Çərşənbə, 19 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Belçika millisinin qapıçısı azarkeşin xahişini yerinə yetirib


İngiltərənin "Liverpul" klubunun və Belçika yığmasının qapıçısı Simon Minyole dünya çempionatında onun formasını istəyən azarkeşi axtarıb

"Report" xəbər verir ki, fanat oyun zamanı plakat açıb və oyunçunun formasını ona verməyini xahiş edib. 30 yaşlı qolkiper oyundan sonra şəxsi "Twitter" səhifəsində azarkeşin şəklini yerləşdirərək ona cavab vermək istəyib. 

Azarkeşlər isə onun axtarışında qapıçıya kömək edib. 

Minyole "Twitter" hesabından "Biz onu tapdıq. Arsenlə tanış olun. O, Qırğızıstandan Rusiyaya gələrək, mənim formamı alıb. Sosial şəbəkələri xoşlayıram. Hamınıza təşəkkür edirəm". 

Qeyd edək ki, Belçika yığma bu gün DÇ-2018-in 1/4 finalında Braziliya ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. 
Etiket:

loading...