Bazar, 23 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Deşam: “Təcrübə bizə kömək etməlidir”


Fransa millisinin baş məşqçisi Didye Deşam bu gün dünya çempionatının yarımfinal mərhələsində Belçikaya qarşı keçirəcəkləri oyundan danışıb

“Qafqazinfo” xəbər verir ki, təcrübəli çalışdırıcı final üçün hər şeyi edə biləcəklərini deyib:

“Yarımfinaldayıq və bu böyük uğurdur. Dünya çempionatının finalında oynamaq şansımız var. Buna görə meydanda hər şeyi edəcəyik. Sabah sevinmək üçün bütün gücümüzlə oynamaq məcburiyyətindəyik. Biz Qrizman, Mbappe kimi futbolçulara sahibik.

Potensial və keyfiyyət baxımından onlar çox üstündürlər. AVRO-2016-nın finalından bu tərəfə əla təcrübə toplamışıq. Bir az daha artıq güc qoymalıyıq. 2 il ərzində bir çox şeylər dəyişdi. Təcrübə bizə kömək etməlidir. Doğru zamanda doğru yerdə olub çalışmalıyıq. Oyunçularımdan çox şey asılıdır”.
Etiket:

loading...