Slavyan Universitetində növbəti qalmaqal AZAL Türkiyədə narazılıq yaratdı - Baqajlar ünvana çatmadı İdarə müdirinin Əhmədzadənin xeyir-duası ilə taladığı dövlət vəsaiti Həmyerlilərimizin “O səs”də başına gətirilən şok oyunlar - MÜSAHİBƏ
 

Azadlığı günəş kimi istəyən və azadlığa belə sığmayan şair

Tarix 02.10.16, 19:01

Font ölçüsü : - / +
bitmap-img6


Xəlil Rza Uluturkün həyatı


PİA.AZ əməkdaşımız Nərminə Umudlunun “Unudulmayacaq Azərbaycan korifeyləri” layihəsini təqdim edir.

Layihəmizi Azərbaycan ədəbiyyatının 20-ci əsrdəki ən böyük azadlıq carçılarından  biri olan Xəlil Rza Ulutürklə davam edirik.

Bir neçə il əvvəl, tələbəlik illərimdə Nazim Hikməti oxuyurdum. Sonra ardıyca Xəlil Rza Uluturku oxudum. Beynimdə uzun müddət bu iki böyük türk şairinin və türk insanın, Anadolunun “mavi gözlü devi”nin və Azərbaycanın “azadlıq təşnəsi”nin  müqayisəsini apardım. Hər ikisi o qədər möhtəşəmdi ki, hələ o zaman bunu sözlə belə ifadə edə bilmirdim. Biri beynəlmiləlçi və kommunist, digəri isə kommunist cəmiyyətdə böyüsə və yayşayıb yaratsa da, kommunizmə bütün varlığı ilə nifrət edən və təpədən dırnaca qədər türk aşiqi. Paradoksdu. Amma eyni zamanda hər ikisi imkansızlığın üzərində möhtəşəmdi. Biri azadlığı bütün dünya üçün istəyirdi, bunun üçün durmadan “bağırırdı”, digəri isə dünyaya azadlıq gətirdiyini deyən və gətirdiyi “azadlıq”la xalqların həbsxanasına çevrilən rus-kommunist əsarətindən öz xalqını qurtarmaq üçün bütün dünyaya hayqırırdı. 

“Bu gün məni günəşə çıxardılar
Və mən göy üzünün bu qədər məndən uzaq
və mavi olduğuna şaraşaraq
dayadım kürəyimi divara. 
Bu anda nə düşmək dalğalara, 
bu anda nə azadlıq, nə anam,
bəxtiyaram”. 

Bu Nazim Hikmətdi. Bütün dünya insanları üçün azadlıq istəyən böyük türk.

Və öz xalqı üçün azadlıq istəyən Xəlil Rza Uluturk:

“Azadlığı istəmirəm 
Bir həb kimi, dərman kimi 
İstəyirəm səma kimi, 
Günəş kimi, 
Cahan kimi: 
Çəkil, çəkil ey qəsbkar: 
Mən bu yurdun gur səsiyəm: 
Gərək deyil sısqa bulaq, 
Mən ümmanlar təşnəsiyəm”. 

Xəlil Rzanın istədiyi hər şey milləti üçündür. Türk milləti üçün. Əzilən və istismar olunan türk milləti üçün. Nazim Hikmət isə bütün millətlər üçün azadlıq istəyirdi. Nə yazıq ki, onun tapındığı və xalqlara azadlıq vəd edən ideologiyası bütöv xalqları əsir etdi və Ulutürk öz xalqını bu əsarətədən və alçaqlıqdan qurtarmaq üçün mübarizə meydanına atıldı və səsi yetdikcə hayqırdı…

***

Bütün dövrlərdə ədəbi mühit ictimai-tarixi proseslərlə sıx əlaqədə inkişaf edib. Ədəbi prosesdəki intibahlar da, durğunluqlar da siyasi-ictimai prosslerlə bağlı olub. Sovetlər rejiminin məcburi yaradıcılıq metodlarından xilas olan ədəbiyyatımız öz bədii-estetik və ideya istiqamətlərinin axtarışında keçid dövrü yaşamalı oldu. Bu dövrü başa düşmək olardı. Çünki,  keçid dövrü həmişə çətin olur. Yəni müstəqil inkişaf yoluna qədəm qoymuş ölkəmizdə yeni söz, azad fikir, dünyəvi dəyərlər kontekstində ədəbiyyatın meyarları formalaşmağa başlamalı idi. Bu meyarların formalaşması üçün artıq yetərincə zaman keçib, amma bizim kimi gənc nəsil sanki Xəlil Rza Ulutürkün “Azadlığı istəmirəm zərrə-zərrə qram-qram!”, Məmməd Arazın “Ayağa dur Azərbaycan” kimi şeirlərində olan mövzuların  həsrətindədir. 

Əsl indiki zamanda, vətənimizin bu günlərində, torpaqlarımızın işğal altında olduğu indiki dönəmdə vətənpərvərlik mövzusunda, yəni torpaqlarımızın işğaldan azadlığı üçün bizi döyüşə səsləyən əsərlər, şeirlər yazılmalıdır. Amma biz bü gün ədəbiyyatımızda tamam əks olan hadisələrlə qarşılaşırıq. Yəni 21 əsr Azərbaycan ədəbiyyatının qarşısna qoyduğu heç bir hədəf yoxdur və bu günkü ədəbiyyatımız ictimai-siyasi prosseslərdən kənarda, sanki özünün yaratdıığ vakuumun içində mövcuddur. Bəlkə də bu üzdən son zamanlarda ədəbiyyata demək olar ki, maraq çox azalıb.  Və ola bilsin ki, bu günkü nəslin də günahı var ədəbiyyata marağın azalmasında, amma oxunacaq əsər, adamın ruhuna işləyən şeir olmayandan sonar maraq necə olsun? Deyirlər indiki dövrdə internetdən 5-10 dəqiqəyə hər bir məlumatı öyrənmək olur. Ulutürkün “Azadlığı istəmirəm zərrə-zərrə qram-qram!” şeiri kimi bir şeir, əsər yazılsa, internet heç yada da düşməz. 

Bəlkə də ədəbiyyatımızın bu gün bu halda olmasınında əsas günahkarlardan biri də ədəbiyyatımızın özəyin təşkil edən Yazıçılar İttifaqınında olan boşluqlardır. Bu yerdə hələ 27 il əvvəl 1989-cu ildə X.R.Ulutürkün “Azadlıq” radiosuna verdiyi müsahibəsin xatırladım.  Bu müsahibədə Xəlil Rza ölkəmizdəki ağır vəziyyətlə yanaşı, həm də Yazıçılar İttifaqı və yazıçı Anar haqqında ilginc fikirlər söyləyib: “Yazıçılar İttifaqı bir təşkilat kimi qorxaqdır. Anar bir yazıçı kimi, əlbəttə, bizim fəxrimizdir, amma milli ruhun müdafiəçisi, lideri kimi Anar yarımcandır! Anar iki ildir İttifaqa rəhbərlik etmir. Mən ona əvvəllər kitab bağışlayırdım, üstündə ”Fəxrimiz Anara!” yazırdım. Amma indi ona kitab bağışlasam elə avtoqraf yaza bilmərəm, mən onu indi təhkimçi kimi görürəm”. Bu fikirlər Azərbaycan yenicə müstəqillik qazandığı illərdə səsləndirilib və məncə tam yerində, zamanında deyilən sözlərdir.

Türk dünyasında zaman-zaman azadlıq uğrunda mübarizə və mücadiləyə qalxan, canlarından keçən çox məşhur, böyük və möhtəşəm sənətkarlarımız olub. Bunlardan biri də, XX əsrin ikinci yarısının, XXI əsrin ilk onilliyinin yetirdiyi Azərbaycanın xalq şairi, istiqlalımızın mücadilə şairi v mən jeyərdim ki, istiqlamızın şəhidi Xəlil Rza Ulutürkdür!

Azadlığı qram-qram istəməyən milli mənliyimiz yolunda qələmini qılınca çevirən, ana dilimizi canından artıq sevən və onu yüksək səviyyəyə qaldıran Xəlil Rza Ulutür xalqımızın azadlığı uğrunda mübarizə apardı. O bu yolda oğul qurban verdi, zindana düşdü. Şairin oğlu Xəlilbəyli Təbriz 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanmış, Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərmişdir. Ən ağır,ən çətin fəth olunan bir zirvədən boylanmaq səadəti hər insana nəsib olmur. Belə ucalıqlardan biri də şəhidlik zirvəsidir. Ölümün şəhidlik zirvəsini fəth edən igidlərdən biri də məhz  Milli istiqlal şairi Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəylidir. 


Təbriz Xəlilbəyli (Xəlil Rza Ulutürkün oğlu)

***
 
Göy Tanrının oğlu Ulutürk

O vaxtlar xalqı mübarizəyə, haqsızlığa, şərə qarşı üsyan etməyə ilk və son nəfəsinədək səsləyənlərdən biri idi Xəlil Rza Ulutürk. Xalqımızın Bilgə xaqanydı, Kürşadıydı və min illərdən günümüzə uzanan qoca tük millətinin hayqırtısı idi. O xalqının azadlıq təşnəsiydi və Nazim Hikmətin dediyi kimi, xalqının, millətinin azadlığı üçün yanırıdı…

Xalq şairi Xəlil Rza Ulutürkün yaradıcılığına yetərincə bələd olmaq üçün, hər şeydən öncə, onu bir şəxsiyyət olaraq tanımaq çox önəmlidir. Azadlıq şairi 1988-ci ildə başlanan milli-azadlıq hərəkatının aparıcı simalarından olub, 1990-cı ilin 20 yanvar qırğınından sonra SSRİ DTK tərəfindən həbs edilib, Moskvadakı Lefortovo həbsxanasında 9 ay həbsdə saxlanılıb. Məhbəs həyatı böyük şairin özünüdərkinə təkrar baxışıdır. Burada yaşadığı çətin günlər və məhrumiyyətlər belə azadlıq aşiqini sarsıtmamış, öz əqidəsindən döndərə bilməmişdi. 

Onun şeirlərinin mayası həzin kədərlə yoğrulsa da, nikbin poeziya nümunələri kimi meydana çıxırdı. Yalnız siyasi motivlər üzərində qurulan zindan şeirləri güclü pafosa malik olması ilə diqqəti daha çox cəlb edir. Şair üçün azadlıq müqəddəs, pak və toxunulmazdır. Şairin mücadilə ruhlu ən yaxşı poetik örnəklərinə nümunə olaraq "Səlahiyyət istəyirəm!", "Silahlan!", "Hara qaçırsan, dayan!", "Qorxaqlıq, cəsurluq" və bu kimi başqa şeirlərin adlarını qeyd etmək olar.



Xəlil Rza Ulutürk Azərbaycanın dastan qəhrəmanlarına bənzəyirdi ki, getdiyi yolda geriyə baxmadan yürüyər, yorulurkən də vətən və millət ümidiylə qüvvətlənib, dayanmadan yüksəkliklərə qoşardı. Xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın bütün regionlarında eşidilirdi. O, bütün varlığı ilə, poeziyası ilə, amalı ilə yetişdirdiyi və zamanın hökmü ilə ortaya çıxan xalq hərəkatına qoşulmuşdu. Hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edirdi. Onun  şeirləri, xalqa - “Azadlıq meydanı”na ünvanlanmış çağrış dolu poetik xitabları Azərbaycan xalqını azadlıq uğrunda mübarizənin müsəlləh əsgərinə çevirirdi və meydanı çevrələyən rus ordusundan, rus tanklarından güclü idi:

“Qeyrət, qüdrət selləriyik.
Daşnakları qovan bizik,
Dar gözləri ovan bizik.
Yetər meydan suladılar,
Yurdumuzu taladılar.
Bakımızı əzizləyək.
Əqrəblərdən təmizləyək!
Şölə versin bu ləl, mərcan -
Ermənisiz Azərbaycan! ”

Xəlil Rza poeziyasının səciyyəvi cəhətləndirən biri şeirinin təsirli, yanıqlı olması, daxili həyəcan və təlatümləri dilləndirməsidir. Həyatın acı həqiqətlərini, ziddiyyətlərini şeirinə gətirərək münasibət bildirən Xəlil Rza Ulutürk dramatik poeziya ustasıdır. Xəlil Rza poeziyasının milli istiqlal poeziyası səviyyəsinə yüksəlişi şairin yaradıcılığında yeni mərhələni səciyyələndirən əsas xüsusiyyətdir. Bu mərhələdə milli məfkurə şairin tarixi özünüdərk və fərdi poetik “mən”indən vüsətlənərək bəşəri dərkə mənəvi keçid alıbdır. Buna görə də Xəlil Rzanı başa düşməyənlər çox idi. 



Onun cəsarətli vətəndaşlıq şerlərini dinləməkdən belə qorxanların sayı min-min idi. O, kürsüyə qalxanda durub salonu tərk edirdilər. Xəlilin antisovet, antiimperiya çıxışlarına dəlilik kimi baxanlar da var idi.

Xəlil Rzanın ən böyük qəhramanlıqlarından biri də böyük Nizamini yenidən Azərbaycan xalqına qaytarması oldu. Onun tərcüməsində Nizami “Xəmsə”si doğurdan ikinci dəfə doğuldu. Xəlil Rzanın tərcüməsində Nizami Azərbaycan dilinə o qədər uyumlaşdı ki, “Xəmsə”ni xəlil Rzanın tərcüməsində azərbaycan türkcəsində oxuyanlar bu möhtəşəm əsərin fars dilində yazıldığını güman belə etmirlər. Bu Xəlil Rzanın istedadının nə qədər böyük və nə qədər əzəmətli olduğunun göstəricisi idi. 

***

Xəlil Rza Uluturk  21 oktyabr, 1932-ci ildə Salyan rayonun Pirəbbə kəndində, (kənd indi Neftçala rayonuna daxildir), anadan olmuşdu. Doğulduğu kənd Salyan şəhəri ilə üzbəüz, Kürün sağ sahilində yerləşir. Kənddə Xəlil Rzaya aid demək olar ki, heç nə qalmayıb. Yalnız təqribən on il əvvəl bir iş adamı Xəlil Rzanın büstünü onun doğma kəndinə bağışlayıb. Büstü uçuq-sökük, uzaqdan daha çox mal-heyvan damına bənzəyən Pirəbbə məktəbinə qoyublar…

Böyük Azərbaycan insanı Xəlil Rza Uluturk 1994-cü il iyunun 22-də uzun sürən xəstəlikdən sonra, bədii yaradıcılığının barlı-bəhərli çağında, şairin vətən eşqi, xalq məhəbbəti ilə çırpınan ürəyi döyünməkdən qaldı.

Xəlil Rza Ulutürk Fəxri Xiyabanda dəfn olundu, onun məzari üstündə şairin əzəmətli heykəli yüksəldildi.

Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif edildi. 

Ölürkən sözün həqiqi mənasında onun haqqında belə demək mümkünüdü: “Xəlil Rza deyərkən ayağa dur ki, Ana yurdun ürəyinə toxuna bilər”.

Ruhun şad olsun Azərbaycanın Azadlıq şairi.

Nərminə Umudlu
pia.az



Xəbərin oxunma sayı : 538

loading...

Ədəbiyyat

Önəmli

Son xəbərlər

16 YANVAR 2017

14:54 Rəfael Cəbrayılovla Eldar Mahmudovun biznes sirləri

14:37 Kardiologiya İnstitutunun adamı infarkt edən rüşvət qiymətləri

15 YANVAR 2017

14:25 Bütün kəndin kişiləri əqli qüsurlu qadına təcavüz etdi - ŞOK HADİSƏ

13:26 Azərbaycanlı qızın videosu rekord qırır

13:22 Şəhid Fikrət Bəşirov harda dəfn olunacaq?

12:27 Kamran Ağayev Portuqaliyada dala saldı - FOTO/VİDEO

11:58 Azərbaycanlılar “O səs Türkiyə”dən belə ayrıldı - VİDEO

11:30 Cəbhədən acı xəbər gəldi: Şəhidimiz var

11:00 Göyərtəsində 110 miqrantın olduğu gəmi batdı

14 YANVAR 2017

16:02 Ramil Usubov 2 rəisi işdən çıxartdı

14:43 İlham Əliyev Davosda yeni prezidentlə görüşəcək

13:35 Azərbaycanda silah alverçilərinə qarşı əməliyyat: həbs olunanlar var

12:43 Bakıda vəzifəli şəxs özünü niyə asdı? - TƏFƏRRÜAT

11:37 Supermarketdə təcavüz ŞOKU - Sahibkar qadın işçisini zorladı

11:03 Nokia 8-in ilk görüntüsü sızdırılıb - VİDEO

10:30 Azərbaycanda yol terroru: 6 ölü, 19 yaralı

10:05 Əqli-qüsurlu kişi ilə dəfələrlə əlaqədə olan çilingər... - Mingəçevirdə dəhşət

13 YANVAR 2017

20:23 Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı

14:59 “Eldar Mahmudovla danışmışam, dedi ki,...”

13:52 İlham Əliyevin məqaləsinin TAM MƏTNİ

13:40 Bakıda supermarket müştəriləri necə aldadır? - FOTOFAKT

13:30 Məktəb direktorunun səs yazısı yayıldı - “Gəl yanıma...”

12:36 General əmlak tələb edir, azadlıq vəd edir - İş adamının vəkilindən Prezidentə müraciət

12:28 “Aİ-92“ markalı benzinin qiyməti qalxacaqmı? - DİQQƏT

12:14 Məşhur aparıcı “Lider“dən getdi

12:00 Bakıda toydan çıxan tanınmış müğənnilərin pulları əllərindən alındı

11:00 Azərbaycanda benzin bahalaşdı

12 YANVAR 2017

20:08 DİN Mehman Hüseynovla bağlı Baş Prokurorluq qarşısında vəsatət qaldırdı

18:56 Prezident sərəncam imzaladı: vergi borcları üzrə faizlər silinir

16:57 “Bunu direktor xoşlayırdı və dəfələrlə ərimə...“ - Seks qalmaqalının qurbanı olan xanım müəllim

16:47 “Ərim məni vururdu, fiziki təcavüz...” - Azərbaycanlı müğənni

16:39 Bu raket İrəvanı yerlə yeksan edə bilər - Dağıdıcı silahlarımız

16:30 Daha bir türk klubu “Qarabağ“ın futbolçusuna elçi düşdü

15:38 Pensiyalar niyə gecikdirilir? - Rəsmi açıqlama

14:01 “Avropa haradır?“ -Orxan Pamukun essesi

13:48 Prokuror vitse-admiral Sultanova ağır cəza tələb etdi

13:32 Dollar satışının bərpası “qara bazarı” çökdürdü - QİYMƏTLƏR

12:27 “Mənə Aygün Kazımovayla qızının seks videosunu göstərdi“ - Məktəb direktoru

12:20 Nazir müavini təyin edilən Mətin Eynullayev kimdir?

12:15 Sami Yusif Bakıya gəlir

11:25 Prezident yeni nazir müavini təyin etdi

10:44 Slavyan Universitetində növbəti qalmaqal

10:35 Bakıda yol faciəsi: 3 nəfər maşının altında qalıb öldü

10:25 Prezident qızı yeni vəzifəsi, həyatı və gələcək dəyişikliklərdən danışdı

9:30 Mario Varqas Lyosa: Romanlar yalan danışır

9:20 “Taliban” girovların görüntülərini yaydı - VİDEO

9:17 Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ

11 YANVAR 2017

21:48 İlham Əliyev hansı oliqarxları və niyə hədələdi?

21:37 Türkiyədə çevriliş baş tutsaydı Ərdoğanın yerinə bu şəxs gələcəkdi - İDDİA

21:28 Mehriban Əliyeva dövlət katibi ilə görüşüb

21:15 Televiziyalardan Qənirə Paşayevanın açıqlamasına REAKSİYA

19:34 Şəmkirdə direktorla müəllimə arasında seks videosu QALMAQALI

18:25 Vüsal Kərimli vəzifəsindən qovulur - BNA fiaskosundan sonra...

18:10 Banklara “yaşıl işıq“ - ŞAD XƏBƏR

16:06 Prezident yeni hərbi texnikalarla tanış oldu - FOTO

15:40 AZAL Türkiyədə narazılıq yaratdı - Baqajlar ünvana çatmadı

15:30 “Mehman Hüseynovun aldığı nəfəs də yalandan gedib-gəlir” - DİN

13:53 İdarə müdirinin Əhmədzadənin xeyir-duası ilə taladığı dövlət vəsaiti

13:44 Daha bir generala cinayət işi açılıb

13:18 “Bizə ən böyük zərbəni bank sektoru vurdu“ - Prezident

12:46 Telekanallar Flora Kərimovaya qadağa qoyub

11:37 Lənkəranda bacısı öldürüb dənizə atdığını deyən qardaş azadlıqda

11:27 Neftçalada pambıq reketi - İcra başçısı sahibkarlara divan tutur

10:40 Mübariz Mənsimov 35 tanker aldı

9:55 Türkiyədəki soyuq hava bizə gəlir - Diqqət!

9:50 Maşın bazarında vəziyyət necədir?

9:17 “İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir” - İlham Əliyev

9:01 Bakıda nəvəsini öldürən baba: “Məni söydüyü üçün onu boğdum”

10 YANVAR 2017

20:08 “İkinci toyumu Bakıda edəcəyəm“ - MÜSAHİBƏ

19:47 Dollar 1.89-a manat oldu - Azərbaycanda

19:45 Əli İnsanovla bağlı qərar verildi

19:31 Həmyerlilərimizin “O səs”də başına gətirilən şok oyunlar - MÜSAHİBƏ

19:15 Çavuşoğlu çevriliş gecəsi Kəmaləddin Heydərova niyə zəng edib?

19:00 Ermənistan əsgərimizin meyitini niyə qaytarmır?

16:32 Beynəlxalq Banka yeni rəhbər seçildi

16:20 69 qadını öldürən keçmiş polisdən ŞOK ETİRAF

15:18 “Maaş və pensiyalar yenə də artmalıdır“ - Prezident

15:11 Kəskin soyuqlar Azərbaycana gəlir - XƏBƏRDARLIQ!

14:49 “Böhrandan çıxış yolu tapılıb“ - İlham Əliyev

14:07 ANS-in keçmiş aparıcısının əri ilə özəl videosu yayıldı

14:00 Nurayı ağladan məhkəmə icraçıları haqda araşdırma başladı

13:31 Bir neçə illik borclar da yeni tariflə ödəniləcək - “Azəriqaz”dan Yeni İl “sürprizi”

13:00 İlham Əliyev nazirləri topladı

10:48 Lotu Quli Bakıdakı atışmadan danışdı

10:31 Tramp qələbə qazandı, azərbaycanlı milyarder 1,8 milyard varlandı

10:23 Bu gün Beynəlxalq Banka yeni rəhbər təyin olunacaq

9:53 Bakıda müəllim 9 və 11 yaşlı şagirdlərinə təcavüz edib

09 YANVAR 2017

15:45 Rüstəm Usubovdan ANS-lə bağlı danışdı

15:30 “İlk ərim məndən 16, indiki ərim isə 18 yaş böyükdür“ - Azərbaycanlı müğənni

15:08 Mübariz Mənsimovdan FHN-ə xüsusi hədiyyə - VİDEO

15:03 “Baş Prokurorluğa məlumat vermişik” - Mirşahin danışdı

14:34 Azərbaycanda ölümcül virus yayılıb? - AÇIQLAMA

13:53 Bakı və Moskva arasında GİZLİ SAZİŞ

13:23 “Bank təklifinizi qəbul etməsə, krediti qətiyyən ödəməyin!” - Ekspert

13:11 “Dağıstanda kimi tapdılar, gətirib millidə oynadırlar“ - MÜSAHİBƏ

12:52 Azərbaycanlı milyarder Türkiyəni ayağa qaldırdı

12:37 Metroda gediş haqqı qalxacaq? - AÇIQLAMA

12:18 Kriminal qruplaşmalar arasında atışma oldu - Bakıda

12:00 Qənirə Ataşovanın ölkədən çıxışına qadağa qoyulub - FOTOFAKT

08 YANVAR 2017

14:47 Sərxoş Lisa yenə özünü rüsvay etdi - FOTO

14:30 “Bəlkə Tramp Rusiyanın casusudur?”

12:42 Baş nazir “offşor“lara qadağa qoydu

12:24 Evini Azərbaycan bayrağının rənglərinə bürüdü - FOTOLAR

12:18 Millət vəkili və komitənin sədr müavini Nurayla görüşdü

11:43 Naxçıvanın 2017-ci il dövlət büdcəsi təsdiq edilib

11:38 Azərbaycanlı müğənni mikroinfarkt keçirdi - FOTO

11:24 Qənirə Paşayevaya yeni vəzifəyə verildi

11:10 Prezidentin qızı 113 dollarlıq libas geyindi - FOTOLAR

07 YANVAR 2017

17:21 “Qarabağ məsələsində artıq məğlub olmuşuq” - Sarkisyan

17:06 Nurayın atası danışdı: “Uşaq məndən imtina etdi“

17:00 Bakı-Şamaxı yolunda təhlükə

15:50 Nurayın doğma atası Əvəz Bayramov doğum evinin həkimi imiş

14:48 “Atamı ilk dəfə məhkəmədə gördüm” - 10 yaşlı Nuray danışdı

14:09 Həbsxanada dəhşət: məhbusların başları kəsildi - FOTO

13:43 Məşhur şirkətin sahibinin erməni ilə biznes əlaqəsi - Mahmudovun imzası ilə araşdırılıb

13:12 10 yaşlı Nurayı yerdə sürüyən icraçılarla bağlı qərar verildi - VİDEO

13:00 Azərbaycanlı qadın avtobusda zorlandı

12:03 10 yaşlı Nurayı ağladan icra məmuru DANIŞDI

11:52 “Lənkəranskiyə atəş açanlar arasında İŞİD-çi olub”

11:41 “Nurayın atası dedi ki, arvadımla qızımı buraxın kanalizasiyaya”



loading...
8 yaşında varlandı, heç vaxt evlənmədi - Milyonçu mason üzvünün qəribə həyatı

O, dünyaca məşhur çay brendinin yaradıcısıdır. 8 yaşından işləməyə başlayıb. Amerikanın müxtəlif ştatlarında ən qara işlərdə işləyib. 25 yaşında iş adamına, 35 yaşında böyük bir markanın sahibinə çevrilib. Söhbət Tomas Liptondan gedir.
Rusiya səfirini öldürən polislə bağlı maraqlı faktlar


Dünən Ankarada sərgi salonunda keçirilən tədbir zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu güllələyərək öldürən 1994-cü il təvəllüdlü Mövlud Mert Altıntaşla bağlı yeni faktlar üzə çıxıb.
Məşhur aparıcı “Lider“dən getdi
"Lider TV"nin məşhur aparıcısı kanalla vidalaşıb.
Televiziyalardan Qənirə Paşayevanın açıqlamasına REAKSİYA
Millət vəkili Qənirə Paşayevanın Azərbaycan televiziyaları haqda sosial şəbəkələrdə fikirlərinə televiziya kanallarından münasibət bildirilib.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016