Cümə axşamı, 20 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Bilal Dündar: “Azərbaycan Cənubi Qafqazın güc mərkəzinə çevrilib”


“Aprelin 11-də keçiriləcək prezident seçkilərinin dost və qardaş Azərbaycan xalqı üçün xeyirli olmasını arzulayıram. Əminəm ki, bu demokratik mübarizədə xalq seçki hüququndan istifadə edərək öz gələcəyinə səs verəcək”

Bu sözləri sechki-2018.az saytına açıqlamasında Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Bilal Dündar deyib.

O bildirib ki, Azərbaycandakı seçki prosesi ölkədən kənarda da maraqla izlənilir. “Dünyanın bir çox ölkələri Cümhuriyyətin nə olduğunu bilmədiyi halda Azərbaycan 1918-ci ildə Cümhuriyyət elan edilən nadir ölkələrdəndir. Mən ilk dəfə 1991-ci ildə Azərbaycana səfər etmişəm. O dövrdən bu günədək Azərbaycan böyük inkişaf yolu keçib. Bu gün də Azərbaycan sürətlə inkişaf edir. Ölkə Cənubi Qafqazın güc mərkəzinə çevrilib. Bu seçkilərdən sonra da Azərbaycanda inkişafın davam edəcəyinə və bir çox sahələrdə dəyişikliklərin olacağına inanıram”, - deyə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri vurğulayıb.
Etiket:

loading...