Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1950-ci il təvəllüdlü Ramazanov Süleyman Müslüm oğlunun 10.08.2018-ci il tarixində Balakən rayonunun İtitala kəndi ərazisində naməlum şəraitdə itkin düşməsi barədə məlumat daxil olub
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri S.Ramazanovun axtarışlarına cəlb olunub. Hadisə ilə bağlı aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Əlavə məlumat veriləcək.
Digər xəbərlər
loading...