Çərşənbə axşamı, 16 Oktyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Azərbaycanlı zənginlər ölkəyə “unitaz“lı lüks maşınlar gətirdi


Azərbaycanlı zənginlər Avropa istehsalı olan bahalı avtomobilləri alır, Türkiyədə daha lüks edərək, komfortlaşdıraraq Bakıya gətirirlər

Unikal.org-un Türkiyənin bu işlə məşğul olan "Ertex Otomotiv” şirkətindən əldə etdiyi məlumata görə, lüks avtombillər bazar qiymətindən 3 dəfə baha ölkəmizə satılır. Bu ilin 6 ayı ərzində azərbaycanlı zənginlər (siyasətçilər, diplomatlar, iş adamları, şou-biznes nümayəndələri) bu şirkətdən 10-dan artıq avtomobil alıb.

Hazırda bu ilin sonuna kimi də daha 10 bənzər avtomobiin Azərbaycana göndərilməsi sifarişi verilib.

Qeyd edək ki, şirkətin gətirdiyi ən ucuz avtomobilin dəyəri 100 min dollardır.

Şirkətə ən çox sifariş Azərbaycan, Dubay, Qətər və Səudiyyə Ərəbistanıdan olan ölkələrdən verilir. Ümumilikdə, bu ilin 6 ayı ərzində Azərbaycan daxil olmaqla sözügedən ölkələrə Avropa istehsalı olan 47 lüks və komfortlu avtomobil ixrac edilib. Belə avtomobillərin çoxu "Mercedes” markalıdır.

Şirkət "V Class”, "Sprinter”, "Maybach”, "Volkswagen Caravella”, "Crafter" və "Cadillac Escalade" modelindən olan avtomobillərin də daxili dizaynını dəyişir.

Şirkət müştərilərin istəklərinə uyğun olaraq avtomobillərin daxili dizayınını qurur. Belə ki, avtomobillərdə beli masaj edən, istilik, unitaz, havalandırma və ayaq istirahəti xüsusiyyətlərinə sahib kreslolar, yüksək keyfiyyətli səs sistemi, çay-qəhvə maşınları, soyuducu, polad kassa, kompüter, televizor, playstation kimi komponentlər ilə təchiz edir.

MiliYol.Az
Etiket:

Fotolar


loading...