Qızına 400 minlik toy edən məmurdan yeni xəbər - Araşdırma başladı “Astexnoservis“ MMC-də qanunsuzluq: fəhlələr qul kimi işlədilər, büdcə talan edilir - Şikayət İcra başçısı 2 milyonu necə asanlıqla qazanır? - Neftçalada İcra başçısının müavini işdən qovuldu - Külli miqdarda pul mənimsəyib
 

Böhrandan çıxış üçün ilk öncə maliyyə sabitliyi yaratmaq lazımdır

Tarix 21.12.16, 12:36

Font ölçüsü : - / +
bitmap-img6

Hər bir iqtisadi böhrandan çıxış yolu ölkədəki iqtisadi aktivliyi artırmaqdan keçir. İqtisadi aktivlik isə ilk növbədə ölkə iqtisadiyyatına kapital axını ilə təmin edilməklə əldə oluna bilər. Bu, hər hansı bir yenilik deyil, dünyanın müxtəlif ölkələrinin dəfələrlə keçdiyi yoldur və bu yolun alternativi olmur.

Ölkə iqtisadiyyatına investisiya axınını mümkün edən ən mühüm şərt isə ölkədə mövcud olan ictimai-siyasi sabitlik və yatırımlar üçün bundan heç də az əhəmiyyət kəsb etməyən maliyyə sabitliyidir. Bu gün Azərbaycanda ictimai-siyasi sabitlik kifayət bir səviyyədədir. Lakin təəssüf ki, bunu ölkədəki maliyyə sabitliyi haqqında demək mümkün deyil. Ölkənin maliyyə sabitliyinin əsas göstəricisi milli valyutanın durumudur. Milli valyuta sabit deyilsə, deməli ölkənin maliyyə vəziyyəti sabit deyil. Bu sabitlik olmayan yerdə isə nəinki xarici investorlar, hətta yerli investorlar da ölkə iqtisadiyyatına yatırım etməkdən ehtiyatlanırlar. Bir sözlə, milli valyutanın qeyri-sabit olduğu dövr, investorlar üçün ən təhlükəli dövr hesab olunur. Bu bizim kəşfimiz deyil, reallıqdır.

Keçən il manatın məzənnəsində baş vermiş iki kəskin devalvasiya, son devalvasiyadan ötən bir il ərzində onun rəsmi məzənnəsinin daha 13,1 faiz ucuzlaşması (qeyri-rəsmi məzənnənin isə 20%-dən çox ucuzlaşması) və hökumətin gələn ildən manatı tam sərbəst buraxmaqla bağlı müəyyən etdiyi kurs, hər bir investoru ciddi düşündürən məsələdir. Milli valyutanın məzənnəsi ətrafındakı bu çətinlikləri yaradan başlıca səbəblər neftin qiymətlərində baş verən kəskin azalmalar oldu. Rəqəmlərin dili ilə desək, 2013-cü ilin 10 ayı ilə müqayisədə cari ilin 10 ayı ərzində xarici ticarət dövriyyəmiz 2 dəfədən, ixracımız 60%-dən çox, qeyri-neft sektorundan ixracımız isə 40%-dən çox azalmışdır. Müqayisə edilən dövrdə ümumi ixracın 60%-dən çox azalmasının bilavasitə neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi ilə bağlılığı hər kəsə aydındır. Lakin həmin dövrdə qeyri-neft sektorundan ixracın 40%-dən çox azalmasının səbəblərini izah etmək olmur. Bu vəziyyətin səbəbləri ölkə iqtisadiyyatının durumunu araşdırmağa borclu olan müvafiq qurumların vəzifə borcudur. İxracın kəskin azalması səbəbindən  xarici valyuta axını da kəskin şəkildə azaldı və bu səbəbdən ölkənin maliyyə vəziyyətində gərginliklər yaşanmağa başlandı.
Milli valyutanın qeyri-sabitliyi nə qədər davam edə bilər? Bu vəziyyətdən çıxışın yolları hansı tədbirlərin görülməsindən keçə bilər? Neftin qiymətlərinin qalxmasına nə kimi ümidlər var? Və ümumiyyətlə gələn il dünyanın iqtisadi müstəvisində və maliyyə bazarlarında hansı prosseslər mükündür? Bütün bu suallara dəqiq cavab tapmaq çətindir. Lakin hadisələrin bu günə qədərki inkişafı aşağıdakıları deməyə əsas verir.

İlk öncə onu deyək ki verilən bütün pozitiv proqnozların əksinə olaraq gələn il neftin qiymətlərində artımlar deyil, ciddi azalmalar daha çox gözləniləndir. Ucuz neft siyasəti ABŞ-ın əlində Rusiya iqtisadiyyatını çökdürmək üçün ən təsirli silahdır və yaxın gələcəkdə onun bu silahı  yerə qoyacağı heç gözlənilən deyil. Bəs gələn il dünyanın bir nömrəli valyutası – dollar özünü necə aparacaq? Bu günlərdə Federal Ehtiyat Sisteminin uçot dərəcəsini qaldırmaq qərarı çoxdan gözlənilirdi. Amerika Birləşmiş Ştatlarının bahalı dollar siyasəti dünya maliyyə sisteminə və ABŞ-ın iqtisadiyyatına nə vəd edir? Uçot dərəcəsi qaldırıldıqdan sonra dollar canlanır, baha dollar Amerika aktivlərinin gəlirliliyini daha da artırır və bu səbəbdən ölkəyə xarici kapital axını güclənir. Təbi ki, FES-in bu qərarından sonra dolların başqa valyutalara nisbətən müəyyən qədər bahalaşması baş verdi. Ancaq bu hələ son deyil. Əsas məsələ bundan ibarətdir ki, bu dəfə FES 2017-ci ildə uçot dərəcəsini gələn il üçün əvvəlcədən nəzərdə tutulduğu kimi iki dəfə deyil, üç dəfə qaldırmaq qərarına gəldi. Beləliklə, gələn il baza faiz dərəcəsinin orta hesabla 1,375 faizə qədər yüksələcəyi mümkündür. Bu isə olduqca ciddi bir məsələdir. Belə olduğu halda dünya maliyyə sistemində hansı proseslər baş verəcək, bahalı dollar neftin qiymətlərini hansı səviyyəyə qədər enməsinə gətirib çıxaracaq və digər ölkələrin valyutaları, xüsusilə də inkişaf etməkdə olan ölkələrin valyutaları özlərini necə aparacaqlar? Bütün bu suallara indidən dolğun cavab vermək mümkün deyil. FES-in bu qərarı təbii ki, Azərbaycan manatının da məzənnəsinə müəyyən təsir göstərdi və gələn il uçot dərəcəsində baş verəcək artımlar bütün valyutalar kimi manata da öz təsirini göstərəcək.

Bəs yaranmış vəziyyətdən çıxış yolları nədir? Bu sual indi hər kəsi düşündürür. Hökumət son bir ildən artıq dövrdə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun sürətli inkişafını təmin edə biləcək kifayət qədər qərarlar qəbul edib, ölkə iqtisadiyyatının yaxın, orta və uzaq perspektivdə inkişafını hədəfləyən yol xəritəsi işlənib hazırlanıb. Bu çox müsbət bir haldır. Lakin unutmaq olmaz ki, bu proqramların hər birinin reallaşdırılması həm daxili və həm də xarici investisiyaların normal axınının təmin ediləcəyi halda mümkündür. Ölkədə maliyyə sabitliyi olmadığı bir halda isə bütün səviyyədən olan investorlar tərəddüd edəcəklər. Bəs bu sabitliyi yaratmağın hansı yolları var? Yaranmış vəziyyətdən çıxışın başlıca yolları hansı addımlardan ibarət ola bilər? İlk öncə milli valyuta - manat tam sərbəst buraxılmalı və bundan dərhal sonra aşağıdakı tədbirlərin görülməsi vacibdir:

-manatın tam sərbəst buraxılmasına qədər əhalinin banklardan xarici valyutada götürdüyü kreditlərdən aztəminatlı ailələrə aid olan 2000 ABŞ dollarına qədər hissəsi bağışlanılmalı, yerdə qalan hissəsi isə güzəştli məzənnə ilə manata çevrilməlidir. Bu addım təbii ki, xarici kredit təşkilatları qarşısında öhdəliyi olan bankların vəziyyətini ağırlaşdıracaq. Lakin bundan qorxmaq lazım deyil. Bundan sonra ölkədə daha 20 bankın bağlanması və onların aktivlərinin satılması yolu ilə xarici borcların ödənilməsi mümkündür;

-xarici valyutada olan əmanətlərin manatla olan əmanətlərə çevrilməsinin və əhalinin manata olan inamının tam bərpa olunmasını təmin etmək məqsədilə manatla olan əmanətlərə görə ilik faiz ödənişini 20%-ə qaldırmaq və manatla olan əmanətləri 10 il müddətinə 100 % sığortalamaq lazımdır. Banklar onsuz da kreditləri 25-30 və bundan daha çox faizlə verirlər. Ona görə də əmanətlərə görə faiz ödənişini çəkinmədən 20%-ə qədər artırmaq olar;

valyuta bazarına tam nəzarəti təmin etmək məqsədilə bankların valyuta birjasından aldıqları valyutanın hərəkətinə xüsusi nəzarət sistemi qurulmalıdır. Eyni zamanda valyuta bazarına edilən qeyri-rəsmi basqıların qarşısının alınması üçün ən sərt tədbirlər nəzərdə tutulmalıdır;

-bütün səviyyələrdən olan dövlət xərclərində real qənaət rejimləri tətbiq edilməlidir. Bu gün dövlət büdcəsindən ölkənin müdafiəsi və beynəlxalq müqavilələrlə bağlı xərclər, əmək haqqı və ona bərabər tutulan xərclər istisna olunmaqla bütün digər xərclərin maliyyələşməsi dayandırılmalıdır;

-dövlət müəssisələrində xərclərə tam qənaət rejimi tətbiq edilməli, onların istehsal etdikləri məhsulların və göstərdikləri xidmətlərin maya dəyəri müstəqil şəkildə təftiş edilməlidir. Heç şübhəsiz burada ciddi ehtiyatlar mövcuddur;

-Beynəlxalq Bank başda olmaqla, nəzarət zərfi dövlətə məxsus olan bütün banklar dərhal özəlləşdirilməlidir. Beynəlxalq Bankdakı son olaylar bir daha göstərdi ki, bu məsələdə ləngimək nə deməkdir;

-əhaliyə xidmət göstərən elektrik enerjisi, su, qaz, rabitə xidməti müəssisələri ən qısa zaman kəsiyində elə bir şəkildə özəlləşdirilməlidir ki, ölkədə bu xidmətləri göstərən çoxsaylı özəl müəssisələr yaradılsın və bununla da sağlam rəqabət mühiti formalaşsın. Təkcə taksi xidməti sahəsindəki sadələşmələrin bu xidmətin həm keyfiyyətində və həm də qiymətlərində nə kimi müsbət dəyişikliklərə gətirib çıxardığını hər kəs təsdiq edə bilər. Digər tərəfdən bu sahələrin özəlləşməsi indiki maliyyə çətinlikləri şəraitində dövlət büdcəsinə də kifayət qədər vəsaitlərin daxil olmasını təmin edər;

-sahibkarların normal fəaliyyətini təmin etmək məqsədilə bütün səviyyələrdən olan məmur müdaxiləsinin ardan qaldırılması və bu sahədə məmur-sahibkar münasibətlərin ASAN xidmət sistemi vasitəsilə idarə olunmasına keçidi təmin etmək lazımdır. Bu xidmətlərin tam olaraq ASAN xidmət mərkəzlərinə ötürülməsi, digər tərəfdən büdcə xərclərinə kifayət qədər qənaət etmək demək olacaqdır.
Bu tədbirlərin görülməsi ilk öncə maliyyə sabitliyinin yaranmasını təmin edə bilər, sabitlik yarandığı halda isə iqtisadi aktivliyin yüksəlişi mütləq baş verəcəkdir. 

Fikrət Yusifov
İqtisad elmləri doktoru,
professor



Xəbərin oxunma sayı : 406

loading...

Analiz

Önəmli

Son xəbərlər

27 APREL 2017

17:44 Əfv Məsələləri Komissiyası açıqlama yayıb

17:33 Azərbaycanlılar Avropa Şurasının binası qarşısında etiraz aksiyası keçiriblər

17:12 Dolların sabaha olan məzənnəsi açıqlanıb

15:47 1600 dollara bakirə qızlar - Qazaxıstanda

14:44 İtaliya səfiri: “TAP-ın tikintisi tam bərpa olunub“

14:35 Ömrümün 14 ilinin dostu,sirdaşı...

14:30 Rafael Mehrəliyev iş adamı İlham Qasımovdan 3,7 milyon manat rüşvət alıb?

14:17 Qızına 400 minlik toy edən məmurdan yeni xəbər - Araşdırma başladı

12:33 Azərbaycanda sulu qəlyandan istifadə də məhdudlaşdırılır

12:21 Dövlət Dəniz Administrasiyası beynəlxalq sərgidə iştirak edir - Fotolar

11:39 4-cü dəfə evlənən polkovnikin keçmiş arvadı elə şeylər danışdı ki... - FOTOLAR

11:35 Sabah Qarabağda müharibə qərarı verilə bilər

11:33 Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə yeni rəis müavini təyin edilib

11:12 "Korrupsiyaya qarşı mübarizə üçün möhkəm siyasi iradə var" - Fuad Ələsgərov

11:05 Türkiyədə 9 mindən çox polis işdən uzaqlaşdırıldı

10:55 Bakıda tikinti sektorunda qeyri-rəsmi məşğulluğun aradan qaldırılması müzakirə olunur

10:38 Çinin idxal etdiyi ən bahalı neft Azərbaycanın payına düşür

10:33 “Dağlıq Qarabağ münaqişəsi bölgənin ən böyük problemidir“

10:18 Şəhər və rayondaxili avtobuslarda 5 yaşadək uşaqlar üçün ödəniş edilməyəcək

10:12 Bakıda 22 yaşlı gənc ağzından bıçaqlandı

26 APREL 2017

17:28 “Ən böyük arzum Azərbaycanda astroloji məktəb yaratmaqdır“

14:44 İlham Əliyevə Kəbənin üz örtüyü tərtibatının fraqmenti hədiyyə olunub

14:40 “Astexnoservis“ MMC-də qanunsuzluq: fəhlələr qul kimi işlədilər, büdcə talan edilir - Şikayət

12:55 Sübahir Qurbanov ilk dəfə ifadə verdi: “Bu adamı həbs edin...”

12:38 Məşhur erməni saytı Azərbaycana qarşı terrora çağırdı

12:33 “Azərbaycanda növbəti iki gün ərzində güclü külək olmayacaq”

12:12 “ABŞ və Rusiya Şəngal əməliyyatı barədə məlumatlandırılmışdı“

12:05 Azərbaycan prezidenti Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib

11:44 “Əlverişsiz əmək şəraitində işləyənlərin sayı artıb“

11:33 Rusiyada OMON-çular azərbaycanlıların toyuna basqın etdi

11:18 “Türkiyə-Aİ münasibətləri ən pis həddədir” – Binəli Yıldırım

11:12 Azərbaycanın nazir müavini işdən çıxarıldı

11:05 Trump ilk gömrük vergisini bu ölkəyə tətbiq etdi, hamı çaşıb qaldı

10:48 İlham Əliyev dünyanın ilk neft quyusuna baxdı - FOTO

10:44 Daha 4 dövlət xidməti ləğv olundu

10:33 “Qara bazar”da dolların bahalaşdığı bildirilir

10:27 Milyarder Araz Ağalarov oğlu və nəvəsi ilə... - FOTOLAR

10:18 Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçiriləcək

10:12 Ərdoğan: “AŞPA-nın qərarını tanımırıq”

10:00 Bakıda 500 manata dovşan satılır - VİDEO

9:27 “Özümü xoşbəxt hiss etdim” - Leyla Əliyeva

25 APREL 2017

17:44 “Dəymiş ziyan şişirdilib“

17:22 Fransa seçkiləri siyasi elitaya vurulan tərs sillədir

17:05 “Qarabağın həlli üçün maksimum səy göstərəcəyəm“

16:44 “Biz bu hərəkətimizlə bir növ Türkiyəni cəzalandırmış olacağıq”

16:38 Cəmil Quliyev növbəti dəfə İTV-nin baş direktoru seçilib

16:06 “Bakı Marafonu 2017“-nin qaçış nömrələri harda verilir?

15:44 SOCAR: Azərbaycanda neft hasilatı hər il 7-10% azalır

15:33 “Şahdəniz-2“ üzrə xərclərin 25%-inə qənaət olunub

14:44 “Xalq bilmir ki, pulunu hansı valyutada saxlasın”

14:30 Prezident Administrasiyası ləğv olundu

13:12 “Qanunları tez-tez dəyişdirməklə heç nəyə nail ola bilmərik”

12:44 Aleksandr Lapşin Rusiya XİN-in tövsiyəsinə məhəl qoymayıb

12:38 Milli Məclisin növbəti plenar iclası keçirilir

12:22 “İndependent”in məqaləsində regiondakı real vəziyyət təhrif olunub”

11:44 Azərbaycanda hotellərin mərtəbələri qadınlar və kişilər üçün bölünə bilər

11:33 “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur“

11:24 İcra başçısı 2 milyonu necə asanlıqla qazanır? - Neftçalada

11:23 “Qaynarinfo“ 10 yaşında

11:05 Birinci turda qalib gələn şovinist Le Pen istefaya getdi

10:44 Azərbaycan-Türkiyə birgə təlimlərində istifadə ediləcək silahlar

10:31 Bakı səmasında inanılmaz hadisə - VİDEO

10:22 Azərbaycanda yüksək rütbəli məmur vəfat etdi

10:12 Bütün ABŞ Senatorları Ağ Evə dəvət olundu – Şimali Koreya ilə bağlı

24 APREL 2017

18:35 “Təəssüflə qeyd etməliyik ki...“ - İlham Əliyev

17:44 Dubayda keçirilən turizm sərgisində erməni təxribatının qarşısı alınıb

17:33 İranda narkotik satanlara güzəşt – Ölüm cəzası ləğv olundu

17:05 Ukrayna və Azərbaycan birgə silah istehsalını müzakirə edir

16:41 Zahir Əzəmət: “Əsas rəqibimiz “Facebook“ və “Google“dur“ - 10 yaşın söhbəti

16:38 Havanın pisləşməsi ilə əlaqədar 200-dən çox neftçi təxliyə olunub

16:33 Fahişəlik və qumara görə ağır cərimələr tətbiq edilir

16:12 Bakıda yaşayış binası yanıb: üç polis tüstüdən zəhərlənib

16:05 Qulluq mövqeyindən istifadə etməklə mənimsəməyə görə cərimə artırılır

16:05 Qulluq mövqeyindən istifadə etməklə mənimsəməyə görə cərimə artırılır

15:33 “Mütəllibovu həbsdən şəxsən mən xilas etmişəm...”

15:13 “Suriyaya səfərim yanlış addım idi” – AŞPA sədri

15:05 “Azərbaycan və İran arasında əlaqələr regionda misilsiz olmalıdır”

14:44 “Hansı ağıllı itə toy edər?!” – İtlərini evləndirən iş adamı

14:21 Qızına 400 min dollarlıq toy edən məmur işdən çıxarılır? - Rəsmi açıqlama

13:18 Aprel döyüşlərində yaralanmış hərbçilər Mehriban Əliyevanın təşəbbüsü ilə protezlə təmin olunub

13:12 Mədət Quliyev gitarada ifa etdi, mahnı oxudu - Video

13:05 Həbsdə olan MTN generalının məhkəməsinin vaxtı açıqlanıb

12:44 Tarkanın Bakı konsertindən alacağı məbləğ açıqlandı

12:33 Azərbaycana xaricdən gətirilən tropik malyariya xəstəliyi müşahidə olunur

12:18 Xalq artisti vəfat etdi

12:13 Banklar dolları yenidən ucuzlaşdırdı

11:55 Trampın ilk 100 günü

11:38 Azərbaycanda çörək istehsalında ciddi azalma: əhali daha az yeməyə başlayıb?

11:24 ADB Azərbaycana 1,3 mlrd. dollardan çox kredit ayırıb

11:12 Rusiyaya demokratiya gəlsə... Rusiya gedəcək

11:05 Kərəm Həsənovun Fərhad Əliyevdən aldığı və özünün topladığı kapital – Siyahı

10:53 Bakıda iş adamı özünə qəsd etdi

10:52 “Erməni soyqırımı” haqqında həqiqətlər - XX əsrin ən böyük yalanı

10:22 Mahir Quliyevin 6 ilində Biləsuvar: beləsi yox…

10:14 İcra başçısının həbs olunan qardaşı oğlu azadlıq sorağında – Gizli məqamlar

10:06 Ermənistan ordusu əsas mövqeyini itirdi

9:58 Məşhur aparıcımız biznes ledi oldu - FOTOLAR

9:35 Azərbaycanda şok hadisə: biznesmen itlərinə toy etdi - FOTO/VİDEO

23 APREL 2017

16:10 İcra başçısının müavini işdən qovuldu - Külli miqdarda pul mənimsəyib

13:54 Tağı Əhmədovun nəvəsinin toyundan görüntülər - VİDEO

13:32 Ətin qiyməti qəfil ucuzlaşdı - VİDEO

12:33 Azərbaycanda iki telekanalın yayımı dayandırıldı

22 APREL 2017

16:08 Səsi ilə məşhurlaşan biləsuvarlı çobana inanılmaz təklif - VİDEO

15:48 Rövşən Lənkəranskinin 24 il əvvəlki videosu yayıldı - İLK DƏFƏ (VİDEO)

15:23 Azərbaycana gətirilən bu mallar rüsumdan azad edildi

15:01 Dünyanın ən yaxşı futbolçusu kimdi? - Şok dəyişiklik

12:32 Mətanət İsgəndərlinin qızı 3-cü dəfə kimə ərə gedir? - FOTO

12:00 Hərbi hissəyə hücum: terrorçular 140 əsgəri öldürdü

11:18 Validə Abbasovadan qalmaqallı FOTOLAR

10:52 Milyarder xanımı oğlunun sevgilisi barədə elə sözlər dedi ki...

10:34 “Bu, özlüyündə bir rekorddur“ - Mehriban Əliyeva

10:15 Elman Rüstəmovun səlahiyyətləri alınır - MƏQSƏD

9:30 Bu reklam Azərbaycanı dünyaya tanıdacaq - VİDEO

21 APREL 2017

21:28 “Bakı Marafonu 2017” üçün qeydiyyat tarixi uzadılıb

19:00 Elza Seyidcahandan şok etiraf: “Övladımdan imtina etdim“

18:45 Ordumuzun ağır texnikaları gecə ilə döyüş bölgəsinə belə daşındı - VİDEO

17:48 Mehriban Əliyeva yekun iclas keçirdi - FOTOLAR

17:41 Artur Rəsizadə sədr seçildi

17:08 “Kara sevda“da romantik anlar - VİDEO

16:44 İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı Tiflisdə saxlanılıb



loading...
Nazir müəllimi ilə evləndi: özündən 24 yaş böyükdür - FOTOLAR

Fransanın növbəti prezidenti olmağa ən iddialı namizəd hesab edilən hazırkı iqtisadiyyat naziri Emmanuel Makronun həyat yoldaşı Bricit Makron Avropanın ən qeyri-adi birinci xanımı ola bilər.
Əri yazar arvadını başqa qadınlarla sevişərkən tutdu və... - FOTO/VİDEO
Yuri evə qayıdarkən yataq otağından gələn intim səslərdən arvadının başqa birisi ilə olduğunu anlayır...
ANS-in keçmiş aparıcısı Türkiyədə işə başladı

ANS-in keçmiş aparıcısı Nigar Mahmudova Türkiyəyə köçüb.
Aparıcı canlı yayımda pis vəziyyətdə yaxalandı - VİDEO
Avstraliyada yayımlanan ABC News 24 telekanlında idman xəbərlərini təqdim edən aparıcı canlı yayımda biabır olub.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016