Venesuela Prezidenti Nikolas Maduro və eks-spiker Diosdado Kabelo (hakim elitadan Madurodan sonra ikinci ən nüfuzlu şəxsdir – red.) narkoticarətdən gəlir əldə edib
Axar.az xəbər verir ki, bu barədə bəyanatı ABŞ Maliyyə Nazirliyi yayıb. Bəyanatda Kabelonun narkotacirlərdən elə də böyük olmayan narkotik hissələri müsadirə edərək, onları böyük partiya halına gətirdiyi və Venesuelanın dövlət aeroportu vasitəsilə ixrac etdiyi bildirilib:
“Kabelo əldə edilən gəliri Prezident Maduro və digər şəxslərlə bölüşdürüb. Narkoticarətdən əldə edilən pullar Kosta-Rika və Rusiyada yuyulub”.
Qeyd edək ki, ABŞ ilk dəfədir Maduronu rəsmən narkoticarətdə ittiham edir.
Digər xəbərlər
loading...