Şənbə, 22 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Azərbaycan vətəndaşı sərhəddə tutuldu


Dövlət Gömrük Komitəsi 9DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşının əl yüklərinə gömrük nəzarəti keçirilib

Komitədən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı idman çantasında, 4 ədəd plastik dərman qablarının içərisində ümumilikdə 599 ədəd metadon adlı həb aşkar edilib.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir və 599 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 23,96 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.
Etiket:

loading...