Dünən saat 16 radələrində Bakının Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsindən metronun “Neftçilər” stansiyası istiqamətinə gələn yolda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb
Lent.az xəbər verir ki, maşınla 24 yaşlı Xəyalə Məmmədovanı vurub qaçan Fərəcli Ağaəli Füzuli oğlunun qəzanı 99 BS 999 dövlət nömrə nişanlı “Porsche Cayenne Magnum” markalı avtomobillə törətdiyi üzə çıxıb. Kamera görüntüləri əsasında sürücü və nəqliyyat vasitəsi müəyyənləşdirilib.
Bildirilir ki, hadisəni törədən A.Fərəcli tanınmış iş adamı Füzuli Fərəcovun oğludur. O, Bakıxanov qəsəbəsində yaşayır və burada bir neçə restoranı var. Qəzanı törədən avtomobilin qiyməti isə 200 min manatdan başlayır.
Qeyd edək ki, X.Məmmədova 3 saylı şəhər xəstəxanasında vəfat edib.
*****
Bakıda avtomobilin vurduğu qadın xəstəxanada ölüb. Lent.az xəbər verir ki, dünən saat 16 radələrində Bakıxanov qəsəbəsindən "Neftçilər" metrostansiyası istiqamətinə gələn yolda naməlum avtomobil Xəyalə Məmmədovanı vurub. Ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına aparılan qadın orada ölüb. Araşdırmalarla müəyyən edilib ki, qəzanı törədən avtomobili Fərəcli Ağaəli Füzuli oğlu idarə edirmiş. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, dünən Bakıda yol qəzalarında 2 piyada ölümü faktı qeydə alınıb ki, bu hadisələrin hər ikisi Bakıxanov qəsəbəsində baş verib.
MilliYol.Az
Digər xəbərlər
loading...