdur…”

10:17 Futbolumuzda nə baş verir? - Oliqarxlar klubların pullarını azaldıblar

10:13 Bakıda mikroavtobus yük maşınına çırpıldı - 10-dan çox yaralı var

10:09 Bu günə olan məzənnələr – RƏSMİ

10:05 Bakının Baş planını amerikalılar cızacaq

19 İYUL 2018

23:59 İyulun 21-dən Bakıda daha iki marşrut xətti fəaliyyətə başlayacaq

23:47 Mövlud Çavuşoğlu Azərbaycana gəlir

23:32 Ərəblər Bakıda niyə ölür: spirtli içki, ya “Viaqra”?

23:15 Əmlak bazarında son vəziyyət - Video

22:53 Kanadada fövqəladə vəziyyət elan edildi

22:40 Bakıda çökən yolun altında ikimərtəbəli tikili tapılıb - Fotolar

22:27 İlham Əliyev “Naval” qrupunun sədri və baş direktoru ilə görüşüb

22:11 ABŞ-da hərbi bazada partlayış olub, xəsarət alanlar var

21:55 Qubada iki il əvvəl törədilmiş cinayətin üstü açılıb

21:40 Nazpəridən etiraf: “Fəlsəfə doktoru deyiləm”

21:29 İlham Əliyev Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri ilə görüşüb

21:17 İtaliya Prezidenti: “Azərbaycanla bizim iqtisadiyyatlarımız bir-birini tamamlayır”

20:54 İlham Əliyev: “Mən ölkəmizi tərifləməklə məşğulam, bunu gizlətmirəm“

20:38 İmişli xəstəxanasının baş həkimi işdən çıxarıldı

20:26 ATƏT-in konfransında qəbul olunmuş sənəddə Azərbaycanın təklifləri nəzərə alınıb

20:10 Putin Gürcüstan və Ukraynaya görə NATO-nu təhdid etdi

19:51 “3 ildən 8 ilə qədər həbs oluna bilər” – Nazpərinin saxta alimlik qalmaqalı

19:43 Almaniyada əməliyyat: İŞİD üzvü saxlanıldı

19:30 Azərbaycanlı hakim Avropa çempionatının Hollandiya-Almaniya matçına təyinat aldı

19:23 İtaliya prezidentinin Azərbaycana səfəri başa çatıb

19:21 İlham Əliyevin Fransaya səfəri başlayıb

19:14 İran dünyanın ən güclü dövlətləri siyahısına daxil edildi



loading...
“Elçibəy gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib

“Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsi “Elçibəy Gənclərin gözü ilə” mövzusunda tədbir keçirib
Bu insanlar ölülərlə əlaqəyə girirlər və... - Tanınmış şaman hər şeyi açdı

Sosioloq, türkoloq, araşdırmaçı, TÜRKSOY-un üzvi, "Şaman. Təbiət qüvvələri oyananda" kitabının müəllifi, əslən xakas türklərindən olan və tanınmış şaman Timur Davletovun Publika.az-a müsahibəsi
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016