Bazar, 23 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Ağdamda ağır qəza: yaralılar var


Ağdamda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hadisə rayonun Üçoğlan kəndi ərazisində baş verib.  Allahverdiyev Rövşən Xankişi oğlunun  idarə etdiyi "VAZ" 2107 markalı avtomobil qarşıdan gələn  "Hyundai" markalı avtomobillə toqquşub.

Nəticədə R.Allahverdiyev və maşında olan nəvəsi, 2008-ci il təvəllüdlü Allahverdizadə Leyla Yalçın qızı, Allahverdiyeva Klara  Əbdüləli qızı,  Axundov Şamxal Dərgah oğlu və Məmmədov Amil Mobil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağdam Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparır. (apa)
Etiket:

loading...