Almaniya məhkəmələri miqrantlardan saysız-hesabsız şikayət ərizəsi qəbul edib
Virtualaz.org DPA agentliyinə istinadən xəbər verir ki, 2017-ci il ərzində inzibati məhkəmələrə 200 minə yaxın belə şikayət daxil olub. Müqayisə üçün bildirilir ki. ötən il həmin ərizələrin sayı 100 min, 2015-ci ildə isə 50 min olub.
Şikayətlərin əsas mövzusu miqrantlara qaçqın statusunun verilməsindən imtinadır. Digər qisim şikayətçilər AFR-də yaşamaq hüquqlarının müddətsiz elan edilməsini istəyirlər.
Şikayətlərin çoxluğu ilə əlaqədar məhkəmə işçilərinin sayının təcili şəkildə artırılması məsələsi qaldırılıb ki, ərizələrə vaxtında baxıla bilsin.
MilliYol.Az
Digər xəbərlər
loading...