Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 11 mlrd. 225 mln. 878,20 min ABŞ dolları təşkil edib
"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 3 mlrd. 958 mln. 926,03 dollar və ya 54,48% çoxdur.
Ötən 5 ay ərzində idxal əməliyyatları 3 mlrd. 855 mln. 338,54 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 1 mlrd. 38 mln. 471 min dollar və ya 36,87% çoxdur.
Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 7 mlrd. 370 mln. 539,66 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 2 mlrd. 920 mln. 455,03 min dollar və ya 65,63% çoxdur.
Nəticədə 3 mlrd. 515 mln. 201,12 dollar məbləğində müsbət saldo yaranıb ki, bu da 2017-ci ilin 5 ayı ilə müqayisədə 1 mlrd. 881 mln. 984,03 min dollar və ya 2,15 dəfə artım deməkdir.
MilliYol.Az
Digər xəbərlər
loading...