Bazar ertəsi, 22 Oktyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Cənubi Koreya və KXDR hərbi danışıqlara başlayıb - 10 il ərzində ilk dəfə

Koreya Respublikası və Koreya Xalq Demokrtik Respublikası (KXDR) 10 il ərzində generallar səviyyəsində hərbi danışıqlara başlayıb

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“İki dövlət arasında hərbi gərginliyin azaldılması və müdafiə nazirləri səviyyəsində görüş hazırlamaq kimi məsələləri müzakirə etmək planlaşdırılır”, – məlumatda deyilir.

Qeyd edək ki, Şimal və Cənub tərəfinin hərbi nümayəndələrinin görüşü Seuldan 60 km məsafədəki Phanmuncom sərhəd məntəqəsinin şimal tərəfində “Thonyilqak” pavilyonunda keçirilir. Cənubi Koreyanın nümayəndə heyətinə Müdafiə Nazirliyində Koreyalararası əlaqələrə nəzarət edən general-mayor Kim Do Qyun rəhbərlik edir.
Etiket:

loading...