Şənbə, 22 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

“Yerusəlim iki müstəqil dövlətin paytaxtı olmalıdır” - Rusiya XİN


“Rusiyanın Yerusəlimin statusu ilə bağlı mövqeyi dəyişilməz olaraq qalır. Bu şəhər iki müstəqil dövlətin – Fələstin və İsrailin paytaxtı olmalıdır”

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Rusiyanın Yerusəlimlə bağlı mövqeyinin dəyişilməz olduğunu təsdiqləmək istəyirəm. Şəhər iki müstəqil dövlətin – Fələstin və İsrailin paytaxtı və bütün üç təkallahlı dinlərin nümayəndələri üçün açıq olmalıdır”, – deyə Rusiya XİN sözçüsü qeyd edib.
Etiket:

loading...