Cəlilabad rayonunda sərnişin mikroavtobusu yanıb
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Məlikqasımlı kəndində qeydə alınıb.
Mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində yanğın baş verib.
Mikroavtobusun içərisində olan 8 sərnişin yanıq xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıb, vəziyyətlərinin orta ağır olduğu deyilir.
Fakt araşdırılır.
MilliYol.Az
Digər xəbərlər
loading...