“Suriya münaqişəsinin hazırkı aqibəti Rusiya-ABŞ münasibətlərindən daha çox asılıdır”
Bu sözləri politoloq İlqar Vəlizadə deyib.
Ekspert bildirib ki, iki ölkə arasında Suriya böhranı ilə bağlı birbaşa əlaqə üçün qaynar xəttin yaradılması ilə bağlı razılıq effektiv olarsa, bu, münaqişənin həllinə müsbət təsir göstərə bilər:
“Astana sammitində konfliktin yalnız müəyyən tərəfləri iştirak edir, Suriya müxalifətinin böyük bir hissəsi, Səudiyyə və Qətər kimi oyunçuların isə burada səsi eşidilmir. Belə vəziyyətdə böhranın həllindən söhbət gedə bilməz. Suriya məsələsində ancaq kompleks şəkildə BMT nəzdində hansısa danışıqlar faydalı ola bilər.
Əsas tərəflər yalnız bir format üzərində razılığa gəlməlidirlər. Buna təkcə Rusiya və ABŞ yox, İran və digər oyunçular da qoşulmalıdır. Əks təqdirdə, Suriyada vəziyyət gərginləşəcək. Hazırkı duruma nəzər salsaq, yaxın vaxtlarda Suriya münaqişəsinin həllində irəliləyiş gözlənilmir”.(axar.az)
MilliYol.az
Digər xəbərlər
loading...