Kürdəmirin icra başçısı fəhlələrin pulunu niyə vermir? Neftçalanın Qoltuq kəndində nə baş verir: otlaq sahələri niyə şumlanır? (FOTOLAR) “Salyan postu”nda sürücülər üçün yenilik - FOTO/VİDEO Bakı sakini: “Ekspertiza rəyinə baxmayaraq, məhkəmə iddiamı təmin etmədi“
 

Eldar Əzizov Gəncə hadisələrindən danışdı

Tarix 12.07.18, 12:25

Font ölçüsü : - / +
bitmap-img6


“Mənim otağımda olmayıb…”


Eldar Əzizov: “Gəncədə işlədiyim 8 il ərzində biz bir dəfə də olsun  görüşməmişik”.

2003-2011-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən, hazırda isə Bakı şəhər Səbayel Rayon İcra Hakimiyyətinin başçısı postunu tutan Eldar Əzizov, nə qədər qəribə də olsa,onun şəhərə  rəhbərlik etdiyi dövrlərdə baş nazirin birinci müavini olan Abbas Abbasovla heç bir əlaqəsi olmadığını iddia edib.  Oğlu Gəncədən deputat olan baş nazirin müavini ilə heç görüşmədiyini deyib. Abbas Abbasovun o zamanlar nə qədər güclü bir fiqur olduğunu, Gəncədəki mövqeyini nəzərə alsaq bu inandırıcı görünmür. Abbasovların onun dövündə hətta Gəncədə hansısa tikinti aparmasının belə yada sala bilməyən Eldar Əzizov yaxın keçmişi xatırlamamasının yəqin ki, hansısa ciddi səbəbləri var, ortaya çıxar. Hələlik “AzPolitika.info” Eldar Əzizovun “Yeni Müsavat”a müsahibəsini təqdim edir.

- Eldar müəllim, sizin uzun müddət rəhbərlik etdiyiniz Gəncə şəhərində faciəli hadisələr, ağır cinayətlər baş verdi. Baş verənlərlə bağlı sizin məlumatlarınız, ehtimallarınız nədən ibarətdir?

– Mən 8 il Gəncədə işləmişəm. Təəssüf hissi ilə deməliyəm ki, bunlar çox ağır hadisələrdir. Mən  həlak olan polkovnikləri şəxsən tanıyırdım. Səməd Abbasovu da, İlqar Balakişiyevi də. Biz onlarla bir yerdə, çiyin-çiyinə işləmişik. İkisi də layiqli, mübariz zabitlər olublar. Heyf onlardan! Mən fürsətdən istifadə edib onların ailə üzvlərinə  dərin hüznlə başsağlığı verirəm. Onlar dövlətə və dövlətçiliyə sadiq, mübariz zabitlər olublar. Xidmətdə olan zabitlərin belə qətlə yetirilməsini əlbəttə ki, hər bir vətənpərvər insan pisləyir. Bu gün biz hamımız dərk etməliyik ki, əzəli, təbii düşmənlə üz-üzə dayanmışıq, torpaqlarımızın da bir hissəsi işğal altındadır. Başqa qüvvələr də vardır.  Onlar bu cür vəziyyətlərdən istifadə etməyə çalışacaqlar. Təəssüf hissi ilə etiraf etməliyik ki, bu gün bizim özümüzdən başqa güclü, müstəqil Azərbaycan heç kimə lazım deyil. Hazırda dünyada gedən mürəkkəb proseslərə baxmayaraq, Azərbaycanda sabitlikdir, ölkə inkişafdadır. Bu, özü-özünə alınmayıb. Cənab İlham Əliyevin siyasətinin nəticəsidir. Mövcud sabitliyi qoruyub-saxlamaq vacib bir məsələdir. Biz səylərimizi buna istiqamətləndirməliyik.

Yeri gəlmişkən, bu gün bəzi adamlar mətbuatda olmayan məsələləri şişirtmək istəyirlər. Mən özüm bu gün tamam başqa bir şəhərdə, başqa bir rayonda işləyirəm. Amma mənim adımdan müxtəlif şayiələr yayırlar. Məndən müsahibə götürmədən hadisələrə “münasibətimi” bildirirlər. Elə çıxır ki, sən heç müsahibə verməsən də, sənin adından ictimaiyyətə nə isə təqdim olunacaq. Amma mən bu günə kimi rəsmi müsahibə verməmişəm. Bunu sizə rəsmi şəkildə deyirəm. Sizdə, musavat.com-da bir məqalə gedib ki, guya Abbas Abbasovla bizim birgə işlərimiz olub və onun dəstəyi ilə mən icra hakimiyyətinin başçısı təyin olunmuşam. Mən ulu öndər tərəfindən Gəncə şəhərinə icra başçısı vəzifəsinə təyin olunmuşam və bununla fəxr edirəm. Nə mən bir dəfə Abbas Abbasovun otağında olmamışam, nə də o mənim otağımda olmayıb. Gəncədən qabaq və Gəncədə işlədiyim 8 il ərzində biz bir dəfə də olsun nə Nazirlər Kabinetində, nə də Gəncə Şəhər İcra Hakimiyyətində görüşməmişik. Bütün bunları hansı məqsədlə yazırlar, mən deyə bilmərəm. Kiminsə fantaziyası bu qədər zəngindir ki, olmayan şeyləri bu şəkildə reallaşdırmağa çalışır. Amma mən xatırlaya bilmirəm ki, işlədiyim dövrdə onlar Gəncədə nə isə tiksinlər,  hansısa obyekt açsınlar. Amma mənim işlədiyim dövrdə Gəncə şəhərində belə fəaliyyətlə məşğul olmalarını da mən bu günə qədər xatırlaya bilmərəm. Abbas Abbasovla heç vaxt işgüzar ünsiyyətdə olmamışam. Mən özüm elə yazıları oxuyanda təəccüblənirəm. Ümumiyyətlə, özüm Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi arzulayardım ki, heç olmasa kiminsə haqqında nə isə yazılanda etika naminə müraciət etsinlər, soruşsunlar, xəbər doğrudur, ya yox.

- Bir neçə gün əvvəl sosial şəbəkələrdə məlumat yayılmışdı ki, siz Gəncə şəhərində bu hadisəni törədən insanın edam edilməsini tələb etmisiniz…

– Siz bunu nə qədər demokratik hesab edirsiniz? Mənə heç kim bu barədə müraciət etməyib və heç kimə müsahibə verməmişəm, bu yalan məlumatın müəllifi də mənə məlum deyil. Mən bunu eşidəndə çox təəccübləndim və bu müsahibə ilə tanış olandan sonra deyə bilərəm ki, bu çox primitiv şəkildə yazılıb. Ölüm hökmü Azərbaycanda 1998-ci ildə ləğv olunub və mən bir tarixçi kimi bunu yaxşı bilirəm. Amma bu saxta məlumatı hazırlayanların yəqin ki,  bundan xəbəri olmayıb. “Azadlıq” qəzeti bu məlumatı fasebokda yayıb və geniş müzakirələr təşkil edib. Məqsədi də bəllidir. Mən bu günlər ərzində ilk müsahibəni bu gün telefonla yalnız sizə vermişəm, o da sizin zəngə cavab olaraq. Bu günə kimi mənim adımdan yayılan xəbərlər  cəfəngiyyatdan başqa bir şey deyil.

- Eldar müəllim, Siz də təsdiq edə bilərsiniz ki, bəzən mətbuata məqsədli şəkildə dezinformasiyalar da ötürülür, bunu istisna etmirik. Üstəlik, adətən məmurlara çıxış imkanı məhdud olduğundan dəqiqləşdirmə aparmaq da müşkülə dönür. Yeri gəlmişkən, həmin yazıda bir məqam da var ki, Abbasovlara məxsus 1,5 milyonluq özəl mülk Elmar Vəliyev 2011-ci ildə Sizi əvəzlədikdən az sonra yerlə yeksan edilib. Bu barədə nə deyə bilərsiniz?

– Mən xatırlaya bilmərəm. Çünki onlarla işgüzar ünsiyyətdə olmamışam. Düzdür, bizim dövrümüzdə Abbas Abbasovun oğlu (Aydın Abbasov-E.P.) Gəncə şəhərindən deputat seçilmişdi. Dörd deputatdan biri də o idi. Bu isə başqa bir mövzudur. Lakin deyim ki, mənim bunlarla, hansısa məsələlərlə bağlı müzakirələrim olmayıb. Onların Gəncədə bəzi obyektləri olub və bunlar mənim Gəncəyə rəhbərlik etdiyim dövrdən əvvəl olmuşdu. Yəqin ki, onlardan söhbət gedə bilər.

- Hər halda, bu gün hər birimizi daha çox narahat edən məhz Gəncədə baş verən qanlı hadisələrdir və istərdim ki, bu məsələlərdən danışaq. Siz Gəncədəki hadisələrin arxasında hansı qüvvələrin dayandığı qənaətindəsiniz? Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin əhalisini yəqin ki, yaxşı tanıyırsınız. Burada dini amillərin icra başçısına sui-qəsd etməsinə, polis zabitlərini qətlə yetirməyə gətirib çıxarması real görünürmü?

– Mən həmişə demişəm, bu gün də deyirəm, gəncəlilər çox qədirbilən camaatdır. İnanmıram ki, gəncəlilər tərəfindən Balakişiyevə və Abbasova kimsə əl qaldıra bilərdi. Ola bilər ki, hansısa təxribatçı qruplardır. Bu gün istintaq gedir və yəqin ki, istintaqın nəticəsi açıqlanacaq. Mən bir tarixçi kimi burada daha geniş problem görürəm. Hər halda, istintaq daha konkret deyəcək.

- Rəis müavinlərinin hədəfə alınması, sizcə, təsadüfdür, yoxsa məqsədli olub?

– Mən 7 ildir Gəncədən çıxmışam. Bu gün birmənalı desəm, ciddi qəbul olunmayacaq. Hər halda, bu, yaxşı hal deyil, cinayətdir. Xidmət zamanı zabitləri  qətlə yetiriblər. Biz birmənalı şəkildə bunu pisləyirik. Ancaq başqa nələr baş verib, bunu yalnız orada olanlar qiymətləndirə bilər. Mən yalnız vətəndaş kimi bunu çox pis qiymətləndirirəm. Bu, qətldir. Qətlə yetirilənlər dövlət işçiləridir, Azərbaycan dövlətini təmsil edən yüksək rütbəli zabitlərdir. Onlara qarşı əl qaldırılması Azərbaycan dövlətçiliyinə qarşı əl qaldırılması kimi qəbul olunmalıdır və bütün dünyada bu cür hadisələr belə qiymətləndirilir.

- Eldar müəllim, dediyiniz kimi, Siz 8 il Gəncəyə rəhbərlik etmisiniz. Heç təsəvvürünüzə gətirərdinizmi ki, günün birində kimsə elə icra hakimiyyətinin qarşısında Sizə yaxınlaşa və silahlı hücum edə bilər? Nə vaxtsa belə bir təhlükədən ehtiyatlanmısınızmı?

– Bilirsiniz, burada bəzi qüvvələr bizi üz-üzə qoymaq, müqayisə etmək istəyirlər. Bu, etik cəhətdən düzgün deyil. Mən başqa bir dövrdə işləmişəm, o, (Elmar Vəliyev-E.P.) başqa bir dövrdə. O vaxt təsəvvür edə bilməzdim ki, Gəncədə belə bir hadisə baş verə bilər. İndi dünya dəyişir, müxtəlif xarakterli proseslər gedir. “Bu gün orada niyə belə oldu” sualına müvafiq təşkilatlar, istintaq aydınlıq gətirəcək. Ancaq birmənalı şəkildə bu nə hadisədir, kökündə nə dayanır, demək çətindir. İstintaqın yekununu gözləyək.

- Bu günlər ərzində həmkarınız, həm də xələfiniz olan Elmar Vəliyevlə əlaqə saxlamaq, onun sağlıq durumundan məlumat almaq imkanınız olubmu?

– Mənim onun qardaşı Xanlar Vəliyevlə telefon danışığım olub. Təbii ki, o, bizim həmkarımızdır. Mən Gəncədə 8 il işlədim, o da 7 il işləyib, artıq 8-ci ildir. Əlbəttə, biz bir komandanın üzvüyük. Təbiidir ki, mən son hadisələri  pisləyirəm. Azərbaycanda hüquqi dövlət var, kim kimdənsə narazıdırsa, o, sözünü deyə, hansısa instansiyaya müraciət edə bilər.

- Yəqin ki, Gəncə ilə əlaqələriniz var. Hazırda vəziyyət barədə nə demək olar? Bundan sonra analoji hadisələr təkrarlana bilərmi?

– Mən inanmıram ki, bir daha belə bir hadisə təkrar olunsun. Gəncə camaatı müdrik camaatdır. Bu gün Azərbaycan xalqı dünyaya baxıb min dəfə şükür edir ki, Azərbaycanda sabitlikdir, inkişaf var, bunu qoruyub saxlamaq lazımdır. Bu sabitlik və inkişaf cənab prezidentin siyasətinin nəticəsidir. Böyük xoşbəxtlikdir ki, bu gün ölkənin başında bu cür dahi insan durur, onun siyasətinin nəticəsində bu sabitlik yaranıb və inkişaf göz qabağındadır. Yaxın Şərqə, Avropaya, Ukraynaya baxın, nələr baş verir? Azərbaycan onların fonunda stabil dövlət kimi çıxış edir, bunu qoruyub-saxlamaq lazımdır. Azərbaycan xalqı da müdrik xalqdır. Bütün görülən işləri qiymətləndirir. Ona görə də mən inanmıram ki, orada böyük bir miqyasda nə isə problem yaradılsın. Ayrı-ayrı adamlar bütün dünyada var, bütün quruluşlarda mövcud olublar.

- Eldar müəllim, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsi neçə vaxtdır ki, boşdur. Son olayla əlaqədar Gəncənin icra başçısı da səlahiyyətlərini icra edə bilmir. Ölkə əhalisinin az qala yarısını təşkil edən iki şəhərimizdəki belə bir vəziyyət Sizi narahat edirmi?

– Bakı şəhərində sistem yaradılıb, bütün rayon icra hakimiyyətinin başçıları yerlərində öz funksional vəzifələrinin öhdəsindən gəlirlər. Gəncə şəhərində  bu cür faciəli hadisə baş verməsinə baxmayaraq orada dövlət strukturları öz fəaliyyətlərini davam etdirirlər.  Azərbaycanın xoşbəxtliyi ondadır ki, möhtərəm prezidentimizin siyasəti nəticəsində sistem yaradılıb. Artıq o sistem əsasında dövlət idarə olunur. Bu gün hüquqi, demokratik, dünyəvi dövlət bir reallıqdır, bu dövlət də göz qabağındadır. Ona görə də bu gün ayrı-ayrı vəzifələrdə vakansiya olanda sistem özü işləyir, artıq sistem mövcuddur, bu da bir xoşbəxtlikdir.

- Uzun illər boyu Bakının icra başçısı vəzifəsinə namizədlər sırasında sizin də adınız çəkilib, ona görə sizdən soruşdum…

– Vallah, çox şey deyə bilərlər, bunlar əsassız fərziyyələrdir.   Mənə cənab prezident böyük etimad göstərib, mən can-başla çalışıram ki, onun etimadını əməli işlərimlə doğruldum.



Xəbərin oxunma sayı : 1645

loading...

Müsahibə

Önəmli

Son xəbərlər

15 İYUL 2018

19:35 Sumqayıt şəhərində radikal müxalifətin və dini qrupların 18 əsas fəal üzvü saxlanılıb

18:29 Tovuzda qadın əri tərəfindən bıçaqlanıb

17:35 Kabildə partlayış törədilib, ölənlər və yaralananlar var

17:18 Adnan Oktarın daha bir DƏHŞƏTLİ ƏMƏLİ ÜZƏ ÇIXDI

16:50 Şirvanda iki minik avtomobili toqquşub, 1 nəfər xəsarət alıb

16:29 “Riyad“ Ticarət Mərkəzində baş verən yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb

16:18 DTX Yunis Səfərovla birlikdə Suriyada döyüşlərdə iştirak edən şəxsləri saxlayıb

15:34 Ermənistan Müdafiə Nazirliyi kəşfiyyatçının Azərbaycana əsir düşdüyünü təsdiqlədi

15:15 Yuxarı Qarabağ su kanalında batan yeniyetmənin meyiti tapıldı

14:59 “Bəzən dayanacaq qalır qıraqda, insanlar 40-50 metr aralıda ağacın kölgəsinə toplaşır”

14:45 BAKI METROPOLİTENİ: “Yoldakı çökmə metro tikintisi ilə bağlı deyil”

14:29 Sabah hava necə olacaq?

14:08 ETSN çimərliklərə gedən sakinləri ehtiyatlı olmağa çağırıb

13:34 Ebru Adnan Oktarın onun başına açdığı oyunlardan danışdı

13:10 Fərhad Səmədov Putinin yanında səlahiyyətli nümayəndə təyin olundu

12:50 Gəncədə daha 7 nəfər həbs olundu

12:29 Türk jurnalistlər Yunanıstanda saxlandı

12:10 “Mesajımızı bu gün anlamadınız, amma sabah başa düşəcəksiz“

12:00 Emin Ağalarov evləndi - Foto

11:41 “Qızların təhsil almaması dünyaya 30 trilyon dollar zərər vurur” –Dünya Bankı

11:25 Yaponiyada təbii fəlakət nəticəsində ölənlərin sayı 216 nəfərə çatıb

11:10 Çaylarda suyun səviyyəsi dəyişdi

10:59 Bakıda tikilən metronun üstündəki yol belə çökdü - GÖRÜNTÜ

10:55 Qazax istiqamətində erməni kəşfiyyatçısı ələ keçirildi - FOTO

10:45 Tramp prezidentliyə namizədliyini irəli sürəcək

10:32 İranda 4,6 bal gücündə zəlzələ olub

10:20 Ermənistan silahlı bölmələri atəşkəsi 87 dəfə pozub

14 İYUL 2018

21:59 Kürdəmirdə yol qəzası: 2 yaralı

21:46 “Heç bir qüvvə Azərbaycanın inkişafına zərbə vura bilməz”

21:37 Erməni məmurların fərari övladları ilə bağlı araşdırmalar başladı

21:23 Ruhani: “ABŞ-ı öz müttəfiqləri də təcrid edir”

21:10 “Gülən hərəkatı bütün türkdilli ölkələr üçün təhlükədir”

20:55 Naxçıvanın Ali Məclisinə seçkilərlə bağlı qanunvericiliyə dəyişiklik edildi

20:38 ABŞ neft ehtiyatlarından istifadə imkanlarını öyrənir

20:23 “Azəravtoyol” üzr istədi

20:16 İsrail Qəzza zolağına zərbə endirdi

20:02 İtaliya Prezidenti Azərbaycana səfər edəcək

19:49 İstanbulun yeni hava limanından ilk reys Bakıya həyata keçiriləcək

19:31 Zərdabda qadın sürücü maşını aşırdı: qızı öldü

19:14 Bakıda şirkət rəhbərinə qarşı dələduzluq edilib

19:00 Belçika və İngiltərə yığmalarının start heyətləri açıqlandı

18:44 Tovuz sakinindən qumbara götürülüb

18:37 McDonald“s ABŞ-dakı restoranlarında salat satışını dayandırıb

18:23 Modriç: “Fərdi mükafatları çox düşünmürəm”

18:16 Azərbaycan boksçuları Odesada beynəlxalq turnirdə çıxış edəcək

18:09 Elmar Vəliyevin güllələnən mühafizəçisi Bakıdakı klinikaya gətirildi

18:00 Nazir: Əlillik və pensiya təyinatları üzrə ciddi qanunsuzluqlar aşkarlanıb

17:47 Rusiya üçtərəfli enerji körpüsünün yaradılmasını istəyir

17:36 Milli Məclisin deputatları tətilə çıxır

17:21 Pentaqonda Türkiyə məsələsində ziddiyyətlər - Təhlil

17:10 Bakıda lift qəzası ilə əlaqədar cinayət işi açılıb

16:58 “Coca-Cola” və “Pepsi” Ukraynada fəaliyyətini dayandıra bilər

16:44 Bəşəriyyət Tac-Mahalı itirə bilər

16:39 Tramp rus casuslarından söz açdı

16:27 Heyvan kəsimi ilə bağlı sahibkarlara müraciət

16:12 Dənizdə batan 31 yaşlı kişinin meyiti tapıldı

16:07 Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırıldı

16:00 Zaxar Prilepin: “Ermənistan Rusiyanı az maraqlandırır”

15:47 Prezident “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunu imzalayıb

15:31 Zakir Həsənovdan tapşırıq: “Mühafizəni gücləndirin...”

15:23 Azərbaycan Milli Demokrat Partiyasının Gəncə hadisələri ilə bağlı bəyanatı

15:15 “Çelsi” klubuna yeni baş məşqçi təyin olunub - Rəsmi

14:57 Küləkli hava davam edəcək - Hava proqnozu

14:41 Gəncədəki qarışıqlıqların daha iki iştirakçısı həbs olundu - Foto

14:26 Şeyxülislam o şəxsi kafir elan etdi

14:10 İran rəsmisi Putinin enerji planlarını açıqladı

13:50 Tac-Mahal sökülə bilər

13:39 Bakının Ukrayna dairəsində təmir işləri bir həftə davam edəcək

13:30 Gəncədə Elmar Vəliyevə sui-qəsdin daha bir iştirakçısını həbs etdilər - Foto

13:27 Sabah Milli Məclisin deputatları tətilə çıxacaqlar

13:15 Razi Nurullayev: “Allah eləməsin, çevriliş baş versə…”

12:58 Pakistanda iki mitinqdə törədilən partlayışlarda ölənlərin sayı 132 nəfərə çatıb

12:43 Mustafanın keçmiş arvadı biseksual çıxdı - İntizarla sevgilidir

12:30 Kiyevdə azərbaycanlı həbs olundu

12:11 Yaponiya bankları İranla bütün maliyyə əməliyyatlarını dayandıracaq

11:56 Kürdəmirin icra başçısı fəhlələrin pulunu niyə vermir?

11:55 ABŞ yeni Soyuq müharibəyə başlayır - Senator açıqladı

11:53 OPEK Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını artırıb

11:40 “İcra başçıları insanları aşağıda görürlər” - Millət vəkili

11:28 Borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılıb

11:13 ABŞ 12 Rusiya vətəndaşına qarşı ittiham irəli sürüb

10:51 Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilir

10:39 Ermənilər atəşkəsi 92 dəfə pozdu

10:21 DÇ-2018: Bu gün ilk mükafatçı bəlli olacaq

10:00 Pakistanın sabiq baş naziri və qızı həbs edildi

13 İYUL 2018

23:59 Trampın prezident seçilməsində rolu 12 agent oynayıb?

23:54 İşsizlərin sayı açıqlandı

23:48 “Araz Əlizadənin deputat olması anormallıqdır” - Xeyrəddin Qoca

23:42 Ölkədə qızıl-gümüş bazarı bahalaşır

23:35 Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilir

23:28 Putin-Tramp görüşünün saatı açıqlandı

23:20 Gürcü deputat: Azərbaycanda xaos yaratmaq istədilər

23:12 Xəzərin Lənkəran sahilində iki nəfər boğulub

23:04 Azərbaycanda əhalinin gəlirləri 7,3% artıb

22:57 Göygöldə taxıl sahəsində baş vermiş yanğının qarşısı alınıb

22:45 İşləmək üçün dünyanın ən yaxşı ölkəsi açıqlandı

22:39 FİFA Xorvatiya və İsveç futbol federasiyalarını cəzalandırıb

22:26 ABŞ Gülənin ekstradisiyası ilə bağlı bəyanat yaydı

22:19 Bu il mobil operatorlar 420 mln. manat gəlir əldə edib

22:06 Ronaldo yaşıl meydana çıxmadan “Yuventus” rekord qırdı

21:58 Azərbaycanda qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 72,8% artıb

21:45 Prezident İnzibati Prosessual Məcəlləsinə dəyişiklikləri təsdiqləyib

21:33 Pakistanda mitinqdə törədilən partlayış nəticəsində 70 nəfər ölüb

21:20 Ətraf mühiti çirkləndirənlər 320 min manat cərimələnib

21:11 DÇ-2018: Final matçının bilet qiymətləri məlum olub

21:03 Azərbaycan əhalisinin sayı açıqlanıb

20:56 Maduro: ABŞ Venesuela-Kolumbiya sərhədində təxribat hazırlayır

20:42 DÇ-2018-in finalında bir sıra dövlət başçıları iştirak edəcək

20:34 Azərbaycanda ağır qəza - polis öldü, yaralı da var

20:28 Adnan Oktarın villasından qəribə əşyalar tapıldı - Faktlar

20:15 Londonda Tramp əleyhinə aksiya keçirilir

20:15 Londonda Tramp əleyhinə aksiya keçirilir

20:08 Gəncədə polislərin qətlinə ötən ildən hazırlaşıblar

19:54 Fədayə Laçının cinayət işi ilə tanışlıq mərhələsi başa çatıb

19:48 Baş nazirin prezidentlə zarafatı hər kəsi çaşdırdı - Video

19:40 Əliyev Makrona məktub göndərdi - “Səylərinizə böyük ümidlər bəsləyirik”

19:32 Jirinovski: “Erməniləri sadəcə, götürüb rədd etmək...”

19:26 Dünyanın ən bahalı şəhəri açıqlanıb

19:19 İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb

19:13 Bakının iki ən problemli marşrut xətti birləşdirilərək “BakuBus“a verildi



loading...
“Elçibəy gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib

“Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsi “Elçibəy Gənclərin gözü ilə” mövzusunda tədbir keçirib
Bu insanlar ölülərlə əlaqəyə girirlər və... - Tanınmış şaman hər şeyi açdı

Sosioloq, türkoloq, araşdırmaçı, TÜRKSOY-un üzvi, "Şaman. Təbiət qüvvələri oyananda" kitabının müəllifi, əslən xakas türklərindən olan və tanınmış şaman Timur Davletovun Publika.az-a müsahibəsi
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016