Slavyan Universitetində növbəti qalmaqal AZAL Türkiyədə narazılıq yaratdı - Baqajlar ünvana çatmadı İdarə müdirinin Əhmədzadənin xeyir-duası ilə taladığı dövlət vəsaiti Həmyerlilərimizin “O səs”də başına gətirilən şok oyunlar - MÜSAHİBƏ
 

İynə boyu ədəbiyyat fırtınası

Tarix 11.07.16, 19:02

Font ölçüsü : - / +
bitmap-img6

MilliYol.Az Azər Turanın "Modernizm dalğası" silsiləsindən” yazdığı “Sürüşür qəlbimdə soyuq bir kədər” məqaləsini təqdim edir.

 
...Faiq İsmayılov XX yüzillikdə vur-tut iynə boyu bir ədəbiyyat fırtınasından, səssiz-səmirsiz baş verən poeziya zəlzələsindən keçib-dağılıb ədəbiyyatın talesizlər, yaxud tənqidin "itirilmiş nəsil" üçün ayarladığı unutqanlıq girdabında itib-getdi. Az qala, hər şeydən yazan, çox vaxt da çoxbilmiş və əllamə bir üslubda danışan ədəbi tənqid, hətta ədəbiyyata dəxli olmayan şeylərə yönəlsə də, əsl poeziya hadisəsi (və faktı) olan Faiqə yönəlmədi. Amma onun 1980-1984-cü illərdə yazdığı "İynəboyu şeirlər" silsiləsinin iştirakı olmadan çağdaş Azərbaycan poeziyasının dəqiq mənzərəsini görmək, dəyərləndirmək, elmi təsnifatını aparmaq bundan sonra da çətin olacaq. Bəlkə heç mümkün olmayacaq. Faiqin unudulmasına, ədəbi taleyinin nəhs gətirməsinə səbəb təkcə onun dünyadan nakam, izsiz və soraqsız gedişi deyil. Daha çox da poetik düşüncələrinin mənsub olduğu ruh iqlimidir. Bu iqlim Faiqin yaşadığı zaman kəsimində arzuolunan iqlim deyildi. Modernizm idi. Azərbaycanın bu unudulmuş modernist şairi bilirdi ki, ətrafında "xoşbəxtliyi əlindən salmamaq üçün qorxağa çevrilmiş xoşbəxtlər" yaşayır. Bunu bilsə də, inadından sona qədər əl çəkmədi. Çünki o, xoşbəxt olmağa tələsmirdi. Həm də belə bir xoşbəxt ortamın şairi olmağa tələsmirdi...
 
***
 
Getdikcə üfüqləri daralan dünyanın öz fərqli, muxtar ədəbiyyatı yaranır. Ədəbiyyat sanki romantizm dövrünə qədərki rahuna, halına qayıdır. Ədəbiyyata, ədəbiyyatın araçılığıyla da ictmai düşüncəyə və zehniyyətə vətən duyğusunu gətirən romantizm dövrü sanki indi bitir. Dünya ədəbiyyatı anlayışı fərqli çalar kəsb edir. Bir-birini sözdən anlayan ədəbiyyat əqrəbalarının yeni vətəni yaranır. Amma yenə də unuduruq ki, Qərb bu yeni vətəni - Dünya Evini qurmaq üçün yüz il hazırlandı. Səhər yuxusu ilə ətalət yuxusundan oyanmağın fərqi başqadır. Hipnoza yaxud heyrətə düşməyin fərqi başqa olduğu kimi... 1937-ci ildən sonra hipnoza salınıb özünü xoşbəxt sananların çoxluq təşkil etdiyi ədəbiyyat camiasında Faiq azlardan, təklərdən biriydi... Elə bu səbəbdən də dünya ədəbiyyatına uğurlaya biləcəyimiz azlardan, təklərdən biri də odur. Poetik libası sovet kirinə bulaşmamış Faiq.
 
***
 
Dostum Faiq barədə 1994-cü ildə yazdığım kitabın adı "Ölüm süvarisi" idi. 18 yaşlı Faiqin çox vaxt da sürrealist təsəvvürlərin, gerçəküstü təxəyyülün ümidinə buraxıb şeirləşdirdiyi duyğularını Salvador Dalinin sanki mistik ilğımlardan gələn süvarisinə bənzətmişdim.
 
Təkcə "İçmişəm günəş şirəsi" şeri istisna, qalan bütün şeirlərində qürub, hüzn, çöküş, ölüm, mistika - dekadans...
 
Bu barədə çox söhbət etmişdik. Dekadansı oynamırdı, yaşayırdı. Səbəbini bilmədən yaşayırdı. Və zənnim məni yanıltmırsa, yaşadığı çağın ədəbiyyatda tək dekadansı Faiq idi. Aydan arı, sudan duru, "daşa da kəpənək kimi qonmaq istəyən" Faiq.
 
Qaranlıq pəncərəmdə
Qara pərdə kimi -
Nə mənim o üzdən xəbərim var,
nə o üzün məndən.
Divarlar nənəmin ağ kəfəni kimi -
bilmirəm çitdəndi, ya bezdən.
Ən yaxın nöqtəyə söykənib
gözlərim dondu.
Bəlkə də ölmüşəm,
bəlkə də sondu?..
 
***
 
Faiqin şeirləri o dövrün ədəbi mətbuatını əsasən qapsayan major əhvallı şeirlər deyildi. Başdan-başa minor ovqat idi. Simvolistlərdəki axşam hüznünü və axşam rənglərini Faiqdə hala, ovqata deyil, haldan, ovqatdan adlayıb məkana dönüşən tənhalıq və ölüm hüznü əvəz edirdi.
 
Meşədən,
Kənddən-kəsəkdən uzaqda,
Tənhalıqda bitən ağac,
Gecələr yaman qorxar
Qaranlıqdan.
Meymun balaları kimi
Kədər sallanar budaqlarından...
 
Tənhalıqda bitən ağacın budaqlarından meymun balası kimi sallanan kədəri, yaxud bu kədərin obrazını ədəbiyyatımıza o  gətirdi. Yeni obrazdır, deyilmi? Hətta türk simvolisti Əhməd Haşimin "bir lampa hüznüylə altun üfüqlərə qısılan axşamın günəşi" kimi misilsiz obrazdır.
 
Marjinallıq və sükut, bir də ki, ölüm onun üslubuydu. Bir az Kafkaya bənzəyirdi. Amma vərəm deyildi. 18-21 yaşlarında yazdığı bütün şeirlərinin üzündə sükutun və ölümün kölgəsi səyriyirdi.
 
Yarpaqların üzündə
ölüm kölgəsi.
Azca yel əsdi;
bəsdi!
Budaqdan torpağacan uzanacaq
yarpaqların ömrünə əl yelləməsi...
 
Özünə "qarabaxt" demirdi. Çünki şair idi. Qarabaxtı qarabuğdayı ilə əvəz edə biləcək qədər şair idi.
 
Yağma, qar!
Məni qarabuğdayı doğub anam,
çətin ağaram.
Tutaq ki, ağartdın saçlarımı,
Ağartdın dabanları yeyilmiş
42 ölçülü ayaqqabılarımı.
Ağarda bilməzsən bəxtimi.
Özünü yorma, qar,
yağma, qar!
Çətin ağaram.
 
Faiqin şeirlərindəki impressionistin də, sürrealistin də üzü hər zaman dekadansa tərəf olub.
 
Ölən ağacları tanımaq üçün
baharı gözləyək.
Dirilər göyərəcək.
Göyərməyənlərin qisməti daldadı.
Göyərməyənlərin qisməti baltadı.
Od qoxusu,
ocaq qoxusu.
Görəsən necə olur
ağacların yuxusu?
 
Faiq təkcə sözləri deyil, fikirləri də qafiyələndirməyi bacarırdı.
 
Güllüköynək kənd uşağı,
Arzuların göyqurşağı.
Yüyürərsən, çatammazsan...
 
 
Bu qədər. İşığın güllü köynəkdən göyqurşağındakı rənglərə, yaxud əksinə, təcəllası, yaxud emanasiyası. İzharı, yaxud axışı. 
 
Günəş şirədir başdan ayağa.
Arıların qanadları yanmasa
Uçardılar düz günəşə.
 
Poetikası da, fəlsəfəsi də bu qədər yerli-yerində olan bir bənzətmə ilə şeirlər yazmaq yalnız əsl şairlərə nəsib olur. Deyilmi?
 
Hecasında sərbəstin hüdudsuz enerjisi, sərbəstində bayatı zərifliyi və lətafəti... Sərbəst şeirlərinin də nəfəsindən  bayatı ətri gəlirdi:
 
Hələ şirinliyi
Pətək balına bənzədirlər,
İnsan dilinə yox.
Hələ təmizliyi
Dağ çiçəyinə bənzədirlər,
insan gözlərinə yox.
Hələ kövrəkliyi
Kəpənək qanadına bənzədirlər
insan ürəyinə yox.
 
Yaxud:
 
Bir ildi
bu şəhərdən getmişəm.
indi qərib-qərib gəzirəm küçələri.
Qapıları döyməyə utanıram.
Gözlərimlə döyürəm
pəncərələri.
Kimin ürəyində varamsa
Pəncərədən baxacaq.
 
Yaxud:
 
Damcı pəncərədə sürüşən kimi,
Sürüşür qəlbimdə bir soyuq kədər.
O tanış nəğməni kmdi oxuyan?
Deyin oxumasın, mümkünsə əgər.
 
Ya da susdurmayın, qoyun oxusun,
Onunçün şirindi bəlkə bu nəğmə.
Ürəyim titrəyir... Yoxdu qorxusu,
Yumub gözlərimi dinləyirəm mən.
 
Yaxud:
 
Aylı bir gecədə oturub yalqız,
Qəmli bir nəğməni söyləyirsənsə,-
Deməli, baş qoyub sənin köksünə
Xısınca ağlayıb nə vaxtsa bir qız.
 
Deməli, görmüsən səadət nədir,-
İndi bəyaz ayı gördüyün kimi -
İndi bəyaz ayı gördüyün kimi
Görürsən köksünə baş qoyub kədər.
 
Şeirlərindən başqa, dramları, esseləri, silsilə hekayələri, "Qarı" povesti və s. vardı. Amma yaradıcılığının təməl cizgisini, şübhəsiz ki, "İynə boyu şeirlər" təşkil edirdi:
 
İynə boyu şeirlər yazıram,
Misralarım quş balası kimi
Yoluq-yoluq.
Misralarım şoranlıq otu kimi
qırıq-qırıq.
Bilmirəm oxuyan tapılacaq,
Ya yox.
İynə boyu şeirlər yazıram,
Bəzən duzlusu olur,
Bəzən duzsuzu.
Uğurlusu da olur,
Uğursuzu da.
Oxusan da sağ ol,
Oxumasan da.
 
Bu, onun ədəbi manifesti mislində bir şeir idi. Özündə, fərdi düşüncəsində magik nəsnələr olmasa da, hər halda, mətninin magiyası, ovsunu baxımından çağdaş şerimizdə onunla qiyaslandırıla bilinəcək şairlər azdır. Kim bilir, şeirlərinin iynəboyu olması da bəlkə elə bu səbəbdən idi.  Əfsunkar şerin ölçüsü belə olur; uzun ola bilməz.
 
Bir mənəm,
bir də ağ divarda
qara kölgəm...
Deyirəm, nə yaxşı
tək deyiləm.
 
Faiq Azərbaycan poeziyasında yüzillərdən bəri cilalana-cilalana gəlmiş təsvir və fikir qəliblərini dağıtmağı bacarır, bütlərə qarşı qiyamını səssiz-səmirsiz gerçəkləşdirə bilirdi: "Bənövşə" şerinə baxın:
 
Torpağın altında qala bilmədin,
Ah çəkdin, ahından torpaq söküldü.
İstəyin, diləyin özgəydi sənin,
Baxdın bu dünyaya, belin büküldü.
 
Nəhayət, son iki şeri; ömrün son günlərində alatoran rakursda cərəyan edən şüur axını: 
 
Kimin yadına düşəcəm
Bir isti yay günü,
O ayna sularınmı?
Üzümü özündə saxlamır.
 
Kimin yadına düşəcəm,
Yağışlı bir payız,
O asfalt yollarınmı?
İzimi özündə saxlamır.
 
Kimin yadına düşəcəm,
Bir ağappaq gecə,
O qərib ruhlarınmı?
Özümü özündə saxlamır.
 
***
 
Günlər səhra kimi gəlib keçmədə,
Dəvəsiz yolçuyam, xəbərin varmı?
Gümanlar an kimi qərib köçmədə,
Ovluyam, ovçuyam, xəbərin varmı?
 
Bilinmir ömürdür, ya da ki, oyun,
Bir kor quyu kimi unudulmada.
Kədəri, sevinci bilinmir bunun,
Bilmirəm səsləyim kimi son anda.
 
...Faiqin şeirlərinin ədəbiyyatımızdakı müəyyən boşluğa, bəlli bir xanaya oturuşdurulmasını inadla istəyirəm. Hansı səbəbdən istəyirəm?
 
***
 
Yenə də əvvəl dediklərimə qayıdıram.
 
Bir halda ki, Faiq İsmayılov XX yüzillikdə vur-tut iynə boyu bir ədəbiyyat fırtınasından, səssiz-səmirsiz baş verən poeziya zəlzələsindən keçib - dağılıb ədəbiyyatın talesizlər, yaxud tənqidin "itirilmiş nəsil" üçün ayarladığı unutqanlıq girdabında itib-getdi. Az qala, hər şeydən yazan, çox vaxt da çoxbilmiş və əllamə bir üslubda danışan ədəbi tənqid, hətta ədəbiyyata dəxli olmayan şeylərə yönəlsə də, əsl poeziya hadisəsi (və faktı) olan Faiqə yönəlmədi. Amma onun 1980-1984-cü illərdə yazdığı "İynəboyu şeirlər" silsiləsinin iştirakı olmadan çağdaş Azərbaycan poeziyasının dəqiq mənzərəsini görmək, dəyərləndirmək, elmi təsnifatını aparmaq bundan sonra da çətin olacaq. Bəlkə heç mümkün olmayacaq. Faiqin unudulmasına, ədəbi taleyinin nəhs gətirməsinə səbəb təkcə onun dünyadan nakam, izsiz və soraqsız gedişi deyil. Daha çox da poetik düşüncələrinin mənsub olduğu ruh iqlimidir. Bu iqlim Faiqin yaşadığı zaman kəsimində arzuolunan iqlim deyildi. Modernizm idi. Azərbaycanın bu unudulmuş modernist şairi bilirdi ki, ətrafında xoşbəxtliyi əlindən salmamaq üçün qorxağa çevrilmiş xoşbəxtlər yaşayır. Bunu bilsə də, inadından sona qədər əl çəkmədi. Çünki o, xoşbəxt olmağa tələsmirdi. Həm də belə bir xoşbəxt ortamın şairi olmağa tələsmirdi.
 
***
 
İyirmi beş ilə yaxındır ki, (1993-cü ildən etibarən) Faiq barədə silsilə yazılar yazır, şeirlərini təqdim edirəm. Barəsində "Ölüm süvarisi" kitabımı, ayrı-ayrı vaxtlarda iki şeirlər toplusunu nəşr etdirmişəm. 2001-ci ildən başlayaraq "Yeni Azərbaycan" qəzetinin o dövrün yaradıcı çevrələrində maraqla oxunan və bu sətirləri yazarkən Faiqə diqqətsizliklərinə görə qınadığım tənqidçilərdən bəzilərinin həftədə iki səhifəlik yazılarla iştirak etdiyi "Ədəbiyyat" əlavəsinin məsul redaktoru olduğum illərdə dostumun bütün yaradıcılığını ədəbi dövriyyəyə ötürməyə cəhd etmişəm. Orxan Vəlidən, onun 1947-də nəşr olunmuş "Yenisi" kitabından sonra, həm də Faiqin (və çağdaş ədəbiyyatımızın) əsl YENİSİ sayıla biləcək "İynəboyu şeirlər"indən az qala, iyirmi il sonra yenilikləri təkrar imitasiya edən ədəbi tənqid indi olduğu kimi o zaman da inadla susdu. Bu unikal poeziya səmtinə (əslində mərhələsinə və məhvərinə) doğru yönəlmədi... Amma yönəlməsi zəruriydi. İndi isə gəldiyim qənaət budur: çağdaş poeziyamızda ciddi, gərəkən bir mərhələnin var olduğunu təsbit və təsdiq etməkdən ötrü 18 yaşlı Faiqin:
 
Günlərin bir günü
Xatırlayıb məni,
Oxumaq istəsəz
şeirlərimi,
dişlərinizi-dişlərinizə
sıxın oxuyun.
Dişlərimi-dişlərimə
sıxıb yazmışam -
 
misralarıyla, yəni büllur poeziya dilində danışmağa başlayan "İynəboyu şeirlər"inin necə deyərlər, filoloji masaya yatırılması, ədəbiyyatşünaslığın predmetinə çevrilməsi qaçılmazdır. İnanıram və bu inamımı tənqidçilərin də nəzərə almasını istəyirəm...  /“Ədəbiyyat qəzeti”/

MilliYol.Az



Xəbərin oxunma sayı : 40

loading...

Ədəbiyyat

Önəmli

Son xəbərlər

16 YANVAR 2017

14:54 Rəfael Cəbrayılovla Eldar Mahmudovun biznes sirləri

14:37 Kardiologiya İnstitutunun adamı infarkt edən rüşvət qiymətləri

15 YANVAR 2017

14:25 Bütün kəndin kişiləri əqli qüsurlu qadına təcavüz etdi - ŞOK HADİSƏ

13:26 Azərbaycanlı qızın videosu rekord qırır

13:22 Şəhid Fikrət Bəşirov harda dəfn olunacaq?

12:27 Kamran Ağayev Portuqaliyada dala saldı - FOTO/VİDEO

11:58 Azərbaycanlılar “O səs Türkiyə”dən belə ayrıldı - VİDEO

11:30 Cəbhədən acı xəbər gəldi: Şəhidimiz var

11:00 Göyərtəsində 110 miqrantın olduğu gəmi batdı

14 YANVAR 2017

16:02 Ramil Usubov 2 rəisi işdən çıxartdı

14:43 İlham Əliyev Davosda yeni prezidentlə görüşəcək

13:35 Azərbaycanda silah alverçilərinə qarşı əməliyyat: həbs olunanlar var

12:43 Bakıda vəzifəli şəxs özünü niyə asdı? - TƏFƏRRÜAT

11:37 Supermarketdə təcavüz ŞOKU - Sahibkar qadın işçisini zorladı

11:03 Nokia 8-in ilk görüntüsü sızdırılıb - VİDEO

10:30 Azərbaycanda yol terroru: 6 ölü, 19 yaralı

10:05 Əqli-qüsurlu kişi ilə dəfələrlə əlaqədə olan çilingər... - Mingəçevirdə dəhşət

13 YANVAR 2017

20:23 Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı

14:59 “Eldar Mahmudovla danışmışam, dedi ki,...”

13:52 İlham Əliyevin məqaləsinin TAM MƏTNİ

13:40 Bakıda supermarket müştəriləri necə aldadır? - FOTOFAKT

13:30 Məktəb direktorunun səs yazısı yayıldı - “Gəl yanıma...”

12:36 General əmlak tələb edir, azadlıq vəd edir - İş adamının vəkilindən Prezidentə müraciət

12:28 “Aİ-92“ markalı benzinin qiyməti qalxacaqmı? - DİQQƏT

12:14 Məşhur aparıcı “Lider“dən getdi

12:00 Bakıda toydan çıxan tanınmış müğənnilərin pulları əllərindən alındı

11:00 Azərbaycanda benzin bahalaşdı

12 YANVAR 2017

20:08 DİN Mehman Hüseynovla bağlı Baş Prokurorluq qarşısında vəsatət qaldırdı

18:56 Prezident sərəncam imzaladı: vergi borcları üzrə faizlər silinir

16:57 “Bunu direktor xoşlayırdı və dəfələrlə ərimə...“ - Seks qalmaqalının qurbanı olan xanım müəllim

16:47 “Ərim məni vururdu, fiziki təcavüz...” - Azərbaycanlı müğənni

16:39 Bu raket İrəvanı yerlə yeksan edə bilər - Dağıdıcı silahlarımız

16:30 Daha bir türk klubu “Qarabağ“ın futbolçusuna elçi düşdü

15:38 Pensiyalar niyə gecikdirilir? - Rəsmi açıqlama

14:01 “Avropa haradır?“ -Orxan Pamukun essesi

13:48 Prokuror vitse-admiral Sultanova ağır cəza tələb etdi

13:32 Dollar satışının bərpası “qara bazarı” çökdürdü - QİYMƏTLƏR

12:27 “Mənə Aygün Kazımovayla qızının seks videosunu göstərdi“ - Məktəb direktoru

12:20 Nazir müavini təyin edilən Mətin Eynullayev kimdir?

12:15 Sami Yusif Bakıya gəlir

11:25 Prezident yeni nazir müavini təyin etdi

10:44 Slavyan Universitetində növbəti qalmaqal

10:35 Bakıda yol faciəsi: 3 nəfər maşının altında qalıb öldü

10:25 Prezident qızı yeni vəzifəsi, həyatı və gələcək dəyişikliklərdən danışdı

9:30 Mario Varqas Lyosa: Romanlar yalan danışır

9:20 “Taliban” girovların görüntülərini yaydı - VİDEO

9:17 Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ

11 YANVAR 2017

21:48 İlham Əliyev hansı oliqarxları və niyə hədələdi?

21:37 Türkiyədə çevriliş baş tutsaydı Ərdoğanın yerinə bu şəxs gələcəkdi - İDDİA

21:28 Mehriban Əliyeva dövlət katibi ilə görüşüb

21:15 Televiziyalardan Qənirə Paşayevanın açıqlamasına REAKSİYA

19:34 Şəmkirdə direktorla müəllimə arasında seks videosu QALMAQALI

18:25 Vüsal Kərimli vəzifəsindən qovulur - BNA fiaskosundan sonra...

18:10 Banklara “yaşıl işıq“ - ŞAD XƏBƏR

16:06 Prezident yeni hərbi texnikalarla tanış oldu - FOTO

15:40 AZAL Türkiyədə narazılıq yaratdı - Baqajlar ünvana çatmadı

15:30 “Mehman Hüseynovun aldığı nəfəs də yalandan gedib-gəlir” - DİN

13:53 İdarə müdirinin Əhmədzadənin xeyir-duası ilə taladığı dövlət vəsaiti

13:44 Daha bir generala cinayət işi açılıb

13:18 “Bizə ən böyük zərbəni bank sektoru vurdu“ - Prezident

12:46 Telekanallar Flora Kərimovaya qadağa qoyub

11:37 Lənkəranda bacısı öldürüb dənizə atdığını deyən qardaş azadlıqda

11:27 Neftçalada pambıq reketi - İcra başçısı sahibkarlara divan tutur

10:40 Mübariz Mənsimov 35 tanker aldı

9:55 Türkiyədəki soyuq hava bizə gəlir - Diqqət!

9:50 Maşın bazarında vəziyyət necədir?

9:17 “İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir” - İlham Əliyev

9:01 Bakıda nəvəsini öldürən baba: “Məni söydüyü üçün onu boğdum”

10 YANVAR 2017

20:08 “İkinci toyumu Bakıda edəcəyəm“ - MÜSAHİBƏ

19:47 Dollar 1.89-a manat oldu - Azərbaycanda

19:45 Əli İnsanovla bağlı qərar verildi

19:31 Həmyerlilərimizin “O səs”də başına gətirilən şok oyunlar - MÜSAHİBƏ

19:15 Çavuşoğlu çevriliş gecəsi Kəmaləddin Heydərova niyə zəng edib?

19:00 Ermənistan əsgərimizin meyitini niyə qaytarmır?

16:32 Beynəlxalq Banka yeni rəhbər seçildi

16:20 69 qadını öldürən keçmiş polisdən ŞOK ETİRAF

15:18 “Maaş və pensiyalar yenə də artmalıdır“ - Prezident

15:11 Kəskin soyuqlar Azərbaycana gəlir - XƏBƏRDARLIQ!

14:49 “Böhrandan çıxış yolu tapılıb“ - İlham Əliyev

14:07 ANS-in keçmiş aparıcısının əri ilə özəl videosu yayıldı

14:00 Nurayı ağladan məhkəmə icraçıları haqda araşdırma başladı

13:31 Bir neçə illik borclar da yeni tariflə ödəniləcək - “Azəriqaz”dan Yeni İl “sürprizi”

13:00 İlham Əliyev nazirləri topladı

10:48 Lotu Quli Bakıdakı atışmadan danışdı

10:31 Tramp qələbə qazandı, azərbaycanlı milyarder 1,8 milyard varlandı

10:23 Bu gün Beynəlxalq Banka yeni rəhbər təyin olunacaq

9:53 Bakıda müəllim 9 və 11 yaşlı şagirdlərinə təcavüz edib

09 YANVAR 2017

15:45 Rüstəm Usubovdan ANS-lə bağlı danışdı

15:30 “İlk ərim məndən 16, indiki ərim isə 18 yaş böyükdür“ - Azərbaycanlı müğənni

15:08 Mübariz Mənsimovdan FHN-ə xüsusi hədiyyə - VİDEO

15:03 “Baş Prokurorluğa məlumat vermişik” - Mirşahin danışdı

14:34 Azərbaycanda ölümcül virus yayılıb? - AÇIQLAMA

13:53 Bakı və Moskva arasında GİZLİ SAZİŞ

13:23 “Bank təklifinizi qəbul etməsə, krediti qətiyyən ödəməyin!” - Ekspert

13:11 “Dağıstanda kimi tapdılar, gətirib millidə oynadırlar“ - MÜSAHİBƏ

12:52 Azərbaycanlı milyarder Türkiyəni ayağa qaldırdı

12:37 Metroda gediş haqqı qalxacaq? - AÇIQLAMA

12:18 Kriminal qruplaşmalar arasında atışma oldu - Bakıda

12:00 Qənirə Ataşovanın ölkədən çıxışına qadağa qoyulub - FOTOFAKT

08 YANVAR 2017

14:47 Sərxoş Lisa yenə özünü rüsvay etdi - FOTO

14:30 “Bəlkə Tramp Rusiyanın casusudur?”

12:42 Baş nazir “offşor“lara qadağa qoydu

12:24 Evini Azərbaycan bayrağının rənglərinə bürüdü - FOTOLAR

12:18 Millət vəkili və komitənin sədr müavini Nurayla görüşdü

11:43 Naxçıvanın 2017-ci il dövlət büdcəsi təsdiq edilib

11:38 Azərbaycanlı müğənni mikroinfarkt keçirdi - FOTO

11:24 Qənirə Paşayevaya yeni vəzifəyə verildi

11:10 Prezidentin qızı 113 dollarlıq libas geyindi - FOTOLAR

07 YANVAR 2017

17:21 “Qarabağ məsələsində artıq məğlub olmuşuq” - Sarkisyan

17:06 Nurayın atası danışdı: “Uşaq məndən imtina etdi“

17:00 Bakı-Şamaxı yolunda təhlükə

15:50 Nurayın doğma atası Əvəz Bayramov doğum evinin həkimi imiş

14:48 “Atamı ilk dəfə məhkəmədə gördüm” - 10 yaşlı Nuray danışdı

14:09 Həbsxanada dəhşət: məhbusların başları kəsildi - FOTO

13:43 Məşhur şirkətin sahibinin erməni ilə biznes əlaqəsi - Mahmudovun imzası ilə araşdırılıb

13:12 10 yaşlı Nurayı yerdə sürüyən icraçılarla bağlı qərar verildi - VİDEO

13:00 Azərbaycanlı qadın avtobusda zorlandı

12:03 10 yaşlı Nurayı ağladan icra məmuru DANIŞDI

11:52 “Lənkəranskiyə atəş açanlar arasında İŞİD-çi olub”

11:41 “Nurayın atası dedi ki, arvadımla qızımı buraxın kanalizasiyaya”



loading...
8 yaşında varlandı, heç vaxt evlənmədi - Milyonçu mason üzvünün qəribə həyatı

O, dünyaca məşhur çay brendinin yaradıcısıdır. 8 yaşından işləməyə başlayıb. Amerikanın müxtəlif ştatlarında ən qara işlərdə işləyib. 25 yaşında iş adamına, 35 yaşında böyük bir markanın sahibinə çevrilib. Söhbət Tomas Liptondan gedir.
Rusiya səfirini öldürən polislə bağlı maraqlı faktlar


Dünən Ankarada sərgi salonunda keçirilən tədbir zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu güllələyərək öldürən 1994-cü il təvəllüdlü Mövlud Mert Altıntaşla bağlı yeni faktlar üzə çıxıb.
Məşhur aparıcı “Lider“dən getdi
"Lider TV"nin məşhur aparıcısı kanalla vidalaşıb.
Televiziyalardan Qənirə Paşayevanın açıqlamasına REAKSİYA
Millət vəkili Qənirə Paşayevanın Azərbaycan televiziyaları haqda sosial şəbəkələrdə fikirlərinə televiziya kanallarından münasibət bildirilib.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016