“ARB Günəş” kanalında yayımlanan “Mən məktəbli ikən” verilişinin qonağı xalq artisti Gülyanaq Məmmədova olub
Axşam.az-ın məlumatına görə, müğənni xalq artisti Zeynəb Xanlarova ilə bağlı xatirəsini bölüşüb:
“Şəkidə təşkil olunan müsabiqələrdən birindən çıxanda Zeynəb Xanlarova və həmin dövrdə rayon icra hakimiyyətində 3-cü katib işləyən Sevil xanım qarşımıza çıxdı. Sevil xanım bizi göstərib dedi ki, bu qızlar gələcəyin Zeynəbləridir. Zeynəb Xanlarova əyilib üzümüzdən öpdü, başımıza sığal çəkdi. Bilirsiniz, uşağın yadından heç nə çıxmır. O qədər sevinmişdim onu həyatda gördüyümə, məktəbdə hamıya bu əhvalatı danışırdım ki, mən Zeynəb Xanlarova ilə görüşmüşəm, o məni yanağımdan öpüb. Buna görə hətta üzümü də yumaq istəmirdim”.
Digər xəbərlər
loading...