Şənbə, 22 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2,5% artıb


2018-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,5% üstələyərək 17,1 mlrd. manata bərabər olub

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ticarət dövriyyəsinin 8,5 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,6 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-iyun aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9% və 3,1% üstələyib.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,2%-i ərzaq məhsullarının, 4,4%-i içkilər və tütün məmulatlarının, 18,0 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8%-i elektrik malları və mebellərin, 5,7%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,9%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2018-ci ilin yanvar-iyun aylarında istehlak məhsullarının 13,8%-i ticarət müəssisələri, 52,6%-i fərdi sahibkarlar tərəfindən, 33,6%-i isə bazar və yarmarkalarda satılıb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 23,7% artıb, fərdi sahibkarlar üzrə 0,2 faiz, bazar və yarmarkalarda 0,4% azalıb.

Cari ilin birinci yarısında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 291,7 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 13,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 144,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.
Etiket:

loading...