ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Ağdam rayonunun icra başçısı Raqub Mə
mmədovla görüşüb
mmədovla görüşüb
APA-nın xəbərinə görə, görüş Quzanlı qəsəbəsində baş tutub.
R. Məmmədov cəbhə xəttinə yaxın yaşayış məntəqələrində yerli əhalinin qarşılaşdığı çətinliklər barədə A. Kasprşikə məlumat verib. Bildirilib ki, sonuncu dəfə monitorinq keçirildiyi gündən - 1 mart 2017-ci il tarixindən bu günədək Ermənistan Silahlı Qüvvələri atəşkəsi 996 dəfə pozub. Qeyd olunub ki, ermənilər dinc əhalinin yaşadığı kəndləri ağır artilleriya qurğularından atəşə tutub, təsərrüfatda çalışan yerli sakinlər dəfələrlə erməni hərbçilərin atəşinə məruz qalıb.
İcra başçısı bildirib ki, cəbhəyanı yaşayış məntəqələrində yaşayan dinc əhalinin həyatı daim təhlükə altındadır.
Görüşdən sonra qonaqlar cəbhə xəttində monitorinq aparmaq üçün qoşunların təmas xəttinin Sarıcalı kəndi istiqamətinə yollanıblar. ATƏT nümayəndələrini Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçiləri müşayiət edir.
MilliYol.Az
Digər xəbərlər
loading...