Bazar, 21 Oktyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Deputat: “Yeni Paşinyanlar küçələrə çıxacaq”


“Uzun illər Azərbaycanın, ilk növbədə, Prezident İlham Əliyevin Ermənistan hakimiyyəti haqqında dediklərini və ölkənin ucuruma getməsi barədə fikirlərini bu gün Ermənistan cəmiyyətinin özü deyir”

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, Ermənistanda hakimiyyət dəyişikliyi seçki ilə deyil, xalq etirazı nəticəsində baş verdi:

“Xalq Sarkisyan hakimiyyətinin apardığı irticaçı siyasətdən artıq boğaza yığılmışdı. Ermənistanın indi düşdüyü ağır vəziyyətin yeganə səbəbi isə Azərbaycan torpaqlarının bir hissəsini işğalda saxlaması və bu səbəbdən dünyadan təcrid olunmasıdır. Ona görə də xalq küçə etirazları ilə hakimiyyəti dəyişdi və hazırda yeni bir siyasət görmək istəyir. Uzun illər Prezident İlham Əliyevin Ermənistan hakimiyyəti haqqında dedikləri, Ermənistanın ucuruma getməsi barədə fikirləri bu gün Ermənistan cəmiyyətinin özü deyir. Bunun işartıları görünürdü. Ara-sıra hətta parlamentin özündə belə, Ermənistanın ağır vəziyyətə düşdüyü və bunun qarşısının alınması barədə çağırışlar eşidilirdi. Azərbaycan Ermənistan hakimiyyətinin kriminal xunta olduğunu, Ermənistanın apardığı siyasətin ilk növbədə özünə fəlakət gətirəcəyini deyirdi, indi isə bunu erməni xalqı deyir”.

Deputat qeyd edib ki, Azərbaycan bu gün qonşu ölkənin yeni hakimiyyətinin bunu dərk edərək region və Ermənistan üçün yeganə düzgün yol olan beynəlxalq hüquq normalarına uyğun siyasət aparmasına ümid edir:

“Ümid edirik ki, yeni hakimiyyət cinayətkar Sarkisyan rejminin apardığı siyasəti dayandıracaq, qonşu dövlətlərlə normal, sivil münasibətlər quracaq, Azərbaycanın təşəbbüskar olduğu regional-iqtisadi layihələrə qoşulmaq imkanı əldə edəcək. Yox, əgər yeni hakimiyyət Sarkisyan hakimiyyətinin apardığı siyasətin üz qabığını dəyişərək mahiyyətcə eyni siyasət yeridəcəksə, bunun da axırı dalana dirənəcək, yeni Paşinyanların küçəyə çıxmasına səbəb olacaq, onsuz da ağır vəziyyətdə olan Ermənistanı daha da ağır vəziyyətə salacaq”.
Etiket:

loading...