• Xəbər lentİ
Fləş

Arzu Rəhimovun bundan xəbəri varmı? (FOTO)

11:46 / 21.02.2019

Sumqayıtda avtobus binaya çırpıldı: 20-dən çox yaralı var (VİDEO)

18:27 / 21.02.2019

Əfqanıstanda həlak olanların ailələrinə verilən təqaüd artırılıb (SƏRƏNCAM)

17:50 / 21.02.2019

MTRŞ sədri: "Azərbaycanda yeni ixtisaslaşmış xəbər kanalı açıla bilər"

16:44 / 21.02.2019

Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunmasından iki il ötür

16:04 / 21.02.2019

Azərbaycan Ordusu Ermənistana məxsus taktiki PUA-nı məhv edib (FOTO)

15:45 / 21.02.2019

Sabunçu məhkəməsində hakim və prokurora fiziki təzyiq göstərilib

14:54 / 21.02.2019

Prezident yol tikintisinə 2,3 milyon manat ayırdı

14:17 / 21.02.2019

Londonda mal-mülk, ərəbə verilən milyonlar... - Arif Əsgərovun var-dövləti haqda yeni faktlar

13:06 / 21.02.2019

Arzu Rəhimovun bundan xəbəri varmı? (FOTO)

11:46 / 21.02.2019

Şeyx dünya liderlərinə müraciət etdi

11:42 / 21.02.2019

Arif Babayev əməliyyat olundu

11:21 / 21.02.2019

Bakı İqtisadiyyat və Humanitar Kollecində bacıların “rüşvət ansamblı” - İddialar...

11:16 / 21.02.2019

Prezident ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

11:14 / 21.02.2019

Hökumət problemli kreditlərlə bağlı tapşırıq verdi - Şad xəbər

10:49 / 21.02.2019

DİM qəbul imtahanlarının vaxtını dəyişdi

10:38 / 21.02.2019

Leyla Əliyevanın sözlərinə yazılmış mahnıya videoçarx hazırlandı (VİDEO)

21:33 / 20.02.2019

Deputat qadının öldüyü qəzadan danışdı: “Porşeni idarə edən sürücüm olub”

18:13 / 20.02.2019

XİN-dən Elşad İskəndərovla bağlı bəyanat

16:37 / 20.02.2019

İlham Əliyev: “Tədricən məqsədimizə çatmışıq”

16:13 / 20.02.2019

Hacıbala Abutalıbovun ən yaxın kadrının işdən çıxarılma səbəbləri...  

15:19 / 20.02.2019

İrəvan Dövlət Azərbaycan Dram Teatrı üçün iki milyon ayrılıb

14:34 / 20.02.2019

Azərbaycan səfirinin Türkiyəyə girişinə qadağa qoyuldu

14:01 / 20.02.2019

İlham Əliyev bir sıra görüşlər keçirib (FOTOLAR)

13:30 / 20.02.2019

Vergilər Nazirliyində Vüsal İsmayılov fenomeni: Mikayıl Cabbarovun gücü çatmır?

13:19 / 20.02.2019

AZAL-ın təyyarəsi Ankaraya məcburi eniş etdi

13:15 / 20.02.2019

Meydan TV və Məhəmmədəli (VİDEO)

12:34 / 20.02.2019

21 fevral üçün qorxunc proqnoz: 8 bal gücündə zəlzələ olacaq

12:00 / 20.02.2019

Martda bayramlarla əlaqədar 10 gün iş olmayacaq

11:40 / 20.02.2019

Bu maşından Azərbaycanda bir dənədir (FOTO)

10:56 / 20.02.2019

Azərbaycanda uşaqlara Arenda, Təkər adları qoymaq istəyiblər

10:36 / 20.02.2019
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə
Cümə axşamı, 21 Fevral 2019
USD : 1.7
EUR : 1.9243
Hava
+6 ° Baku
+2 ° Quba
+2 ° Qusar
+8 ° Gəncə
+4 ° Lənkəran
+9 ° Naxçıvan
+7 ° Salyan
+8 ° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

Azərbaycanda təhsilin özülünü laxladan xaos barədə araşdırma

17:07 04.07.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

...Hikkəli qadın balaca qızcığazın qolundan tutub silkələyir, üstünə qışqırır, bununla da ürəyi soyumayıb onu bir neçə dəfə divara çırpır

Bir neçə həftə əvvəl Bakının özəl uşaq bağçalarından birində videomüşahidə kameraları tərəfindən çəkilmiş bu görüntülər sosial şəbəkələrdə yayıldı və ictimaiyyəti silkələdi. Hüquq-mühafizə orqanları görüntülərin geniş ictimai rezonansa və hiddətə səbəb olduğunu görüb həmin tərbiyəçi barədə kifayət qədər ağır ittihamla (əzabvermə) cinayət işi qaldırdı, hikkəli tərbiyəçi həbs olundu.

Bu əlbətdə ki, Azərbaycanda son illər sayları yağışdan sonra göbələk kimi artan özəl uşaq bağçalarında azyaşlılara qarşı yol verilmiş yeganə zorakılıq, döyülmə faktı deyil. Eləcə də belə halların dövlət uşaq bağçalarında da baş verdiyi şəksizdir. Lakin məsələ bundadır ki, yerli icra hakimiyyətlərinin tabeçiliyinə verilmiş dövlət uşaq bağçalarında təlim-tərbiyə işinin necə qurulmasına nəzəri də olsa nəzarət mexanizmi var. İcra hakimiyyətləri bu bağçalara nəzarət edir və orada baş verənlərə görə əlbətdə ki, cavabdeh orqanlardır. Hərçənd dövlət uşaq bağçalarının da Təhsil Nazirliyinin tərkibindən çıxarılıb yerli icra hakimiyyəti orqanlarına verilməsinin nə dərəcədə effektiv olduğu ayrı müzakirə mövzusu ola bilər.

Amma özəl uşaq bağçalarında tərbiyə və azyaşlılarla işin necə qurulmasına kim nəzarət edir? Əgər tərbiyəçinin azyaşlı qızcığazı öz metodları ilə tənbeh etməsi faktı bu cür ictimailəşməsə özəl uşaq bağçalarında baş verənlərə, ümumiyyətlə orada tətbiq edilən tərbiyə metodikasına, kadrların seçilməsinə və digər məsələlərə görə kim məsuliyyət daşıyır?



Belə görünür ki, indiki halda heç kim. Bu sahə faktiki olaraq nəzarətsizdir və məktəbəqədər təhsildə ölkənin ümumi təhsil konsepsiyasının fundamentinə zərbə vuran xaotik vəziyyətin hökm sürdüyünü demək olar. Çünki özəl uşaq bağçalarına nəzarət funksiyası ancaq hansısa fakt ictimailəşəndə, yaxud vətəndaşlar tərəfindən konkret şikayət, müraciət ediləndə işə düşür. Bu isə effektiv və yetərli nəzarət mexanizmi sayıla bilməz.

Məlumdur ki, Azərbaycanda biznesin liberallaşdırılması və sahibkarlıq fəaliyyətinə maneələrin aradan qaldırılmasına yönəlmiş islahatlar çərçivəsində iki il əvvəl bütün lisenziyaların və icazələrin verilməsi üçün “Vahid Pəncərə” prinsipi tətbiq edildi. Bir sıra fəaliyyət növləri üçün lisenziyalar ümumiyyətlə ləğv olundu, özəl uşaq bağçalarının açılması da daxil olmaqla xüsusi icazə-lisenziya tələb edən digər kommersiya fəaliyyət növləri üçün icazələrin verilməsi isə İqtisadiyyat Nazirliyinə həvalə edildi.

Başqa sözlə, Azərbaycanda özəl uşaq bağçası açmaq istəyənlər icazə, yaxud xüsusi lisenziya almaq üçün İqtisadiyyat Nazirliyinə müraciət etməlidir. Cəmi 1250 manat ödəməklə bu lisenziyanı almaq olar və digər fəaliyyət növləri üçün lisenziyaların verilməsi asanlaşdırıldığı üçün bağça açmaq üçün lisenziyanın da verilməsində xüsusi bürokratik maneələr yoxdur.  Ölkədə təhsilə və tədrisə, o cümlədən məktəbəqədər tədrisə cavabdeh olan orqan-Təhsil Nazirliyinin rolu isə bu prosesdə minimallaşdırılıb. Nazirlik özəl uşaq bağçaları üçün müraciətlərə rəy verir və İqtisadiyyat Nazirliyi formal olaraq bu rəyi nəzərə almalıdır. Amma lisenziya verilməsi üçün Təhsil Nazirliyinin rəyinin nə dərəcədə həlledici olduğu məlum deyil.



Digər tərəfdən belə məlum olur ki, biznesdə liberallaşmanın nəticəsi olaraq ümumiyyətlə lisenziya almadan da özəl uşaq bağçaları açmaq və işlətmək mümkün imiş. Bunun üçün hansısa MMC təsis edilir, müəssisə sadələşdirilmiş vergi ödəyicisi kimi uçota alınır və hansısa tikili icarəyə götürülür, vəssalam. Bu zaman da Təhsil Nazirliyi özəl uşaq bağçası işlədən MMC-nin fəaliyyətinə müdaxilə edə bilmir, çünki bu biznesə müdaxilə kimi qəbul ediləcək və uzaqbaşı müdaxilə formal, tövsiyə xarakteri daşıyacaq.

Hazırda ölkədə 94 özəl uşaq bağçası fəaliyyət göstərir, onların yalnız 20-25-i lisenziya alıb. 2015-2016-cı tədris ilində cəmi 2 özəl uşaq bağçasına lisenziya verilib. 2014-2015-ci tədris ilində isə 17 bağçanın fəaliyyəti lisenziyalaşdırılıb.Yeri gəlmişkən tərbiyəçinin balaca qızcığazı döydüyü həmin uşaq bağçasının da xüsusi lisenziya olmadan fəaliyyət göstərdiyi üzə çıxmışdı.

Azyaşlılara qarşı qəddar rəftar bir yana qalsın, özəl uşaq bağçalarında məktəbəədər tərbiyənin hansı metodika əsasında qurulması da belə görünür ki, tamamilə liberallaşıb. Və bu təhsil xaosuna xidmət etmirmi?

Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü virtualaz.org-a açıqlamasında deyir ki, həqiqətən son illər özəl uşaq bağçalarının sayının artması ilə yanaşı bu müəssisələrdə azyaşlılarla rəftar barədə şikayətlər də artır. Çünki özəl uşaq bağçalarında bir çox hallarda məktəbəqədər təlim-tərbiyə işindən uzaq olan, bu sahə üzrə ixtisaslaşmamış adamlar tərbiyəçi qismində işə götürülür.



“Bağçalara kadr seçimində müstəqillik verilib. Amma bu düzgün deyil, kadrların seçilməsi ümumi təhsil sisteminin xüsusiyyətləri, məktəbəqədər təlim-tərbiyə metodikası nəzərə alınmaqla seçilməlidir. Hər bağçada idarəetmə şurası, şura sədri olmalıdır, onlar bağçanın fəaliyyətinə nəzarət etməlidirlər” -Mürşüdlü deyir.

M.Mürşüdlü bildirir ki, istənilən özəl təlim-tərbiyə, təhsil müəssisəsi ancaq Təhsil Nazirliyi tərəfindən lisenziyalaşdırılmalıdır. Və digər biznes sahələrindən fərqli olaraq bu sahədə ciddi dövlət nəzarəti olmalıdır. Çünki məktəbəqədər təlim-tərbiyə, azyaşlılarla iş digər kommersiya fəaliyyət sahələrindən kökündən fərqlidir.

“Niyə özəl litseylərdə belə hadisələr baş vermir? Çünk həmin litseylər Təhsil Nazirliyi tərəfindən lisenziyalaşdırılır, nazirlik də  onların fəaliyyətini nəzarətdə saxlayır.Özəl uşaq bağçalarında da ictimai və dövlət nəzarəti olmalıdır”-Mürşüdlü deyir.

Təhsil eksperti Etibar Əliyev də hesab edir ki,  özəl təhsil müəssisələrinin lisenziyalaşdırılması  tez bir zamanda Təhsil Nazirliyinə həvalə edilməlidir. Çünki uşaq bağçalarına nəzarətin nazirlikdən alınması əvvəldən yanlış qərar olub və təhsil sistemini parçalayıb.



“Hazırda özəl təhsil müəssisələrinin yeganə funksiyası pul qazanmaqdır, uşaqların məktəbə hazırlığı ikinci plana keçib.  “Məktəbəqədər təhsil haqqında” qanun hazırlanarkən özəl təhsil müəssisələri ilə bağlı məsələ boşluqda qalıb. Halbuki uşaq bağçası təhsilin birinci pilləsidir. Azərbaycandakı özəl bağçalarda olduğu kimi dünyanın heç bir ölkəsində 3 yaşlı uşaq xarici dildə tədris almır, əcaib proqramlarla yüklənmir. Bu, ölkənin təhsil konsepsiyasına ziddir. Mən hələ bu bağçaların cəlb etdikləri kadrların məktəbəqədər təhsil-tərbiyə işindən nə dərəcədə uzaq olduqları barədə danışmıram”-Etibar Əliyev deyir.

Ümumiyyətlə araşdırmalar bunu göstərir ki, Azərbaycan deyəsən keçmiş sovet respublikaları arasında və regionda özəl uşaq bağçalarının fəaliyyətinin lisenziyalaşdırılmasını Təhsil Nazirliyinə həvalə etməyən yeganə ölkədir.

Məsələn, Rusiyada özəl uşaq bağçalarının açılması üçün lisenziyanı həmin bağçanın yerləşəcəyi şəhərin təhsil departamenti verilməlidir. Lisenziya üçün müraciət etməzdən əvvəl isə uşaq bağçasının fəaliyyət göstərəcəyi binanın sanitar-gigeyenik şəraitinə, yanğın təhlükəsizliyinə və s. müvafiq dövlət orqanları tərəfindən rəy verilməlidir.

Ukraynada da özəl uşaq bağçaları üçün lisenziyaları Təhsil Nazirliyinin yerli strukturları -Kiyev şəhər dövlət administrasiyasının və vilayət administrasiyalarının təhsil departamentləri verir.



Qazaxıstanda isə beş il əvvəl bu sahədə liberallaşmaya gediblər-özəl uşaq bağçalarının məcburi lisenziyalaşdırılmasını ləğv ediblər. Bu liberallaşmaya gedərkən ölkədə dövlət uşaq bağçalarında yerlərin kəskin qıtlığı nəzərə alınıb və özəl biznesin bu sahəyə yatırım qoymasını stimullaşdırmaq qərara alınıb. Nəticədə özəl uşaq bağçaları yağışdan sonra göbələk kimi artıb. Və keyfiyyət kəskin aşağı düşüb, qiymətlər isə Azərbaycanda olduğu kimi astronomik hədlərə çatıb.

Belə vəziyyət Qazaxıstanın təhsil ictimaiyyətini narahat etməyə başlayıb və qərara alınıb ki, məktəbəqədər təhsil müəssisələrinin açılması üçün lisenziyaların verilməsini yenidən Təhsil Nazirliyinə həvalə etsinlər. Qazaxıstan parlamentində aparılan müzakirələr zamanı hökumət üzvləri və deputatlar özəl bağçaların fəaliyyətinin liberallaşdırılması nəticəsində belə müəssisələrə nəzarət mexanizminin olmamasından, nəticədə məktəbəqədər təhsildə ciddi deformasiyaların yaranmasından ciddi narahatlıq ifadə ediblər. Gözlənilir ki, gələn ildən bu sahəyə nəzarət yenidən Təhsil Nazirliyinə veriləcək.



Qonşu Türkiyədə də  uşaq bağçaları və istənilən özəl tədris kursları üçün lisezniya məcburidir. Lisenziyalaşdıran orqan isə Təhsil Nazirliyidir. Və xarici ölkə vətəndaşlarının Türkiyədə özəl uşaq bağçası açması praktiki olaraq mümkün deyil. (Hansı ki, Azərbaycanda buna da hər hansı məhdudiyyət yoxdur)

Azərbaycanda azyaşlıların məktəbəqədər təhsilə cəlb edilməsi səviyyəsini artırmaq üçün özəl uşaq bağçalarının sayının artırılması əlbətdə gərəklidir. Çünki bir tərəfdən dövlət uşaq bağçalarında yerlərin sayı əhali artımın səviyyəsi ilə uyğun deyil, digər tərəfdən özəl müəssisələrin fəaliyyəti rəqabət və tədrisin keyfiyyətinin artırılması üçün stimul yaradır. Amma uşaq bağçası açmaqla restoran, kafe, hansısa başqa kommersiya obyekti açmaq eyni deyil. Bu elə biznes sahəsidir ki, ondan uşaqların gələcəyi, insan kimi formalaşması və təlim-tərbiyəsi asılıdır. Deməli ölkənin təhsil konsepsiyasının həyata keçirilməsinə cavabdeh olan orqan-Təhsil Nazirliyi təhsilin fundamentini təşkil edən məktəbəqədər təhsilə görə də birbaşa, tam ölçüdə məsuliyyət daşımalıdır.



Etiket:

Digər xəbərlər

Leyla Əliyevanın sözlərinə yazılmış mahnıya videoçarx hazırlandı (VİDEO)

Leyla Əliyevanın sözlərinə yazılmış mahnıya videoçarx hazırlandı (VİDEO)

20.02.2019
Hökumət problemli kreditlərlə bağlı tapşırıq verdi - Şad xəbər

Hökumət problemli kreditlərlə bağlı tapşırıq verdi - Şad xəbər

21.02.2019
Arif Babayev əməliyyat olundu

Arif Babayev əməliyyat olundu

21.02.2019
Bakı İqtisadiyyat və Humanitar Kollecində bacıların “rüşvət ansamblı” - İddialar...

Bakı İqtisadiyyat və Humanitar Kollecində bacıların “rüşvət ansamblı” - İddialar...

21.02.2019
Londonda mal-mülk, ərəbə verilən milyonlar... - Arif Əsgərovun var-dövləti haqda yeni faktlar

Londonda mal-mülk, ərəbə verilən milyonlar... - Arif Əsgərovun var-dövləti haqda yeni faktlar

21.02.2019
Şeyx dünya liderlərinə müraciət etdi

Şeyx dünya liderlərinə müraciət etdi

21.02.2019
Arzu Rəhimovun bundan xəbəri varmı? (FOTO)

Arzu Rəhimovun bundan xəbəri varmı? (FOTO)

21.02.2019
Azərbaycan Ordusu Ermənistana məxsus taktiki PUA-nı məhv edib (FOTO)

Azərbaycan Ordusu Ermənistana məxsus taktiki PUA-nı məhv edib (FOTO)

21.02.2019
Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunmasından iki il ötür

Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunmasından iki il ötür

21.02.2019
MTRŞ sədri:

MTRŞ sədri: "Azərbaycanda yeni ixtisaslaşmış xəbər kanalı açıla bilər"

21.02.2019
DİM qəbul imtahanlarının vaxtını dəyişdi

DİM qəbul imtahanlarının vaxtını dəyişdi

21.02.2019
Prezident ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Prezident ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

21.02.2019
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Leyla Əliyevanın sözlərinə yazılmış mahnıya videoçarx hazırlandı (VİDEO)

Leyla Əliyevanın sözlərinə yazılmış mahnıya videoçarx hazırlandı (VİDEO)

20.02.2019
Hökumət problemli kreditlərlə bağlı tapşırıq verdi - Şad xəbər

Hökumət problemli kreditlərlə bağlı tapşırıq verdi - Şad xəbər

21.02.2019
Arif Babayev əməliyyat olundu

Arif Babayev əməliyyat olundu

21.02.2019
Qızını görən ananın ürəyi getdi: ATV-də ürək parçalayan anlar (VİDEO)

Qızını görən ananın ürəyi getdi: ATV-də ürək parçalayan anlar (VİDEO)

15.02.2019
Əli Həsənova ağır itki üz verib

Əli Həsənova ağır itki üz verib

15.02.2019
Aytən Səfərova tanınmaz halda (VİDEO)
 

Aytən Səfərova tanınmaz halda (VİDEO)  

16.02.2019
Qızını görən ananın ürəyi getdi: ATV-də ürək parçalayan anlar (VİDEO)

Qızını görən ananın ürəyi getdi: ATV-də ürək parçalayan anlar (VİDEO)

15.02.2019
Deputatdan prezidentə dollar kreditləri ilə bağlı müraciət  

Deputatdan prezidentə dollar kreditləri ilə bağlı müraciət  

12.02.2019
Ayaqları tutulan Ağakərimin son görüntüləri (VİDEO)

Ayaqları tutulan Ağakərimin son görüntüləri (VİDEO)

14.02.2019
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Рейтинг@Mail.ru

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az