Cümə axşamı, 20 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Bayıldakı yeni sürüşmə zonasında son durum


Bayılda, Buxta küçəsi, 9 ünvanında bir neçə ev uçulub

Trend-in məlumatına görə, bunu hadisə yerində olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Ə.Qaralov bildirib ki, həmin ünvanda hələ sovet dövründə yamac terrasvari kəsilmiş və yamacda evlər tikilmişdi:

“Biz müşahidə etmişdik ki, Buxta küçəsindəki evlərdən təxminən 200 metr qərbdə – Badamdar istiqamətində müəyyən ekzogen proseslər gedir. Həmin yamacın terrasvari kəsilməsi, evlərin inşası, çirkab suların axıdılması bu prosesin baş verməsinə səbəb olub. Nəticədə bir neçə ev uçulub, yaşayış üçün yararsız hala düşüb”.

O əlavə edib ki, evlərin olduğu yamac sürüşməyə meyilli ərazidir: “Küçə kiçik və dar olduğundan evlərin altında hansı proseslərin baş verməsindən xəbərsizik. Ərazidə müşahidələr apararaq ətraflı məlumat verəcəyik”.
Etiket:

loading...