Bazar ertəsi, 22 Oktyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Dindarlar ateistlərdən daha çox yaşayır? – Amerikalı alimlərin araşdırması


ABŞ-ın Ohayo Universitetinin alimləri xeyli müddətdir apardıqları maraqlı araşdırmanın nəticələrini açıqlayıblar

“AzPolitika.info” bildirir ki, “Social Psychological and Personality Science” jurnalında dərc edilən nəticələrə görə, dini inancı olan şəxslər ateistlərə nisbətdə daha çox ömür sürürlər.

Alimlər ABŞ-ın 42 ştatı üzrə minlərlə nekroloqu nəzərdən keçiriblər. Bu nekroloqlar vasitəsilə dünyasını dəyişən şəxslərin dinə münasibəti müəyyənləşdirilib. Məlum olub ki, uzun ömür yaşamış mərhumların arasında dindarlar üstünlük təşkil edir. Və dini inancı olanlar ateistlərə nisbətdə ortalama 5.64 il daha çox ömür sürür.

Alimlər bu yaş fərqini bir neçə səbəblə izah edir. Onlar bildirir ki, dindarlar daha aktiv həyat tərzi keçirir və sosiallaşmağa daha çox meylli, yalnızlıq hissindən isə uzaqdırlar. Bundan əlavə, mütəmadi dini mərasimlərdə iştirak, ibadət və dualar insanlara streslə mübarizədə xeyli köməklik edir. Bundan başqa, inanclı insanların zərərli vərdişlərdən də uzaq durduğu xüsusi qeyd olunur.

Əlbəttə ki, alimlərin bu nəticələri ilə razılaşmayanlar da az deyil. Onlar bu yaş fərqinin heç də bütün dindar və ateistlərə aid olmadığını, dindar olmadan da aktiv həyat tərzi keçirənlərin sayının çox olduğunu bildirirlər. Həmçinin qeyd edirlər ki, həyatın uzunluğunun kəmiyyət yox, keyfiyyətdə axtarılması daha düzgün olar.

MilliYol.Az
Etiket:

loading...