Bazar, 23 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Azərbaycan Ermənistana “əzələ” nümayiş etdirir

Bakı silahlanma qovğasında İrəvanı xeyli geridə qoyub

İrina Corbenadze

rosbalt.ru, 03.07.2018


Cənubi Qafqazda silahlanma qovğası Bakının açıq üstünlüyü ilə gedir. Bu, İərvanı həm dinc tənzimləməyə tələsdirə, həm də savaşa apara bilər.

Bakıdakı geniş əhatəli parad Azərbaycan ordusunun nəylə zəngin olduğunu sərgiləyib.

Azərbaycanm prezidenti keçən həftə bütün dünyaya – və bu, mübaliğəsizdir – nümayiş etdirib ki, ölkəsi Ermənistanın işğal etdiyi əraziləri qaytarmaq uğrunda müharibəyə hazırdır. Bakıdakı parada başqatdı deyil, xeyli sayda qorxunc gerçək və müxtəlif (təkcə Rusiyanın deyil!) istehsalçıların silahlarını çıxarıblar. Ermənistanda çoxları bu fikrə tərəfdardır ki, İlham Əliyev “sadəcə, piar edir” və Azərbaycan savaş başlamağa cürət etməz. Amma o, təkcə bölgədə hərbi tarazlığı gözləmək və erməniləri qorxuya salmaq məqsədilə deyil,  Cənubi Qafqazın miqyasına görə çox böyük miqdarda müasir yüksəktexnologiyalı silah yığıb.

Bakı bədnam “tarazlıq” çərçivəsini aşaraq çox nəhəng məbləğ sərf edib. Və madam bu cür silah var, İrəvan, ən azı, ilkin şərtlərsiz – yəni tanınmamış Dağlıq Qarabağ Respublikası hökumətinin (mətndə bu cürdür-red.) uyğun prosesdə iştirakı – danışıqlar masasının arxasına qayıtmasa, o, hökmən atəş açacaq. Məlumdur ki, Bakı Stepanakertlə  (Xankəndiylə-red.) mübahisə etmək niyyətində deyil.

Bundan başqa, Azərbaycan özünün hərbi cəbbəxanasının bir qismini sərgiləyəndən sonra geniş miqyaslı təlimlərin keçirilməsinə başlayıb – bu, iyulun 2-dən 6-a qədərki dövrə elan olunub. Respublika Müdafiə Nazirliyinin məlumatına görə, burada 20 000 hərbçi, tam 120 tank və başqa zirehli texnikalar, 30 ədəd hərbi aviasiya, 200-dən çox müxtəlif kalibrli raket-artilleriya qurğusu iştirak edir. Manevrlərin gedişində əsasən işğal edilmiş ərazilərin azad edilməsi üzrə genişmiqyaslı hücum əməliyyatları, şərti düşmənin təxribat fəaliyyətinin önlənməsi işlənib hazırlanır.

Bakıda hərbi paraddan söz düşmüşkən. Orada Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun Ermənistanın ötən əsrin 90-cı illərinin əvvəlində işğal etdiyi 11 min hektar ərazini azad etdiyini bildirən prezident İlham Əliyev çıxış edib. O deyib – Azərbaycan hazırda uyğun ərazidə strateji kommunikasiyalara və yollara nəzarət edir. Əliyev vurğulayıb: “Naxçıvan əməliyyatı bir daha göstərdi ki, Azərbaycan ordusu qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə qabil olan güclü ordudur. Ordumuz bundan sonra Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə daim hazır olmalıdır”.

Ermənistanın yeni baş naziri Nikol Paşinyan Azərbaycan prezidentinin məlumatını təkzib etməyib, amma bunu inamla təsdiq də etməyib: yalnız deyib ki, “Sərhədin Naxçıvan hissəsində Azərbaycan silahlı qüvvələrinin toplanması qeydə alınır”, amma orada durum yetərincə sabitdir və atəşkəs rejiminin çoxsaylı pozulması olmayıb. O habelə bildirib ki, Qarabağ münaqişəsi güc yoluyla həll oluna bilməz və “Ermənistan heç vaxt savaşa başlamayacaq”. Baş nazir bununla yanaşı hesab edir ki, ölkəsi hadisələrin istənilən inkişafına hazır olmalıdır.

“Əlbəttə!” – Azərbaycanın, heç olmasa, paradda sərgilədiyi hərbi potensialı təxmini dəyərləndirməyi bacaran hər kəs deyər: Mi-24, Mi-24G, Mi-35M, Bell-412 (ABŞ) helikopterləri, MİQ-29 qırıcıları, Su-25 hücumçuları, tank əleyhinə raket sistemli “Spayk” çoxfunksiyalı zirehli maşınları, özü yeriyən minaatan qurğular, pilotsuz uçuş aparatları, zenit-raket komleksləri, yaylım atəşi sistemləri və Azərbaycanın özündə istehsal edilən zirehli maşınlar daxil olmaqla xeyli başqaları.

Bu qorxulu silahlar ümumən isə müxtəlif qanyaqlardandır: Rusiya, ABŞ, Çexiya, İsrail, Türkiyə və s. Ümumiyyətlə, “Polonez”lər, “Qrad”lar, “Xrizantem”lər, “Xeron”lar və “sairlər” Bakı üzrə keçib və bu cəbbəxana tezliklə həm də Almaniyanın ölümdaşıyan məhsuluyla  tamamlana bilər. Gördüyümüz kimi, Azərbaycanda silah və hərbi texnika tədarükünün şaxələnməsi prinsipi praktikaya tətbiq edilib. Bu fonda Ermənistanın 2016-cı ilin sentyabrında öz silahını sərgiləməyi yoxsul görünür, amma o vaxt İrəvanda hərbi paradın “mismarı” Rusiyanın “İskəndər” əməliyyat-taktiki raketləri və “Qasırğa” yaylım atəşi sistemi olub.

Düşünürük ki, “bölgədə qüvvələr balansı” açıq şəkildə Azərbaycanın xeyrinə pozulub, amma Ermənistan yenə də Rusiyadan 300 km mənzilədək yerüstü hədəflərə yüksəkdəqiqlikli zərbə endirməyə qabil Su-30SM qırıcıları almağa ümid edir. Açıq qaynaqların məlumatına görə, söhbət Ermənistana ümumi dəyəri, aşağısı, 300 milyon dollar olan 12 qırıcının tədarükündən gedir. Düzdür, bu “cah-cəlal”a pulun haradan götürüləcəyi hələlik aydın deyil. Bu, istisnasız olaraq Rusiyanın, necə deyərlər, “gülünc qiymətlərə” tədarük etdiyi silahlarla duruş gətirən  respublikanın döyüş bacarığını hiss olunası dərəcədə yüksəldərdi. Ya da kreditə.

Bu cür “bəxtiyeyinliyin” Ermənistandakı Qərbyönlü hakimiyyət dəyişikliyindən sonra davam edib-etməyəcəyini sezmək çətindir. Moskvanın ermənilərə silah tədarükündə, belə deyək, “cəza kimi” taym-aut götürməsi, ya da Azərbaycanla mümkün müharibədə özünün neytrallığıyla şantaj edərək Paşinyan və komandasını “yenidən tərbiyə etməyi” məntiqli olardı. Axı təlimlər tam şəkildə hərbi əməliyyatlara keçə bilər – formal olaraq Ermənistana deyil, İrəvanın təhlükəsizlik zamini kimi çıxış etdiyi DQR-ə (mətndə bu cürdür-red.) qarşı. Axı həqiqətdə Azərbaycan Ermənistanın sərhədlərinə toxunsa, onda KTMT reaksiya verməli olacaq, çünki ER onun iştirakçısıdır.

Məlumdur ki, bu blokun iştirakçıları İrəvana canlıyananlıq etmir və çətin ki, ona köməyə tələssinlər. Və o zaman öz növbəsində RF ilə münasibətləri əziz tutan Bakıyla münasibətləri korlamaq istəməyən Rusiya cəfa çəkməli olacaq. Deməli, o, Ermənistana rəsmən hücum etməyəcək və müharibə tam müəyyən xarakterdə olmayacaq: bir növ, “separatçı Qarabağ”la, amma eyni zamanda (qeyri-rəsmi) onun təhlükəsizliyinə zamin Ermənistanla.

Bütün bunlar İrəvan tərəfdən ilkin şərtlərsiz ən yüksək səviyyədə təcili Azərbaycan-Ermənistan danışıqlarının keçirilməsinin xeyrinə danışır. Amma sonuncu dirəşir və əlbəttə, Bakını münasiqşəni dinc yolla tənzimləməmək istəksizliyində ittiham edir (yeri gəlmişkən, devrilmiş Serj Sərksiyan Ermənistanın başçısı olanda bu məsələdə müsbət irəliləyişlər qeydə alınıb). Xüsusən “Lragir” nəşri əminliklə bildirir ki, “Əliyev öz mövqeyini daha da sərtləşdirib və tənzimləmə üzrə danışıqlardan artıq, demək olar, danışmır”. Sadəcə ona görə ki, bu ona gərək deyil: “Özlüyündə bu cür danışıqlar Azərbaycana lazım deyil, yalnız öz xalqı qarşısında hərbi əməliyyatların təzələnməməsində bəraət olaraq “alibi” kimi gərəkdir… Azərbaycan hər cür güzəştdən imtina edir – xüsusən də Qarabağın statusu məsələsi üzrə”.

Nəşr qeyd edir ki, Əliyev son dərəcə çətin duruma düşüb: “O, plankanı o qədər yüksəyə qaldırıb ki, geri çəkilməyə yer yoxdur”. Əlbəttə, “buna Rusiyanın da siyasəti səbəb olub: Azərbaycan uzun illərboyu anlamağa çalışıb ki, Rusiya vasitəsilə öz məqsədinə çata bilərmi? Dəqiq xarici zəmanətsiz Bakı hərbi əməliyyatlara girişməz. Daha dəqiqi, müharibənin “idarə edilən” və proqnozlaşdırılan olacağı haqda ABŞ və Rusiyanın zəmanəti olmasa”. Ümumiyyətlə, indi məsələ “Əliyevin müharibə “zəmanəti” üçün Moskvaya gedib-getməyəcəyindədir”.

Son mülahizə sağlam düüncədən xali deyil. Bu, indiki durumda, demək olar, açar kimi görünür. Gerçəklikdə müharibə nə Rusiyaya, nə Azərbaycana, nə Ermənistana, nə də DQR-ə (mətndə bu cürdür-red.) lazımdır, amma sonucuların “bəlkələri” çox uzana bilməz. Belə ki, İrəvanı səmərəli danışıqlara məcbur edəcəklər (Paşinyanın RF ilə “qırmızı xətti” keçib-keçməyəcəyi və Ermənistan prezidentinin bu günlərdə ABŞ dövlət katibi Maykl Pompeo ilə nələri müzakirə etdiyi mühümdür), ya da Bakı Azərbaycan-Qarabağ qarşıdurma xəttində hərbi əməliyyatlar üçün Moskvadan “yaşıl işıq” israr edəcək. Yada salaq ki, DQR (mətndə bu cürdür-red.) KTMT üzvü deyil. Amma müharibənin Azərbaycan və Ermənistan sərhədlərinə qədər sürüşmə təhlükəsini istisna etmək olmaz, amma Gümridə Rusiya hərbi bazası da mənzillənib: çox ciddi amildir, ancaq həlledici deyil.

Qeyd edək ki, yuxarıda sözü gedən hərbi təlimlərin lap ərəfəsində Azərbaycan ordusunun 2016-cı ilin aprelində dördgünlük müharibə zamanı azad etdiyi Cocuq kəndində (mətndə bu cürdür-red.) olduqca çoxmənalı “Azərbaycan Cənubi Qafqazda Rusiyanın yeganə  müttəfiqidir” adıyla konfrans keçirilib. Rusiyanın məşhur siyasətçiləri, ictimai xadimləri, ekspertləri daxil olmaqla çıxış edənlər çox olub. Azərbaycanın konfransın bütün gedişatını və iştirakçıların kuluarlardakı birbaşa danışıqlarını təfərrüatıyla izləyən “Haqqin” nəşrinin məlumatına görə, “Vahid Rusiya”dan RF Dövlət Dumasının deputatı Aleksey Yezubovun çıxışında münaqişənin tənzimlənməsi üzrə RF prezidentinin fikri səslənib. O, məlumat verib: “Putin, Əliyev və Sərkisyanın hazırladığı “Yol xəritəsi”nə əsasən Ermənistan işğal edilmiş beş rayonu Azərbaycana qaytarmalıdır. Putin bəyan edib ki, bu, Rusiyanın dəyişilməz mövqeyidir”.

Paşinyanın da Moskvaya uçmaq vaxtıdır – “zəmanət” dalınca.

Tərcümə Strateq.az-ındır.
Etiket:

loading...