Çərşənbə, 19 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Bərzani İraq ordusunun hücumuna hazırlaşır


Peşmərgə Mosula gedən hər iki əsas yolu bağladı

İraq Kürd Muxtariyyəti Duhok və Ərbildən Mosula gedən 2 əsas olu bağlayıb.

Bu barədə Türkiyə mediası informasiya yayıb.

İraq Kürd Muxtariyyəti İraq ordusunun hücum əməliyyatı barədə kəşfiyyat məlumatları əldə etdikdən sonra dərhal ehtiyat tədbirlərinə başlayıb.

“Kürdüstan bölgəsindən Mosula gedən 2 əsas yol var. Biri Ərbildən, digəri isə Duhokdan. Yolların hər ikisini bağlamışıq. Komandanlıqdan əmr gözləyirik. Nə vaxt əmr gəlsə, yollar yenidən açılacaq”, – peşmərgə komandiri Arif Teyfur deyib.

Qeyd edək ki, İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani rəsmi Bağdadın Kərkükün cənubunda, qərbində və Mosulun şimalında hərbi əməliyyatlar təşkil edəcəyi barədə kəşfiyyat məlumatları əldə etdiklərini açıqlamışdı. (axar.az)

MilliYol.Az
Etiket:

loading...