Bazar ertəsi, 20 Avqust 2018
USD : 1.7
EUR : 1.996
Hava
+34 ° Baku
+28 ° Quba
+28 ° Qusar
+32 ° Gəncə
+31 ° Lənkəran
+36 ° Naxçıvan
+33 ° Salyan
+31 ° Şəki

Azərbaycanda kredit faizləri aşağı düşə bilər


Mərkəzi Bank uçot stavkasını 15 faizdən 13 faizədək endirib. Güman olunur, uçot stavkasının azaldılmasl depozit faizlərinin də aşağı düşməsinə səbəb olacaq. Bu isə o deməkdir ki, Əmanətlərin Sığortalanması Fondu da qorunan əmanətlər üzrə faiz dərəcələrini aşağı sala bilər

Milli.Az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

İqtisadçının fikrincə, uçot stavkasının azaldılması iqtisad baxımdan kredit faizlərini də aşağı salmalıdır: "Təbii ki, bu, daha çox Mərkəzi Bankı hansı səviyyədə mərkəzləşdirilmiş kredit bölgüsündən və bankların sağlamlaşdırılması üçün görülən işlərdən asılı olacaq. Son uçot stavkasının aşağı salınmasına baxmayaraq, Azərbaycan Mərkəzi Bankı Tacikistan istisna olunmaqla keçmiş sovet məkanında yenə də ən yüksək dərəcəyə malikdir.

Belə ki, uçot stavkası Gürcüstanda 7, Moldovada 8, Rusiyada 9, Qazaxıstanda 10.5, Belarusda 12 faizdir. Deməli, Mərkəzi Bankın 2018-ci ildə yenidən uçot stavkasına baxaraq dərəcəni aşağı salmasına ehtiyac var. Ən əsası, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası azalan uçot stavkası fonunda kredit faizlərinin də aşağı düşməsinə nail olmağa çalışmalıdırlar".
Etiket:

Vacib xəbərlərimizdən Poliqon İA (PİA.az) Teleqram-kanalından xəbər tutun.


Populyar xəbərlər

Geosiyasət

Korrupsiya

Elm və Texnologiya

Din və Mistika

Araşdırma

Media