"Real"ın prezidenti Florentino Peres komandanın futbolçusu Marko Asensionun təzminat qiymətini açıqlayıb
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, ispan hücumçunun qiymətinin 700 milyon avro olduğunu deyib:
"Asensionun qiyməti 700 milyon avrodur. Bir avro da aşağı qiymətə satıla bilməz. O, "Real"ı tərk etmək istəmir. Baş məşqçinin Markoya güvənmədiyini düşünməyin. Kənardan Beyl-Benzema-Ronaldo triosuna daha çox şans verildiyi görünə bilər. Amma Zidan Asensioya heyrandır. Ötən yay Markoya görə bizə 150 milyon avro təklif etmişdilər. Amma nə mən, nə də Zidan onu satmaq haqda düşündük".
Digər xəbərlər
loading...