Türkiyə lirəsinin ingilis funtuna nisbətdə dəyərdən düşməsi Böyük Britaniyalıların Türkiyəyə üz tutmasına səbəb olub
Belə ki, İngiltərədə türk lirəsinin satıldığı poçt ofislərində türk lirəsi ehtiyatları qurtarıb.
Musavat.com-un "Evening Standart" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə poçt ofisinin rəsmiləri qəzetə açıqlamalarında bildirib. Onlar 24-36 saat ərzində lirə ehtiyatlarını artıracaqlarını qeyd ediblər.
Qeyd edək ki, avqustun 9-da 100 funt sterlinq qarşılığında Britaniyalılar 680 lirə əldə edə bilirdilərsə, hazırda onlar 100 funta 880 lirə ala bilirlər. Bu da Böyük Britaniyalılara kiçik məbləğlər qarşılığında Türkiyədə səyahət etmək imkanı verir.
MilliYol.Az
Digər xəbərlər
loading...