Çərşənbə, 19 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Avropada yeni futbol mövsümünün 236 iştirakçısı var


İyunun 26-da UEFA Çempionlar Liqası, iyunun 28-də Avropa Liqası start götürür. İki turnirdə ümumilikdə 236 klub yarışacaq

Novator.az bildirir ki, 79 klubun buraxıldığı Çempionlar Liqasında təsnifat mərhələsinin yarımfinal görüşləri iyunun 26-da, final oyunu iyunun 29-da keçiriləcək. Bu raundda 4 klub mübarizə aparır.

1-ci mərhələdə (10-18 iyul) turnirə 31 klub, 2-ci mərhələdə (24 iyul-1 avqust) 8 klub, 3-cü mərhələdə (7-15 avqust) 8 klub, 4-cü mərhələdə (21-29 avqust) 2 klub qoşulacaq.

Sentyabrın 18-dən dekabrın 12-dək davam edəcək qrup mərhələsində 26 klub rəqiblərini gözləyir.

157 klubun vəsiqə aldığı Avropa Liqasının təsnifat mərhələsi iyunun 28-də başlayır, iyulun 5-də bitir. Bu raunda 14 klub buraxılıb.

1-ci mərhələdən (12-19 iyul) 87 klub, 2-ci mərhələdən (26 iyul-2 avqust) 27 klub, 3-cü mərhələdən (9-16 avqust) 12 klub start götürəcək.

4-cü mərhələ (23-30 avqust) əvvəlki raundların qaliblərinin iştirakı ilə keçiriləcək.

Sentyabrın 20-dən dekabrın 13-dək davam edəcək qrup mərhələsinə 17 klub birbaşa vəsiqə alıb.

Çempionlar Liqasının seçmə mərhələlərində ələnən komandalar Avropa Liqasına göndəriləcək. Onlar qrupadək bir-birləri ilə oynayacaq. Bu istiqamət üzrə üç ələmə mərhələsi olacaq.
Etiket:

loading...