Cümə axşamı, 20 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

AFFA-nın baş katibi "stoyanka" pulu yığır


AFFA-nın baş katibi Elxan Məmmədovun gözü doymur

Yenicag.az xəbər verir ki, assosiasiya rəsmisi AFFA-nın həyətində yerləşən meydançanı da ödənişli əsaslarla şəhər sakinlərinin ixtiyarına verib.

Burada futbol oynamağın 1 saatı 60 və 80 manat arasında dəyişir. Bundan başqa AFFA-nın Futbol Akademiyasının binasında yerləşən trenajor, sauna və hovuz da ödənişli əsaslarla şəhər sakinlərinin ixtiyarına verilib.

Belə durumda Elxan Məmmədovun AFFA-nın infrastrukdan öz çıxarları üçün istifadə etməsi isə qəbuledilməzdir. Görünür, baş katibin assosiasiya hesabına qazandıqları ilə gözü doymur.

AFFA-ya məxsus meydançanın pulla satılması məsələsində baş katiblə əlbir olan şəxs SMG (“Sport Marketing Group”) şirkətinin direktoru Ayaz Əhmədovdur. O, eyni zamanda Milli Futbol Liqasını təşkil edən şəxsdir. Bu məsələ də Məmmədov Əhmədova öz dəstəyini əsirgəmir. Bir sözlə, dövlət hesabına qurulan meydançalar tərəflərin şəxsi biznes alətinə çevrilib.

Ən gülməli fakt isə ondan ibarətdir ki, AFFA-nın həyətində yerləşən avtomobil dayanacağı da ödənişlidir. Burada avtomobilini yarım saatdan çox saxlayanlar AFFA-nın inzibati binasının 1-ci mərtəbəsində 1 manat ödəniş etməlidir. 

MilliYol.Az
Etiket:

loading...