Bu adətlər insanı evlənməkdən soyudur
Hər bir gənc qız və oğlanın xəyalıdır özünə uyğun həyat yoldaşı tapmaq, toy edib, yuva qurmaq. Toy dünyanın müxtəlik ölkələrində müxtəlif adətlərin icrası ilə baş tutan bir mərasimdir. Amma bəzi adətlər var ki, sanki gənclərin ailə qurmaması üçün meydana çıxıb.
MilliYol.Az istipress-ə istinadən insanı evlilikdən soyudan adətləri təqdim edir:
Quam
Hüquqi baxımdan muxtar statusa malik, eyni zamanda Amerika Birləşmiş Ştatlarının federal torpaqlarından hesab olunan Quamda bakirələrin evlənməsi qadağandır. Bünün üçün pul müqabilində bu "problemi" həll edən şəxslər fəaliyyət göstərir.
Vikinqlər
Gəlinlər hərracda satılırdı. Bəy bir məbləğ deyirdi, qız atası isə qiyməti artırmağa çalışırdı.
Mavritaniya
Toydan öncə qızların 100 kq olması lazımdır. Bəyin ailəsi gəlinin kök olması üçün daima onu yedirir. Yeməyən gəlin cəzalandırılır.
Kolumbiya
Gəlinin anası gərdəyə girən cütlüyə şahidlik edə bilir.
Bosniya Hersoqovina
Müzakirələrdən sonra bəy evə dəvət edilir və ona qəhvə təklif edilir. Əgər qəhvə duzlu və turşdursa rədd, şirindirsə müsbət cavab deməkdir.
Pakistan
Bəy namizədi qızın ailəsi tərəfindən müxtəlif sınaqlardan keçirilir. Ona ağla gəlməyən təhqirlər edilir. Əgər o bunlara dayana və soyuqqanlığını qoruya bilərsə, sınaqdan keçmiş olur.
Hindistan
Hindistanda gəlin və bəy üçün müqəddəs alov yandırılır, ətrafa döşəklər qoyulur. Cütlük ocağın ətrafında 4 dəfə dövrə vurur. Döşəkçələrə ilk kim otursa evdə onun sözü keçir.
Şimali Koreya
Keçmişdə bəylər belinə qaz bağlayaraq at üzərində gəlin evinə gedirdi. İndi isə simvolik taxta ördəkdən istifadə edilir. Toydan öncə cütülüyün evinə taxta ördək yerləşdirilir. Əgər ördək tərsinə qoyulsa dava-dalaş, düz olarsa isə yaxşı keçindiklərinə işarətdir.
Afrika
Gəlinlə bəy süpürgə üzərindən tullanırlar. Bu adət qulların evlənməsinin yasaq olduğu dövrdən qalıb. Bu adət cütlüyün keçmişdə olan bütün pis xatirələri süpürüb atdığını simvolizə edir.
Almaniya
Bəy və gəlin toydan sonra kötük kəsirlər. Bu da qarşıya çıxacaq çətinliklərə birlikdə sinə gərmək mənasına gəlir.
Kosova
Gəlin ağ boya ilə boyanır. Üzünə isə müxtəlif fiqurlar çəkilir. Onlar bunun şansızlıqdan qoruduğuna inanırlar.
Tayvan
Gəlinin bakirəliyini bəyin dostları və ya yaxınlarından biri pozur. Səbəb - "bəy belə cansıxıcı işlə zaman itirməsin".
İsveç
Qonaqlar gəlin və bəyi öpürlər. Gəlin bəyin yanından ayrılan kimi qadınlar bəyi öpmək üçün növbəyə düzülür. Əgər bəy ortalıqda görünmürsə, kişi qonaqlar gəlin üçün növbələşir.
Türkmənistan
Gəlinlərin geyindiyi geyim və taxdıqları aksesuarların çəkisi az qala özü ilə eyni olub. Ancaq baş və sairə taxılan aksesuarlar 30 kq-dan çoxdur. "Kürtə" adlandırılan əl işləməsi olan gəlinlik örtüyü və başqa paltarlarla bu çəki 40-dan da çox olur.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...