Bazar, 23 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Brüssel Bəyannaməsi: “Rusiya Ukraynanı qanunsuz ilhaqı yolu ilə destabilizasiya edir”


“NATO hər hansı ölkə üçün təhlükə yaratmır. Bütün tədbirlər Alyansın hüquqi və siyasi öhdəlikləri çərçivəsindədir, həmçinin qoruyucu, proporsional və şəffafdır”

Bu fikir NATO sammitində qəbul edilən Transatlantik Təhlükəsizlik və Həmrəylik üzrə Brüssel Bəyannaməsində bildirilir.

“Biz uzunmüddətli qeyri-sabitlik dövrü ilə rastlaşırıq. Rusiya Ukraynanı, həmçinin Krımın qanunsuz ilhaqı yolu ilə destabilizasiya edir, beynəlxalq hüququ pozur”, – sənəddə deyilir.

Eyni zamanda sammit iştirakçıları bildiriblər ki, Rusiya ilə əvvəlki kimi konstruktiv dialoqa hazırdırlar.

Bəyannamədə NATO-nun Şərq Tərəfdaşları – Gürcüstan, Moldova, Ukrayna, həmçinin Bosniya və Herseqovinaya dəstək əksini tapır. (report.az)
Etiket:

loading...