Slavyan Universitetində növbəti qalmaqal AZAL Türkiyədə narazılıq yaratdı - Baqajlar ünvana çatmadı İdarə müdirinin Əhmədzadənin xeyir-duası ilə taladığı dövlət vəsaiti Həmyerlilərimizin “O səs”də başına gətirilən şok oyunlar - MÜSAHİBƏ
 

Arif Quliyev: “Tükənmək qorxum yoxdur” - MÜSAHİBƏ

Tarix 24.06.16, 19:03

Font ölçüsü : - / +
bitmap-img6

Xalq artisti Arif Quliyevin APA-ya müsahibəsi

 
- Arif müəllim, hazırda rəsmi olaraq heç yerdə çalışmırsınız. Amma telefonda dediniz, işlərim çoxdur, ora-bura qaçıram. Bilmək olar, ora-bura qaçmağın səbəb nədir?
 
- Əslində özümlə bağlı işlər deyil. Yəni sənət, teatr söhbətləri ilə yaxından-uzaqdan bağlılığı yoxdur. Ev qayğıları ilə məşğulam. Yoldaşım xəstədir, onu tez-tez xəstəxanaya aparıram, ora-bura qaçıram. Xəstəlik də olan şeydir də, hamının başına gələ bilər.
 
- Pensiyaya nə vaxt çıxmısınız?
 
- Teatrda 42 il işləmişəm. İndi dincəlirəm. Üç ildir təqaüddəyəm. Həm xəstə idim, həm də 42 il işləmişəm də... Möhtərəm prezidentimizin köməyi ilə Türkiyədə əməliyyat olunmuşdum, işləmək çətin idi. İndi yaxşıyam, vəziyyətimdən də şikayətçi deyiləm. Bir il ərzində bir neçə filmə çəkilmişəm.
 
- Birinə baxmışam: “Sonuncu dayanacaq”...
 
- Hə, “Sonuncu dayanacaq” dövlət sifarişi ilə çəkilib. Allah rəhmət eləsin, o filmi Fikrət Əliyev çəkdi. Ondan başqa Kənan Məmmədovla, Akif Rüstəmovla bir yerdə işləmişik. Sonra “Yüz kağız” filminə də çəkilmişəm. Nail Naiboğlunun çəkdiyi Ramiz Abdullayevin “Biznesmen” komediyasında da oynamışam. Ara-sıra verilişlərə də dəvət alıram, çoxuna getmirəm. Təzəlikcə “Nazlı” adlı filmə də dəvət almışam. Rejissorun adı yadımdan çıxıb. Orda da bir neçə tanınmış yoldaşlarla bir yerdə çəkiləcəyəm.
 
- Arif müəllim, adını xatırlamadığınız rejissorun filminə çəkilməyə necə razılıq verirsiniz?
 
- Təzədir də, ona görə. Çağırdılar, şəklimi çəkdilər. O adını deməyib, mən də... Amma dəvətini qəbul eləmişəm. Rejissoru bilmirəm kimdir. Ssenarisinə baxdım, xoşum gəldi. Əsas olan obrazın səni özünə çəkməyidir. Rol balaca olsun, amma ürəyimcə olsun. Həm də ona görə razılıq verdim ki, aktyor kimi oynamaq, çəkilmək istəyirəm. Başım qarışır, sənətkarlara görüşürəm. Yaradıcılıq atmosferində yaşamaq xoşbəxtlikdir.
 
- Amma hər halda, dövlət sifarişi ilə çəkilən filmdə rol almaq daha xoşdur...
 
- Özəl film belədir ki, imkanlı bir adam pul verir, ya da üç-dörd nəfər yığışıb film çəkirlər. Onlar da çalışır ki, ortada olan məbləğ az da olsa, hamıya çatsın. 
  
- Sirr deyilsə, sizə nə çatır?
 
- “Yüz kağız” filmindən 400 manat pul almışam. “Biznesmen”dən də almışam 400 manat. Bunlar bir gün, iki gün olan çəkilişlərdir.
 
- 90-cı illərdə daha məşhur idiniz. İndi o məşhurluğunuzun azaldığını hiss edirsiniz?
 
- 1974-cü ildə ilk dəfə İsmayıl Osmanlı, Əlağa Ağayevlə efirə çıxmışam. Səhər açıldı, gördüm şəhərdə kim görürsə, məni göstərir, bir-birinə nə isə deyirlər. Yəni ilk efirdən sevildim. Sizə deyim, o sevgini, istəyi indi də hiss edirəm. Mənə elə gəlir, sevgi azalmayıb, əksinə, üstünə gəlib. Tamaşaçının məhəbbətini qoruyub saxlamaq çox çətindir. Məni demək olar, hamı tanıyır. Hərdən deyirəm, məni tanımayanlar hələ anadan olmayanlardır. (Gülür). O gün Bakıxanov qəsəbəsindən maşınla keçirdim, gördüm, ağsaqqallar çay içib, nərd oynayırlar. Maşını saxladım, düşüb görüşdüm, söhbət elədim. Nəyə görə? Ağsaqqalla görüşmək, ürək dolu söhbətlərini dinləmək ləzzət edir. Deməli, yeddi nəfər idilər, altısı məni tanıdı, biri lap yaşlı idi, gözləri zəif görürdü. Üzümə lap yaxından baxıb dedi ki, əə, bu Arif Quliyof döyül? Bilirsən, necə xoşuma gəldi? Bir dəfə Şəfa Stadionunda konsert idi. Birdən gördüm, beş-altı nəfər bir adamın dalınca qaçır. Həmin adam müğənni idi, iri də “Cip”i var idi. Bu müğənni qaçanlara fikir vermir, istəyir özünü atsın maşına, aradan çıxsın. Nə isə, o müğənnini saxladım, dedim, üzr istəyirəm, sənin işinə qarışmaq ixtiyarım yoxdur, amma deməyə məcburam. O dalınca qaçan adamlar səni istəyən adamlardır. Gör kimdən qaçırsan? O adamlar gəlməsəydilər, sən kimə görə qol çəkib pul alacaqdın? Bu maşını da, ağ kostyumu da, villanı da o sevgiyə görə almısan. Mən şəxsən bu adamların qarşısında baş əyirəm. Dedi, Arif müəllim bağışlayın, nə deyirsinizsə, düzdür.
 
Bir dəfə də bir aktyor yoldaşımız qayıtdı ki, nədir e, hara gedirsən, camaatla görüşürsən, söhbət edirsən. Nə var, nə var, onunla görüşmürlər, söhbət etmirlər. Uşaqlar düşüb dalımızca, bu aktyor əsəbi şəkildə qayıtdı ki, nədir, nə dalımızca düşmüsünüz? Dedim, ay adam, bizim dalımızca gələn bu uşaqlar çörəkdir, bərəkətdir, sevgidir. Mən Arif Quliyev o məhəbbətə görə xalq artisti olmuşam, prezident təqaüdü almışam, dövlətimiz ev verib və s. Yəni hər şey o sevgidən asılıdır.
 
- İndi həmin evdə yaşayırsınız?
 
- Yox. O vaxt uşağım həbsxanada idi, orda xəstələndi. Vəziyyəti də ağır idi. Ona görə həmin evi dəyər-dəyməzinə satdım, pulu verdim müalicəyə. İndi əvvəlki köhnə evdə qalıram. Prezident təqaüdü alıram, dolanışığım da lap əladır.
 
- Mən biləni toylara da gedirsiniz?
 
- Hə, gedirəm. Axır vaxtlar səs-küy götürmürəm. Ona görə azaltmışam. Amma deyim ki, dəvət edənlər çox olur. Əslində məni ayaq üstə saxlayan elə xalqın o sevgisidir. Məsələn, bir də görürsən, yol polisləri maşınımın yanına gəlir ki, bu Arifin maşınıdır, özü haradadır? (Gülür).
 
- Yol polisi sonuncu dəfə nə vaxt protokol yazıb?
 
- O vaxtlar saxlayanda protokol yazmırdılar. İndi hər yer kameradır. Kamera da nə hörmət bilir, nə izzət. Kamera yazır, mən də ödəyirəm. Qanun hamı üçün qanundur. Bir dəfə radara düşmüşdüm, getdim polisə ki, sizdən şikayət edəcəyəm. Dedilər, biz sizdən şikayətçiyik, sürət həddini keçmisiniz. Dedim, yox, adamı belə çəkməzlər. Qalstukum əyri, saçım dağınıq. Bunu xəbər verin çəkirik, özümü qaydaya salım də. Xeyli güldülər.
 
- Məşhurluğunuzdan istifadə edənlər olur? Məsələn, işə düzəlmək üçün, qiymət yazdırmaq üçün...
 
- O qədər olub ki. İmkan olanda həmişə etmişəm. İşə düzəlmək üçün də kimlərəsə zəng vurmuşam, qiymət yazdırmaq üçün də. Zəng etdiyim adam soruşur ki, nə qulluğun var, mən də deyirəm. Yəni sözümü eşidirlər. Məndən soruşurlar ki, yayda harada dincələcəksən, bağın var? Deyirəm, yox. Yenə soruşurlar ki, niyə? Cavab verirəm, vallah, 42 il başımı aşağı salıb öz işimlə məşğul olmuşam. Yəni gedə bilərdim bağ idarəsinə, “Baksovet”ə, amma getməmişəm. Yəni öz işimin fəhləsi olmuşam. 
 
- Tək olanda hansı aktyorları xatırlayıb darıxırsınız?
 
- Yaşar Nuri üçün darıxıram. Yaşarla çox yaxın dost idik. Səməndər Rzayev üçün də çox darıxıram. Tez-tez yadıma düşürlər, ürəyim istəyir ki, yanımda olsunlar, söhbət edək, dərdləşək. Bəzən məndən soruşurlar ki, gülməyə bir şey tapırsınız? Deyirəm, hə, “Bəyin oğurlanması”na baxıb gülürəm. İndi cəmiyyətdə gülməyə meyl azalıb. Hərənin bir problemi var, iş-güc baş qatıb.
 
- Bəlkə güldürə bilmirsiniz?
 
- Yox, yaxşı yumorlar yazılmır. Aktyor çoxdur, yazarlar azdır.
 
- Yazarlardan kimi tanıyırsınız?
 
- Əhməd Orucoğlunu, Xeyrəddin Qocanı oxuyuram. Məsələn, Xeyrəddin Qocanın yumor hissi əladır. Onun yazılarında olan gülüş çox yaxşıdır. Yaxud Çingiz Abdullayevi oxuyuram, özü də xoşuma gəlir, bəyənirəm. Bəzən əlimə kitab alıram, bir az oxuyuram, sonrası getmir, yarımçıq qoyuram. Yarımçıq qoyduğum, oxumadığım yazıçılar çox olub, amma ad çəkib kiminsə xətrinə dəymək istəmirəm. Məsələn, kimsə tamaşa hazırlayır, soruşur ki, Arif, necə idi, deyirəm əla.
 
- Yəni zəif tamaşaya da əla deyirsiniz...
 
- Bəli. Mənim xasiyyətim belədir.
 
- Bu necə olur?
 
- Nə bilim? Mən beləyəm də. Heç kimin xətrinə dəymək istəmirəm.
 
- Səhv etmirəmsə, “Bəyin oğurlanması” filminə təsadüfən çəkilmisiniz...
 
- Hə, mən Səməndərlə Yaşara dəyməyə getmişdim. Ağsuda qastrolda idim, iki gün boş vaxtım var idi. Getdim Məlhəm kəndinə. Gördüm, oturublar dağın ətəyində, samovar çayı içirlər. İki gün qaldım orda, filmə çəkdilər. Bilirsən, şərait olsa, maddi imkan olsa, insanların zövqünü oxşamaq kimi problemləri dəf etmək olar. 
 
“Teatr üçün darıxsam da oynamaq istəmirəm”
 
- Cem Yılmazı izləyirsiniz?
 
- Bəli, çox xoşuma gəlir.
 
- Bizdə intellektual yumor var?
 
- Bilirsən, onun üçün o qədər oxumalısan, mütaliən o qədər zəngin olmalıdır ki, istənilən mətndən yumor yaradasan. Yaxud mətndə çatışmayan yumoru özün əvəz edəsən.
 
- Tükənmək qorxusu haqda danışaq...  
 
- Aktyorun tükənməyi dəhşətli şeydir. Mənim elə bir qorxum yoxdur. Nə vaxt istəyirlər, min nəfəri yığsınlar, iki saat çıxış edərəm.
 
- Sizə deməyiblər ki, Arif Quliyev tükənib?
 
- Onu ancaq teatr işçiləri deyə bilər. Məncə, heç kim tükənmir. Ata nə qədər yaşlı olsa da, onun adı yenə atadır.
 
- Teatr üçün darıxmırsınız?
 
- Darıxıram. Amma oynamaq istəmirəm. Qoy indi də gənclər oynasın. 

MilliYol.Az



Xəbərin oxunma sayı :

loading...

Müsahibə

Önəmli

Son xəbərlər

18 YANVAR 2017

21:43 Qalmaqallı boks səhnəsi “Recep İvedik 5“ filmindən çıxarıldı

21:35 Prezident Davosda həmkarı və Vahid Ələkbərovla görüşüb - FOTO

19:39 Sosial evlər neçəyə olacaq? - Direktor danışdı

19:25 Dəhşətli proqnoz reallaşır: Bakı su altında qalacaq - VİDEO

18:20 Metroda qadın görün kişinin başına nə oyun açdı - VİDEO

18:11 Dağlıq Qarabağda erməni əsgəri məhv edildi

18:00 Dollar rəsmi məzənnəsi yenə rekord vurdu

17:45 Azərbaycanlı holdiq rəhbərinin qızı təyyarə sürdü - FOTO/VİDEO

16:59 “Dövlət universitetlərinin də bir çoxu bağlanacaq“ - ŞOK AÇIQLAMA

16:16 “ANS-i açacaqlar“ - Mais Məmmədov

16:11 Azərbaycanda sürüşmə: yol dağıldı, 400 evə ziyan dəydi - VİDEO

14:22 Kamil Zeynallı polis şöbəsinə çağırıldı

14:19 Qafqaz Universiteti qəyanat yaydı

13:28 Dünya çempionumuz toyda belə rəqs etdi - VİDEO

12:34 Kommunal idarəsinin ölü canları və xaraba qalan Neftçala - Video

11:52 10 ilin icra başçısı Hacıqabulda nə qədər vəsait mənimsəyib?

11:46 Tanınmış milyarder nəvəsinin toyuna 8 milyon manat xərclədi - VİDEO

11:39 MTN generallarının əmək haqları açıqlandı - 1,8 milyon manat

11:07 Eldar Mahmudovla yaxın olan idarə rəisi çıxılmaz durumda

10:47 Kəndlərimiz snayperlərlə atəşə tutuldu

10:15 “Qara bazar”da dollar neçəyədir?

9:42 Azərbaycanda daha bir universitet ləğv olunduğunu elan etdi

9:30 Çin əsgərlərinin təlimi dünyanı heyrətə saldı - VİDEO

17 YANVAR 2017

23:09 L.Ter-Petrosyanın “göz yaşları“na inanmaq olarmı?...

22:52 Kəndçi qızı, həkim, yoxsa... - Birinci xanım kimdir?

22:46 Milyarderlərin pul üçün verdiyi qurbanlar

21:15 Dünya çemipionunun intim görüntüləri ailə həyatına problem yaratdı - VİDEO

20:53 İlham Əliyev xanım həmkarı ilə görüşdü - FOTOLAR

20:45 Prezidentin bir sözü dolları ucuzlaşdırdı

19:46 Elmar Məmmədyarovdan sərt sözlər - MÜSAHİBƏ

19:28 Erməni toyunda gəlin Azərbaycan mahnısına oynadı - VİDEO

18:33 Validə Abbasova məşhur milyonçu ilə belə əyləndi - VİDEO/FOTO

18:05 Banklara borcu olanlarla bağlı - YENİ QADAĞA

17:51 Bu gün və sabah geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

17:42 Novruzda neçə gün tətil olacaq?

17:30 Mədət Quliyev görüş keçirdi

17:15 İcra başçılarının Milli Məclisdə vəzifə tutan övladları - SİYAHI

17:02 Azərbaycanda ən çox nə zəhərləyir?

9:58 Neftçalada YAP-a qəbul olunmaq üçün də rüşvət istəyirlər

16 YANVAR 2017

22:37 İlham Əliyev Davosda görüşlər keçirib - FOTO

21:31 Məktəbdə biabırçılıq: müəllim şagirdi döydü - VİDEO

20:04 Emin Ağalarov əkizləri və Əminə ilə gəzintidə - VİDEO

19:26 Prezidentin tənqid etdiyi “Azəraqrartikinti”də talan - Oliqarx-deputatın əməlləri

18:47 “Hz.Aişəyə haram sayılmır, mənə haram oldu?“ - Aparıcı hövsələdən çıxdı

16:58 Zaur Hüseynov “Prezidentlərin danışan şəkillər lövhəsi”ni niyə sökdürüb? - Fotolar

14:37 Kardiologiya İnstitutunun adamı infarkt edən rüşvət qiymətləri

15 YANVAR 2017

14:25 Bütün kəndin kişiləri əqli qüsurlu qadına təcavüz etdi - ŞOK HADİSƏ

13:26 Azərbaycanlı qızın videosu rekord qırır

13:22 Şəhid Fikrət Bəşirov harda dəfn olunacaq?

12:27 Kamran Ağayev Portuqaliyada dala saldı - FOTO/VİDEO

11:58 Azərbaycanlılar “O səs Türkiyə”dən belə ayrıldı - VİDEO

11:30 Cəbhədən acı xəbər gəldi: Şəhidimiz var

11:00 Göyərtəsində 110 miqrantın olduğu gəmi batdı

14 YANVAR 2017

16:02 Ramil Usubov 2 rəisi işdən çıxartdı

14:43 İlham Əliyev Davosda yeni prezidentlə görüşəcək

13:35 Azərbaycanda silah alverçilərinə qarşı əməliyyat: həbs olunanlar var

12:43 Bakıda vəzifəli şəxs özünü niyə asdı? - TƏFƏRRÜAT

11:37 Supermarketdə təcavüz ŞOKU - Sahibkar qadın işçisini zorladı

11:03 Nokia 8-in ilk görüntüsü sızdırılıb - VİDEO

10:30 Azərbaycanda yol terroru: 6 ölü, 19 yaralı

10:05 Əqli-qüsurlu kişi ilə dəfələrlə əlaqədə olan çilingər... - Mingəçevirdə dəhşət

13 YANVAR 2017

20:23 Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı

14:59 “Eldar Mahmudovla danışmışam, dedi ki,...”

13:52 İlham Əliyevin məqaləsinin TAM MƏTNİ

13:40 Bakıda supermarket müştəriləri necə aldadır? - FOTOFAKT

13:30 Məktəb direktorunun səs yazısı yayıldı - “Gəl yanıma...”

12:36 General əmlak tələb edir, azadlıq vəd edir - İş adamının vəkilindən Prezidentə müraciət

12:28 “Aİ-92“ markalı benzinin qiyməti qalxacaqmı? - DİQQƏT

12:14 Məşhur aparıcı “Lider“dən getdi

12:00 Bakıda toydan çıxan tanınmış müğənnilərin pulları əllərindən alındı

11:00 Azərbaycanda benzin bahalaşdı

12 YANVAR 2017

20:08 DİN Mehman Hüseynovla bağlı Baş Prokurorluq qarşısında vəsatət qaldırdı

18:56 Prezident sərəncam imzaladı: vergi borcları üzrə faizlər silinir

16:57 “Bunu direktor xoşlayırdı və dəfələrlə ərimə...“ - Seks qalmaqalının qurbanı olan xanım müəllim

16:47 “Ərim məni vururdu, fiziki təcavüz...” - Azərbaycanlı müğənni

16:39 Bu raket İrəvanı yerlə yeksan edə bilər - Dağıdıcı silahlarımız

16:30 Daha bir türk klubu “Qarabağ“ın futbolçusuna elçi düşdü

15:38 Pensiyalar niyə gecikdirilir? - Rəsmi açıqlama

14:01 “Avropa haradır?“ -Orxan Pamukun essesi

13:48 Prokuror vitse-admiral Sultanova ağır cəza tələb etdi

13:32 Dollar satışının bərpası “qara bazarı” çökdürdü - QİYMƏTLƏR

12:27 “Mənə Aygün Kazımovayla qızının seks videosunu göstərdi“ - Məktəb direktoru

12:20 Nazir müavini təyin edilən Mətin Eynullayev kimdir?

12:15 Sami Yusif Bakıya gəlir

11:25 Prezident yeni nazir müavini təyin etdi

10:44 Slavyan Universitetində növbəti qalmaqal

10:35 Bakıda yol faciəsi: 3 nəfər maşının altında qalıb öldü

10:25 Prezident qızı yeni vəzifəsi, həyatı və gələcək dəyişikliklərdən danışdı

9:30 Mario Varqas Lyosa: Romanlar yalan danışır

9:20 “Taliban” girovların görüntülərini yaydı - VİDEO

9:17 Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ

11 YANVAR 2017

21:48 İlham Əliyev hansı oliqarxları və niyə hədələdi?

21:37 Türkiyədə çevriliş baş tutsaydı Ərdoğanın yerinə bu şəxs gələcəkdi - İDDİA

21:28 Mehriban Əliyeva dövlət katibi ilə görüşüb

21:15 Televiziyalardan Qənirə Paşayevanın açıqlamasına REAKSİYA

19:34 Şəmkirdə direktorla müəllimə arasında seks videosu QALMAQALI

18:25 Vüsal Kərimli vəzifəsindən qovulur - BNA fiaskosundan sonra...

18:10 Banklara “yaşıl işıq“ - ŞAD XƏBƏR

16:06 Prezident yeni hərbi texnikalarla tanış oldu - FOTO

15:40 AZAL Türkiyədə narazılıq yaratdı - Baqajlar ünvana çatmadı

15:30 “Mehman Hüseynovun aldığı nəfəs də yalandan gedib-gəlir” - DİN

13:53 İdarə müdirinin Əhmədzadənin xeyir-duası ilə taladığı dövlət vəsaiti

13:44 Daha bir generala cinayət işi açılıb

13:18 “Bizə ən böyük zərbəni bank sektoru vurdu“ - Prezident

12:46 Telekanallar Flora Kərimovaya qadağa qoyub

11:37 Lənkəranda bacısı öldürüb dənizə atdığını deyən qardaş azadlıqda

11:27 Neftçalada pambıq reketi - İcra başçısı sahibkarlara divan tutur

10:40 Mübariz Mənsimov 35 tanker aldı

9:55 Türkiyədəki soyuq hava bizə gəlir - Diqqət!

9:50 Maşın bazarında vəziyyət necədir?

9:17 “İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir” - İlham Əliyev

9:01 Bakıda nəvəsini öldürən baba: “Məni söydüyü üçün onu boğdum”

10 YANVAR 2017

20:08 “İkinci toyumu Bakıda edəcəyəm“ - MÜSAHİBƏ

19:47 Dollar 1.89-a manat oldu - Azərbaycanda

19:45 Əli İnsanovla bağlı qərar verildi

19:31 Həmyerlilərimizin “O səs”də başına gətirilən şok oyunlar - MÜSAHİBƏ

19:15 Çavuşoğlu çevriliş gecəsi Kəmaləddin Heydərova niyə zəng edib?

19:00 Ermənistan əsgərimizin meyitini niyə qaytarmır?

16:32 Beynəlxalq Banka yeni rəhbər seçildi

16:20 69 qadını öldürən keçmiş polisdən ŞOK ETİRAF



loading...
Kəndçi qızı, həkim, yoxsa... - Birinci xanım kimdir?

Yanvarın 7-də Minskdə kilsəyə gələn Belarus prezidenti Aleksandr Lukaşenko oğlu Nikolay və naməlum qadınla birlikdə görüntüləndi.
Milyarderlərin pul üçün verdiyi qurbanlar

Nəvəsinin qulağı kəsildi, oğlunun ayağı...
“Hz.Aişəyə haram sayılmır, mənə haram oldu?“ - Aparıcı hövsələdən çıxdı
"Öteki Gündem" verilişinin aparıcısı Cansu Canan Özgən canlı yayımda özündən çıxıb.
Məşhur aparıcı “Lider“dən getdi
"Lider TV"nin məşhur aparıcısı kanalla vidalaşıb.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016