Çərşənbə, 17 Oktyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Ağdaşda karate müəlliminin öldürülməsinin səbəbi bilindi –Qan davası


Ağdaş rayonundakı qətl hadisəsinin təfərrüatı məlum olub

Hadisə rayonun Qaradağlı kəndi yaxınlığındakı qəbiristanlıqda qeydə alınıb.

Belə ki, Ağdaş şəhər sakini, karate müəllimi Nizami İsmayılov odlu silahdan (ov tüfəngi olduğu bildirilir) açılan atəşlə qətlə yetirilib. Hadisə qatilin qohumları ilə öldürülən şəxs arasında illərdən bəri sürən münaqişə və düşmənçilik zəminində baş verib. Vaxtilə karate məşqçisi kimi rayonda yaxşı tanınan Nizami İsmayılov illər əvvəl qətli törədən şəxsin yaxın qohumlarından birinə davada ölümcül zərbə vurub. Bu gün baş verən qətldən əvvəl də hər iki tərəf arasında çoxsaylı münaqişə yaşanıb. Hadisəni törədən Hüseyn adlı gənc daha sonra polisə təslim olub.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda cinayət işi açılıb, istintaq gedir/Report.

MilliYol.Az
Etiket:

loading...