Slavyan Universitetində növbəti qalmaqal AZAL Türkiyədə narazılıq yaratdı - Baqajlar ünvana çatmadı İdarə müdirinin Əhmədzadənin xeyir-duası ilə taladığı dövlət vəsaiti Həmyerlilərimizin “O səs”də başına gətirilən şok oyunlar - MÜSAHİBƏ
 

Öz şöhrətində boğulan Maksim Qorki

Tarix 13.12.16, 12:27

Font ölçüsü : - / +
bitmap-img6

MilliYol.Az Seyfəddin Hüseynlinin tərcüməsində rus yazıçı, esseist Dmitri Merejkovskinin “Meymunun pəncəsində” essesini (ixtisarla) təqdim edir.


Ananın öz körpəsini necə sığalladığını xəlvətcə seyr edən meymun onu beşikdən oğurlayıb, ölüncə tumarlayır: şəkilli uşaq kitabçalarından hansındasa bu haqda bir nağıl var.

Maksim Qorki və Leonid Andreyev kimi əzizlənən, öz şöhrətində boğulan rus yazıçılarının taleyi barədə fikirləşəndə “meymunun pəncəsindəki uşaq” yadıma düşür.

Doğrudan da, bu nə taledir belə: dünən – “şüurların hakimi”, mənəvi rəhbər, rus ziyalılarının baş ruhanisi, bugünsə - nəçidir, hardadır o? – bunu bilən yoxdur, ya da tezliklə bilən olmayacaq. İfratçılıq, ağını çıxarmaq - pərəstiş edəndə də, alçaldanda da! Meymun nəvazişi, meymun qabalığı! “Qorkinin axırı çatıb” dedilər, “tükənmiş” yazıçını sıxılmış limon kimi kənara tulladılar. Adamla, həddən ziyadə üfürülüb-doldurulan (“İnsan – əzəmətli səslənir!”), sonra da havası boşalan kimi yığılıb-qırışan, axırda isə inildəyib tamam bürüşən, cındıra dönən rezin qovuq-kuklalar kimi rəftar elədilər.

“Qorkinin axırı”na inanmağım gəlmir; adam özü sağdırsa, deməli, yazıçı kimi də diri qala bilər; məhz indi – saysız-hesabsız yalançı dostları üz döndərdikləri vaxtda bir ovuc uydurma düşmənləri hələ də ona ümidlə baxırlar, əl uzatmağa hazırdırlar və əlbəttə, onlar Qorkinin dirçəlişini ilk salamlayanlar sırasında olmağa sevinərlər.

Ancaq hələlik meymunun pəncəsində yeni bir qurban var – Leonid Andreyev. Doğrudanmı, o da Qorkinin gününə düşəcək?

Bir vaxtlar Qorkini böyük sənətkar sayırdılar – indi sayan yoxdur; Andreyev də elədir – onu da sayan olmayacaq.

Hər ikisinin xırdaca bədii yaradıcılıq inciləri var, ancaq həmin incilər yox, iri-iri saxta brilyantlar məftun eləmişdi bir vaxtlar Qorkinin pərəstişkarlarını, indi isə Andreyevin heyranlarını.

Mən özümü aldadan deyiləm, mən bilirəm: bu iki yazıçının gücünün əslində bədii yaradıcılıqda deyil, ictimai fəaliyyətdə, yəni gözəlliyin qanunlarına riayət etmələrində yox, onları pozmalarında olduğunu sübut etmək - xəlbirlə su daşımaq kimidir. Zövqlər barədə, əlbəttə, mübahisə olmalıdır.

Ümumiyyətlə, tənqid zövqlərlə bağlı mübahisə deyilsə, bəs nədir? Ancaq mübahisənin bitməli olduğu bir hədd də var. Pişiyə sübut eləmək olmaz ki, valerianın iyi bənövşənin ətrindən pisdir: bunu başa düşməkdən ötrü o, gərək pişik olmaqdan çıxa…

İki qisim yazıçı var: bir qismi sözdən hazır metal pul – dövriyyədəki beşlik qızıl kimi bəhrələnir, o birilər isə sözü sikkə tək döyüb, hər üzünə öz surətlərini həkk edirlər, dərhal bilinir, kimin sözüdür: sezarınkını – sezara!..

Bəziləri üçün sözlər – dəmiryol semaforlarındakı siqnallar kimi - şərti işarələrdir, bir başqaları üçünsə, sirli nişanələr, möcüzələrdir, əşyaların “ruhu, canı”dır; kimilərindən ötrü söz mexanikiləşib, kimilərindən ötrüsə «sözün də əti-qanı var». Andreyev - hər cəhətdən olmasa da, əsasən sənətkarlığa can atdığı məqamlarda, birinci qisim yazıçılardandır.

Mənimlə razılaşmaya, bunları xırdaçılıq saya bilərlər, amma suyun şirin, yoxsa şor olduğunu bilmək üçün barmağını batırıb, dilinə vurmaq da kifayətdir, bədəndəki xəstəliyi öyrənmək üçün bircə damcı qanın kimyəvi analizi də kafidir axı.

Sözlər necədirsə, fikirlər də eləcədir.

“Ulduzlara doğru”, elə bilirəm, Andreyevin yeganə əsəridir ki, orda surətlər təkcə ah-vay qoparmır, dişlərini qıcamırlar - həm də söhbətləşirlər.

Pis zövqdən doğan bəlağət, ən çox da, Andreyev özünün və oxucularının müqəddəs bildiyi mətləblərdən söz açanda dözülməz olur.

Dilə bələd olmayan hər kəs kimi, Andreyev də onu zorlayır…

Qadına təcavüz hansımızı təbdən çıxarmaz? Bəs nyə dilə təcavüz ediləndə dinmirik? Axı o da canlıdır, onun da ləyaqəti var. Dil əleyhinə cinayətlər törədilib: bunları heç kəsə bağışlamaq olmaz.

Təkcə gözəllik yox, çirkinlik də, yalnız dünyadakı nizam, kosmos yox, elə qarışıqlıq, xaos da incəsənət üçün mövzu ola bilər, ancaq bu şərtlə: hər iki – həm müsbət, həm də mənfi - estetik yanaşmada kosmosun da, xaosun da əks etdirilməsində bir qanun - bədii meyar, sənətin ümdə məramı – Gözəlliyə Canatma üstün tutulsun!

Sənətkar çirkinliyi göstərə bilər, amma onu arzulaya bilməz; xaos içərisində ola bilər, amma özü xaos ola bilməz!

Andreyevin bədii yaradıcılığı heç də çirkinliyin, dəhşətin, xaosun təsvirinə görə deyil - əksinə, bu kimi təsvirlər yüksək bədii yaradıcılıq tələb edir - məhz çirkinliyi göstərəndə özü də ona qane olduğuna, xaosu təsvir edəndə özü də xaosa çevrildiyinə görə şübhəli gəlir...

Keşiş Vasili Fiveylinin bir oğlu suda batıb, o birisi anadangəlmə gicdir - tarakanları tutub yeyir, arvadı da dərd əlindən elə hey içir.

Qızı atasına deyir ki, əlacı olsa, anasıyla qardaşını öldürərdi. Yanğın olanda keşişin arvadını od alır – “onun sifətinin yerini bəyaz bir qovuq tutmuşdu”.

Keşişin ağlı başından çıxır, ölünü diriltmək istəyir: ölü hara dirilir! Qəzəblənən keşiş tabutu silkələyib qışqırır: “Hə, dillənsənə, lənətə gəlmiş cəmdək!..”

Keşiş qaçıb çöllərə düşür, odlu xaos yumağı kimi fırtınalı buludlardan yayılan “ildırımabənzər qəhqəhə və şaqqıltı, vəhşicəsinə bir şənlikdən qopan nidalar” onun ardınca şığıyır.

O, “qan içində, vahiməli görkəmdə yerə yıxılıb yumalanır, sonra yenidən yüyürür”, nəhayət, böyük bir yolun üstündə ölür...

Olubmu, olurmu həyatda belə şeylər? Sənətkarı həyatda dəhşətin yox, faciənin olub-olmadığı düşündürməlidir.

Nə çoxdur, qəzetlərin “Hadisələr” guşəsində dəhşət: gah yük arabasının təkəri radiumu kəşf edən Kürinin kəlləsini əzir, gah donuz üçyaşlı körpənin başını gəmirir...

Əlbəttə, bu hadisələr əsasında da dünyadakı şər problemini qaldırmaq mümkündür; ancaq yaxşısı budur, heç qaldırmayaq, çünki onsuz da, ümumi metafizik məqamlardan başqa, ortaya bir şey çıxmayacaq. Biz – fani məxluqlar - hamımız bilirik ki, hər birimiz hər cür müsibətlə üzləşə bilərik və dünyaya gəlişimizlə də, hardasa, bununla barışmış kimiyik.

Faciə bunda deyil: faciə mübarizənin olduğu yerdən başlayır, mübarizə isə kor taleyi – başımızı gəmirən donuzu, kəlləmizi əzən təkəri cilovlamaq ümidinin doğulduğu məqamdan! Andreyevdə ümid deyilən şey yoxdur, deməli, faciə də yoxdur...

Belə çıxır ki, qədim tragiklər dünyanın dəhşətlərinə Andreyevdən daha dərin nəzərlərlə baxırmışlar: onlar əbəs yerə bu nəticəyə gəlməmişdilər ki, “yaxşı olar, insan heç doğulmaya, doğulsa da, tezcə ölə”; ancaq bununla yanaşı, onlar bilirdilər ki, yer üzündə həyat belədir – onun barəsində nə “tamam yaxşı”, nə də “tamam pis” demək olar.

Bu da o mənaya gəlir ki, sadə dillə desək, bizim həyatımız bozumtuldur – nə elədir, nə belə, tən ortada qalıb, elə onun ən böyük dəhşəti də budur.

Barcelloda – Florensiya muzeylərindən birində Dantenin bürüncdən tökülmüş başı var: simasından arxayınlıq, az qala biganəlik oxunur, ancaq dərhal anlaşılır ki, bu, cəhənnəmi görmüş adamın simasıdır.

Elə həmin muzeydəcə vəbanın mumdan hazırlanmış, iyrənc təfərrüatlarla dolu təsviri də var: çürüyüb içalatı çıxmış, qurdların qaynaşdığı meyitlər... “Andreyev dəhşətləri”nin heyranları da mənə, bazar günləri Dantenin kəlləsinin yanından ötüb, “mum vəba”nın qarşısında həris-həris dayanan o görməmişləri xatırladırlar...

Andreyev bilirmi ki, dəhşətin son həddi alovdan, tufandan çox, zəif bir küləyin nəfəsindədir?

Yoxsa ona elə gəlir ki, söz nə qədər bərkdən deyilirsə, o qədər kəsərlidir, yaxud başa vurulan dəyənək zərbəsi pıçıltıyla deyilən, ya heç deyilməyən bir sözdən daha təsirlidir?

Onun qəhrəmanlarına elə gəlir ki, hər şeyi demək, hər şeyi car çəkmək olar - təki səsin olsun. Onların deyə bilmədikləri, dilə gətirmədikləri heç nə yoxdur. Qəpik-quruşdan ötrü yara-xoralarını gözə soxan dilənçilərə oxşayırlar.
 
MilliYol.Az 



Xəbərin oxunma sayı : 385

loading...

Ədəbiyyat

Önəmli

Son xəbərlər

16 YANVAR 2017

14:54 Rəfael Cəbrayılovla Eldar Mahmudovun biznes sirləri

14:37 Kardiologiya İnstitutunun adamı infarkt edən rüşvət qiymətləri

15 YANVAR 2017

14:25 Bütün kəndin kişiləri əqli qüsurlu qadına təcavüz etdi - ŞOK HADİSƏ

13:26 Azərbaycanlı qızın videosu rekord qırır

13:22 Şəhid Fikrət Bəşirov harda dəfn olunacaq?

12:27 Kamran Ağayev Portuqaliyada dala saldı - FOTO/VİDEO

11:58 Azərbaycanlılar “O səs Türkiyə”dən belə ayrıldı - VİDEO

11:30 Cəbhədən acı xəbər gəldi: Şəhidimiz var

11:00 Göyərtəsində 110 miqrantın olduğu gəmi batdı

14 YANVAR 2017

16:02 Ramil Usubov 2 rəisi işdən çıxartdı

14:43 İlham Əliyev Davosda yeni prezidentlə görüşəcək

13:35 Azərbaycanda silah alverçilərinə qarşı əməliyyat: həbs olunanlar var

12:43 Bakıda vəzifəli şəxs özünü niyə asdı? - TƏFƏRRÜAT

11:37 Supermarketdə təcavüz ŞOKU - Sahibkar qadın işçisini zorladı

11:03 Nokia 8-in ilk görüntüsü sızdırılıb - VİDEO

10:30 Azərbaycanda yol terroru: 6 ölü, 19 yaralı

10:05 Əqli-qüsurlu kişi ilə dəfələrlə əlaqədə olan çilingər... - Mingəçevirdə dəhşət

13 YANVAR 2017

20:23 Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı

14:59 “Eldar Mahmudovla danışmışam, dedi ki,...”

13:52 İlham Əliyevin məqaləsinin TAM MƏTNİ

13:40 Bakıda supermarket müştəriləri necə aldadır? - FOTOFAKT

13:30 Məktəb direktorunun səs yazısı yayıldı - “Gəl yanıma...”

12:36 General əmlak tələb edir, azadlıq vəd edir - İş adamının vəkilindən Prezidentə müraciət

12:28 “Aİ-92“ markalı benzinin qiyməti qalxacaqmı? - DİQQƏT

12:14 Məşhur aparıcı “Lider“dən getdi

12:00 Bakıda toydan çıxan tanınmış müğənnilərin pulları əllərindən alındı

11:00 Azərbaycanda benzin bahalaşdı

12 YANVAR 2017

20:08 DİN Mehman Hüseynovla bağlı Baş Prokurorluq qarşısında vəsatət qaldırdı

18:56 Prezident sərəncam imzaladı: vergi borcları üzrə faizlər silinir

16:57 “Bunu direktor xoşlayırdı və dəfələrlə ərimə...“ - Seks qalmaqalının qurbanı olan xanım müəllim

16:47 “Ərim məni vururdu, fiziki təcavüz...” - Azərbaycanlı müğənni

16:39 Bu raket İrəvanı yerlə yeksan edə bilər - Dağıdıcı silahlarımız

16:30 Daha bir türk klubu “Qarabağ“ın futbolçusuna elçi düşdü

15:38 Pensiyalar niyə gecikdirilir? - Rəsmi açıqlama

14:01 “Avropa haradır?“ -Orxan Pamukun essesi

13:48 Prokuror vitse-admiral Sultanova ağır cəza tələb etdi

13:32 Dollar satışının bərpası “qara bazarı” çökdürdü - QİYMƏTLƏR

12:27 “Mənə Aygün Kazımovayla qızının seks videosunu göstərdi“ - Məktəb direktoru

12:20 Nazir müavini təyin edilən Mətin Eynullayev kimdir?

12:15 Sami Yusif Bakıya gəlir

11:25 Prezident yeni nazir müavini təyin etdi

10:44 Slavyan Universitetində növbəti qalmaqal

10:35 Bakıda yol faciəsi: 3 nəfər maşının altında qalıb öldü

10:25 Prezident qızı yeni vəzifəsi, həyatı və gələcək dəyişikliklərdən danışdı

9:30 Mario Varqas Lyosa: Romanlar yalan danışır

9:20 “Taliban” girovların görüntülərini yaydı - VİDEO

9:17 Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ

11 YANVAR 2017

21:48 İlham Əliyev hansı oliqarxları və niyə hədələdi?

21:37 Türkiyədə çevriliş baş tutsaydı Ərdoğanın yerinə bu şəxs gələcəkdi - İDDİA

21:28 Mehriban Əliyeva dövlət katibi ilə görüşüb

21:15 Televiziyalardan Qənirə Paşayevanın açıqlamasına REAKSİYA

19:34 Şəmkirdə direktorla müəllimə arasında seks videosu QALMAQALI

18:25 Vüsal Kərimli vəzifəsindən qovulur - BNA fiaskosundan sonra...

18:10 Banklara “yaşıl işıq“ - ŞAD XƏBƏR

16:06 Prezident yeni hərbi texnikalarla tanış oldu - FOTO

15:40 AZAL Türkiyədə narazılıq yaratdı - Baqajlar ünvana çatmadı

15:30 “Mehman Hüseynovun aldığı nəfəs də yalandan gedib-gəlir” - DİN

13:53 İdarə müdirinin Əhmədzadənin xeyir-duası ilə taladığı dövlət vəsaiti

13:44 Daha bir generala cinayət işi açılıb

13:18 “Bizə ən böyük zərbəni bank sektoru vurdu“ - Prezident

12:46 Telekanallar Flora Kərimovaya qadağa qoyub

11:37 Lənkəranda bacısı öldürüb dənizə atdığını deyən qardaş azadlıqda

11:27 Neftçalada pambıq reketi - İcra başçısı sahibkarlara divan tutur

10:40 Mübariz Mənsimov 35 tanker aldı

9:55 Türkiyədəki soyuq hava bizə gəlir - Diqqət!

9:50 Maşın bazarında vəziyyət necədir?

9:17 “İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir” - İlham Əliyev

9:01 Bakıda nəvəsini öldürən baba: “Məni söydüyü üçün onu boğdum”

10 YANVAR 2017

20:08 “İkinci toyumu Bakıda edəcəyəm“ - MÜSAHİBƏ

19:47 Dollar 1.89-a manat oldu - Azərbaycanda

19:45 Əli İnsanovla bağlı qərar verildi

19:31 Həmyerlilərimizin “O səs”də başına gətirilən şok oyunlar - MÜSAHİBƏ

19:15 Çavuşoğlu çevriliş gecəsi Kəmaləddin Heydərova niyə zəng edib?

19:00 Ermənistan əsgərimizin meyitini niyə qaytarmır?

16:32 Beynəlxalq Banka yeni rəhbər seçildi

16:20 69 qadını öldürən keçmiş polisdən ŞOK ETİRAF

15:18 “Maaş və pensiyalar yenə də artmalıdır“ - Prezident

15:11 Kəskin soyuqlar Azərbaycana gəlir - XƏBƏRDARLIQ!

14:49 “Böhrandan çıxış yolu tapılıb“ - İlham Əliyev

14:07 ANS-in keçmiş aparıcısının əri ilə özəl videosu yayıldı

14:00 Nurayı ağladan məhkəmə icraçıları haqda araşdırma başladı

13:31 Bir neçə illik borclar da yeni tariflə ödəniləcək - “Azəriqaz”dan Yeni İl “sürprizi”

13:00 İlham Əliyev nazirləri topladı

10:48 Lotu Quli Bakıdakı atışmadan danışdı

10:31 Tramp qələbə qazandı, azərbaycanlı milyarder 1,8 milyard varlandı

10:23 Bu gün Beynəlxalq Banka yeni rəhbər təyin olunacaq

9:53 Bakıda müəllim 9 və 11 yaşlı şagirdlərinə təcavüz edib

09 YANVAR 2017

15:45 Rüstəm Usubovdan ANS-lə bağlı danışdı

15:30 “İlk ərim məndən 16, indiki ərim isə 18 yaş böyükdür“ - Azərbaycanlı müğənni

15:08 Mübariz Mənsimovdan FHN-ə xüsusi hədiyyə - VİDEO

15:03 “Baş Prokurorluğa məlumat vermişik” - Mirşahin danışdı

14:34 Azərbaycanda ölümcül virus yayılıb? - AÇIQLAMA

13:53 Bakı və Moskva arasında GİZLİ SAZİŞ

13:23 “Bank təklifinizi qəbul etməsə, krediti qətiyyən ödəməyin!” - Ekspert

13:11 “Dağıstanda kimi tapdılar, gətirib millidə oynadırlar“ - MÜSAHİBƏ

12:52 Azərbaycanlı milyarder Türkiyəni ayağa qaldırdı

12:37 Metroda gediş haqqı qalxacaq? - AÇIQLAMA

12:18 Kriminal qruplaşmalar arasında atışma oldu - Bakıda

12:00 Qənirə Ataşovanın ölkədən çıxışına qadağa qoyulub - FOTOFAKT

08 YANVAR 2017

14:47 Sərxoş Lisa yenə özünü rüsvay etdi - FOTO

14:30 “Bəlkə Tramp Rusiyanın casusudur?”

12:42 Baş nazir “offşor“lara qadağa qoydu

12:24 Evini Azərbaycan bayrağının rənglərinə bürüdü - FOTOLAR

12:18 Millət vəkili və komitənin sədr müavini Nurayla görüşdü

11:43 Naxçıvanın 2017-ci il dövlət büdcəsi təsdiq edilib

11:38 Azərbaycanlı müğənni mikroinfarkt keçirdi - FOTO

11:24 Qənirə Paşayevaya yeni vəzifəyə verildi

11:10 Prezidentin qızı 113 dollarlıq libas geyindi - FOTOLAR

07 YANVAR 2017

17:21 “Qarabağ məsələsində artıq məğlub olmuşuq” - Sarkisyan

17:06 Nurayın atası danışdı: “Uşaq məndən imtina etdi“

17:00 Bakı-Şamaxı yolunda təhlükə

15:50 Nurayın doğma atası Əvəz Bayramov doğum evinin həkimi imiş

14:48 “Atamı ilk dəfə məhkəmədə gördüm” - 10 yaşlı Nuray danışdı

14:09 Həbsxanada dəhşət: məhbusların başları kəsildi - FOTO

13:43 Məşhur şirkətin sahibinin erməni ilə biznes əlaqəsi - Mahmudovun imzası ilə araşdırılıb

13:12 10 yaşlı Nurayı yerdə sürüyən icraçılarla bağlı qərar verildi - VİDEO

13:00 Azərbaycanlı qadın avtobusda zorlandı

12:03 10 yaşlı Nurayı ağladan icra məmuru DANIŞDI

11:52 “Lənkəranskiyə atəş açanlar arasında İŞİD-çi olub”

11:41 “Nurayın atası dedi ki, arvadımla qızımı buraxın kanalizasiyaya”



loading...
8 yaşında varlandı, heç vaxt evlənmədi - Milyonçu mason üzvünün qəribə həyatı

O, dünyaca məşhur çay brendinin yaradıcısıdır. 8 yaşından işləməyə başlayıb. Amerikanın müxtəlif ştatlarında ən qara işlərdə işləyib. 25 yaşında iş adamına, 35 yaşında böyük bir markanın sahibinə çevrilib. Söhbət Tomas Liptondan gedir.
Rusiya səfirini öldürən polislə bağlı maraqlı faktlar


Dünən Ankarada sərgi salonunda keçirilən tədbir zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu güllələyərək öldürən 1994-cü il təvəllüdlü Mövlud Mert Altıntaşla bağlı yeni faktlar üzə çıxıb.
Məşhur aparıcı “Lider“dən getdi
"Lider TV"nin məşhur aparıcısı kanalla vidalaşıb.
Televiziyalardan Qənirə Paşayevanın açıqlamasına REAKSİYA
Millət vəkili Qənirə Paşayevanın Azərbaycan televiziyaları haqda sosial şəbəkələrdə fikirlərinə televiziya kanallarından münasibət bildirilib.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016