Lələ təpə döyüşçüsü Səlim Müslümovdan kömək istəyir Azərbaycanda iki jurnalistə vəzifə verildi Jurnalisti təhqir edən direktor cəzalandırıldı “Polat Yol Yapı” şirkətinin qanunsuzları davam edir
 

“Varlı insanlar daha çox ödəməlidirlər” - İlham Əliyev

Tarix 28.12.16, 15:12

Font ölçüsü : - / +
bitmap-img6

Xəbər verdiyimiz kimi bu gün prezidenti İlham Əliyev Bakıda 1 saylı “ASAN kommunal” Mərkəzinin açılışında iştirak edib və Biləcəri stansiyasında səyyar “ASAN qatar”la tanış olub. Dövlət başçısı çıxışında Bakıda “ASAN kommunal” mərkəzinin açılışını gözəl təşəbbüs olaraq qiymətləndirib:


“Bu gün Bakıda “ASAN kommunal” mərkəzi açılır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu ilin may ayında mən müvafiq Fərman imzalamışam. Fərmana əsasən, “ASAN kommunal” mərkəzləri yaradılmalı idi. Birinci mərkəz artıq fəaliyyətə başlayır. Mənə verilən məlumata görə, yaxın gələcəkdə növbəti mərkəz də açılacaq. Bu, çox gözəl təşəbbüsdür, növbəti layihədir.

“ASAN xidmət” öz fəaliyyətini genişləndirir. “ASAN xidmət”, o cümlədən “ASAN kommunal” mərkəzlərində ən yüksək xidmət göstərilir və göstəriləcək. Bina da çox yaraşıqlıdır, çox gözəldir. Vətəndaşlar üçün də yaxşı şərait yaradılıb. Həm burada işləyənlər, həm də vətəndaşlar üçün yaxşı şərait yaradılıb. Bu, ölkəmizin müasirliyini, inkişafını göstərir, bizim siyasətimizi əks etdirir.

Bildiyiniz kimi, bu yaxınlarda mənim göstərişimlə kommunal tariflərin həcminə düzəlişlər edilibdir. Bu da sırf sosial yanaşma idi. Çünki növbəti düzəlişdən sonra artıq vətəndaşların 75-80 faizi işıq və qaz pulunu köhnə tariflərlə ödəyəcək. Yəni, bu, o deməkdir ki, əhalimizin əksəriyyəti bu dəyişikliyi hiss etməyəcək, əksinə, görülmüş tədbirlər nəticəsində vətəndaşların sosial müdafiəsi gələn il daha da möhkəmlənəcək.

Bu, sosial ədalət prinsipidir. İmkanlı, varlı insanlar, böyük evlərə, villalara sahib olan vətəndaşlar daha çox ödəməlidirlər. Kiminsə imkanı azdır və ya məhduddur, yaxud da ki, orta təbəqənin nümayəndələridir, onlara dövlət daim güzəştlər edir. Hətta artırılmış tariflərin səviyyəsi qonşu ölkələrdə mövcud olan tariflərdən bir neçə dəfə aşağıdır. Buna baxmayaraq, yenə də qeyd etmək istəyirəm, biz növbəti addımı ataraq sosial müdafiəni daha da gücləndirmişik.

“ASAN xidmət” təşəbbüsü də sosial xarakter daşıyır. Çünki bu, vətəndaşlara göstərilən xidmətdir. Vətəndaşlar bu xidmətdən istifadə edərək heç bir çətinlik çəkmirlər. Təsadüfi deyil ki, “ASAN xidmət”in bəyənilmə əmsalı təxminən 100 faizə yaxındır. Yəni, bu, camaatın, insanların bu xidmətə verdikləri qiymətdir. Son bir neçə il ərzində 13 milyon müraciət olmuşdur. Yəni, bu, doğrudan da ölkəmizdə geniş vüsət alıb. Həm “ASAN xidmət”in coğrafi əhatəsi genişlənir, həm də funksiyaları artır. Artıq bizim 11 mərkəzimiz var. Onlardan altısı bölgələrdə yerləşir. Gələn il Quba və Mingəçevir şəhərlərində iki yeni mərkəz açılacaq. Gələn il, eyni zamanda, digər iki şəhərimizdə - Şəkidə və İmişlidə növbəti mərkəzlərin tikintisi başlanacaq.

“ASAN səyyar” xidməti göstərilir. Bu gün biz “ASAN qatar” sistemini də işə salacağıq. “ASAN viza” artıq fəaliyyət göstərir. Mənə verilən məlumata görə, artıq bu proses başlayır və əminəm ki, gələn il çox geniş vüsət alacaq. Bu da “ASAN”ın növbəti addımıdır. Beləliklə, “ASAN xidmət” öz fəaliyyətini genişləndirir. Mən bir neçə dəfə demişəm ki, “ASAN xidmət”də mövcud olan mədəniyyət, mədəni xidmət, qayda-qanun, nizam-intizam, şəffaflıq hər bir yerdə olmalıdır. Ona görə “ASAN xidmət” hər bir sahədə öz təsirini göstərməlidir və göstərir.

Əslində, bu sistemin yaradılması ictimai xidmətlər və ictimai münasibətlər sahəsində bir inqilab idi. Bu, özlüyündə böyük bir irəliləyiş, böyük bir yenilikdir. Ancaq “ASAN xidmət”in təsiri təkcə bundan ibarət deyil, bu mərkəzlərdə göstərilən xidmətlərlə məhdudlaşmır. “ASAN xidmət”, ümumiyyətlə, vətəndaş-məmur münasibətlərinə yenilik gətirdi, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da böyük güc verdi. Yəni, göstərdi ki, rüşvətxorluqla mübarizə aparmaq və qələbə çalmaq da mümkündür. Bax, “ASAN xidmət”in mənası və əhəmiyyəti bundan ibarətdir. Vətəndaşlar da bu xidməti çox bəyənirlər və gözləyirlər ki, onların rayonlarında da “ASAN xidmət” mərkəzləri açılacaq. Biz bunu tədricən edəcəyik. Bizim planlarımıza görə, 2018-ci ildə ölkəmizdə, yəni, rayonlarda 10 mərkəz yaradılacaq. Ondan sonra bu proses daha da sürətlə gedəcək.

“ASAN viza”ya gəldikdə isə bunun yaradılması da əslində bir zərurət idi. Çünki biz çalışırıq ki, Azərbaycana daha çox turist gəlsin. Həm ölkəmizi tanısın, həm də ölkəmiz haqqında düzgün məlumat alsın. Eyni zamanda, bu, ölkə iqtisadiyyatına da böyük töhfədir. Həm otellər, həm də ictimai yerlər işləyir, deməli, ölkəmizə valyuta gəlir. Ancaq dəfələrlə eşitmişdim ki, Azərbaycana gəlmək üçün viza almaq böyük problemdir. Çünki vizalarla bağlı vəziyyət bizi qane edə bilməzdi. Həm pozuntular kifayət qədər çox idi, həm əsassız tələblər irəli sürülürdü.

Ümumiyyətlə, Azərbaycana gəlmək üçün insanlar gərək aylarla növbə tutaydılar, gedib başqa şəhərlərdə bizim səfirliklərdə, konsulluqlarda növbədə dayanaydılar, hələ onlara viza verilib-verilməyəcəyi bəlli deyildi. Ona görə bu məsələni birdəfəlik həll etmək üçün “ASAN viza” yaradıldı və indi istənilən vətəndaş üç gün ərzində Azərbaycana gələ bilər. Mənə verilən məlumata görə, bu il, - hətta “ASAN viza” hələ işə düşməmiş, - Azərbaycana gələn turistlərin sayı təxminən 10 faiz artıb. Bəzi ölkələr var ki, o ölkələrdən gələnlərin sayı 30-40 dəfə artmışdır. 2017-ci ildə bu proses daha da sürətlə gedəcək.

2016-cı ilin sonunda bu yeni mərkəzi ziyarət edərkən bir daha görürəm ki, bizim təşəbbüslərimiz bu gün reallığa çevrilir, siyasətimiz konkret işlərdə özünü göstərir. Bu, belə də olmalıdır. Düzgün göstərişlər verilib, ancaq gərək yerlərdə də onlar icra edilsin. Mən bu mərkəzlərin, - 11 mərkəzin, bu, 12-cisidir, - hamısının açılışında olmuşam. Mən bu açılışlara gəlməyimlə bu hərəkata bir daha öz dəstəyimi göstərirəm və sizin fəaliyyətinizə yüksək qiymətimi ifadə edirəm.

Əlbəttə ki, biz “ASAN xidmət”i könüllülər hərəkatından ayıra bilmərik. Bu da bir yenilikdir. “ASAN” yaranana qədər Azərbaycanda könüllülər hərəkatı olmamışdır. Biz könüllülər haqqında eşitmişdik. Ancaq könüllülər hərəkatı nədir, onu bilmirdik. Bu gün artıq bu hərəkat Azərbaycanda yaşayır. Mənə verilən məlumata görə, 10 min gənc artıq könüllü kimi “ASAN xidmət” mərkəzlərində işləyib və bu insanların bir çoxu bu gün müxtəlif vəzifələrdə, müxtəlif işlərdə ölkəmizin gələcək inkişafı üçün çalışırlar. Hazırda bütün bu mərkəzlərdə 700-dən çox könüllü fəaliyyət göstərir. İki il bundan əvvəl mən könüllülərin birinci toplantısında onlarla görüşmüşdüm.

Nəhayət, bu mərkəzlərin bir xüsusiyyəti də var ki, burada iş yerləri açılır. Bu mərkəzdə təxminən yüzə qədər yeni iş yeri açılır. İşləyənlərin demək olar ki, hamısı gənclərdir və onların əksəriyyəti qadınlar, qızlardır. Bu da məni çox sevindirir. Çünki bizdə qadınlar da işlə təmin olunmalıdırlar. Beləliklə, biz həm işsizliklə bağlı uğurla mübarizə aparmış oluruq, həm də ki, qadınlar cəmiyyətimizin fəal üzvləri kimi dövlətimizə xidmət göstərmiş olurlar.

Mən sizi bu mərkəzin açılışı münasibətilə təbrik edirəm. Qarşıdan gələn Yeni il bayramı, Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə sizi təbrik edirəm və yeni uğurlar arzulayıram”.(AzerTac)

MilliYol.Az



Xəbərin oxunma sayı : 1906

loading...

Ölkə

Önəmli

Son xəbərlər

21 YANVAR 2018

14:20 “Türkiyə Suriya sərhədi boyu 30 km genişlikdə təhlükəsizlik zolağı formalaşdıracaq“

13:40 Dəhşətli qətlin təfərrüatları: 19 yaşlı Əmrah mağaza sahibini niyə öldürüb?

12:40 Fazil Məmmədovun “kassiri” Eldar Mahmudovla əlbir olduğu üçün istintaqa cəlb olundu

12:15 Təhsil nazirinin müavini vəzifəsindən azad edilib

11:05 “Azərbaycanın PUA-larla erməni mövqelərinə mina zərbələri endirməsi yalan informasiyadır“

20 YANVAR 2018

21:44 Türkiyə SQ Baş Qərargahı: Afrində 113 hədəfdən 108-i məhv edilib

20:55 Rusiya XİN Türkiyənin Afrin əməliyyatına münasibət bildirib

19:28 Türkiyə hərbi aviasiyası Suriyadakı mövqeləri bombalamağa başlayıb

18:12 Ermənilər Qazaxı atəşə tutub – Mülki təsərrüfata ziyan dəyib

17:20 Ərdoğan: “Afrin əməliyyatı faktiki olaraq başlayıb”

12:30 Füzuli sakini qohumunu güllələyib

12:17 “Apple” “iPhone”un ləngiməsini söndürməyə imkan verəcək

11:55 Xəzərin hüquqi statusuna dair işçi qrupunun gələn ay iclası olacaq

11:33 Azərbaycan Ordusunun şəhid olan əsgəri Neftçalada dəfn olundu

11:07 Terrorçular Türkiyəyə qarşı çıxmayan dinc sakinlərə atəş açdı - 25 ölü

10:39 Qızıl 4 dollara yaxın bahalaşıb

10:25 Prezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib

0:14 Azərbaycanın qan yaddaşı: 20 Yanvardan 28 il ötür

19 YANVAR 2018

23:59 Prezidentliyinin ilk ilində Trampın dəstək reytinqi ən minimum səviyyəyə enib

23:37 Bakıda “ölümə gedən piyada” kameraya düşdü - Video

23:15 “Qazprom” şirkəti “Türk axını”nın 2-ci xəttinin inşasına icazə alıb

22:52 Dünya fond birjalarının dəyəri 81 trln. dollara çatıb

22:35 Fazil Məmmədovun tutdurduğu şairin vaxtından əvvəl azad edilməsi istənilir

22:13 Avropa İttifaqı Fələstini dövlət kimi tanımaq məsələsini müzakirə etməyəcək

21:55 “Sobesendik” qəzetinin yaradıcısı – azərbaycanlı jurnalist vəfat edib

21:30 Vəkilliyə namizədlərin imtahan vaxtı açıqlanıb

21:11 Türkiyədə ev alan azərbaycanlıların sayı kəskin artıb

20:56 Donald Trampın verəcəyi ziyafətin bileti 100 min dollardır

20:33 Abid Şərfiov: “Kimsə övladımın tərbiyəsizlik etdiyini deyə bilməz”

20:10 “Formula 1”ə görə Azərbaycana gələcək əcnəbilərə şad xəbər

19:57 Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrılıb

19:31 Ağsuda mənşəyi məlum olmayan bir ton ət aşkarlanıb

19:14 Azərbaycana Rusiyadan müasir hərbi texnikalar gətirilib – Video

18:50 Bu gecə Bakının bu yolları bağlı olacaq

18:34 MM üzvləri AŞPA-nın qış sessiyasına qatılmaq üçün Strasburqa səfər edəcək

18:11 Ayaz Mütəllibovun keçmiş mətbuat katibinə hökm oxundu

17:55 “Anam mənə inanmırdı“ - Niyam

17:47 Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri elan edildi –DİM

17:42 Ermənistana rəhbərlik edəcək yeni namizəd –Baş nazir 20 il əvvəl Sərkisyanı nə üçün döymüşdü?

17:37 “Məsələ namizədliyimin irəli sürülməsi deyil…”

17:32 AMEA: Bakıda müşahidə edilən hava yanvar üçün səciyyəvi deyil

17:27 İbrahim Şehiç: “Azərbaycanda da Prosineçkiyə böyük hörmət var”

17:13 Biznesi başına bəla olan millət vəkili hədəfdə- Təfərrüat

17:09 Qazaxıstanda 52 nəfərin ölümü ilə nəticələnən avtobusun yanmasının səbəbi açıqlanıb

17:05 Azərbaycanlı taksi sürücüsü Oleq Qazmanovun oğlunun pul qabını oğurlayıb qaçdı

16:55 MTRŞ-da özəl ümumölkə teleradio yayımçılarının rəhbərlərinin iştirakı ilə görüş keçirilib

16:47 21 yaşlı gənc qız üstündə bıçaqlandı - Video

16:42 Azərbaycan Ordusunun hərbçisi şəhid olub

16:37 Azərbaycana bir blokdan artıq siqaret gətirilməsinə qadağa qoyulacaq

16:32 Məhbuslar vahid xüsusi geyimlə təmin olunacaq

16:27 Leyla Şıxlinskayanın klinikası ilə bağlı şahidlər ifadə verib

16:22 Cənubi Koreya ötən il 41,71 milyard dollarlıq avtomobil satıb

16:18 “3 avroluq təkəri burda 50 manata satırlar”

16:13 Türkiyə səfirliyi dövlət bayrağını endirəcək –20 Yanvar anılacaq

16:09 “Yaxın Şərqdə yalnız güclü dövlətlərin mövcudluğu terrorizmə sipər olacaq”

16:05 Tovuzda qadın sahibi olduğu mağazada yandı

15:55 Almaniyada azərbaycanlı ailə polisi girov götürdü - Təfərrüat

15:33 FIFA Dünya Çempionatı-2018 üçün AFFA-ya pulsuz bilet ayırmayıb

15:27 Lənkəranskinin qardaşı bəraət aldı

15:22 YAP üzvlərinin sayı açıqlanıb –Hakim partiyanın nə qədər üzvü var?

14:55 68 milyonu kim ortadan çıxarıb: Ələddin yoxsa, Əmlak Komitəsinin rəhbərliyi?

14:50 Türkiyənin müdafiə naziri: “Afrin əməliyyatı keçiriləcək“

14:50 “Kimsə övladımın yekəbaşlıq etməsi ilə bağlı bir kəlimə eşidib?”

13:45 Prezidentin ayırdığı 3 milyon manat bu TV-lər arasında bölünəcək –Siyahı

13:17 “Tarix fakültəsinin tələbələri xalq hərəkatının önündə gedirdi”

13:13 "Keçmişində bilirsən nə qədər qara izləri var?" - Tolik hədələdi

13:09 Kremlin gizli və muzdlu orduları - hər başa 88 dollar qazananlar

13:05 20 Yanvar gününün hava proqnozu: Temperatur düşəcək, şaxta olacaq

12:55 “Prezident Donald Tramp çoxlarının düşündüyü kimi dəli deyil” – Araşdırma

12:37 Putin 7 dərəcə şaxtada gölə girib

12:32 Ermənistanda hakim partiyanın prezidentliyə namizədi məlum olub

12:27 Prezident İlham Əliyev özbəkistanlı həmkarına başsağlığı verib

12:22 Akif İslamzadə:“Heyf, mənim səsim belə oldu…”

12:19 İcra başçısı saxta veteranlıq sənədi satır - Gədəbəydə

12:05 Bu dəfə Təranə Qumral Nazənini polisə verdi

11:47 Azərbaycandan xaricə ixrac edilən müdafiə təyinatlı məhsulların həcmi 2,3 dəfə artıb

11:42 Ötən il Azərbaycanda F-1 tipli əl qumbarasının istehsalına başlanıb

11:38 Yanvarın 20-də Bakının bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

11:34 2018-ci ilin II yarısında neft hasilatı kəskin arta bilər – OPEC

11:27 “20-yə yaxın gömrük əməkdaşına qarşı cinayət işi açılıb” – Aydın Əliyev

11:22 Saleh Məmmədovun Çöl ərəb korrupsiyasından I vits-prezidentə şok məktub – Şok təfərrüat

11:09 Naməlum oliqarxla Əbülfəz Məlikovun hesablaşması – Təfsilat

11:05 DİN ötən gün baş verən cinayətlərin statistikasını açıqladı –103 cinayət törədilib

10:55 Azərbaycanda 52 yaşlı ananın əkiz uşağı oldu

10:47 Ötən il Naxçıvanın dövlət büdcəsinin gəlirləri 11,5% artıb - 79 mln olub

10:42 İki Azərbaycan şirkəti Avrasiya İttifaqının bazarlarına buraxıldı –Rusiyadan qərar

10:37 Ötən il tarixin ən isti ikinci ili olub – BMT

10:33 Eldar Mahmudov üçün həbsə yol açılır

10:26 Şamaxıda 22 yaşlı oğlan itə görə qonşusunu güllələyərək öldürdü

10:22 “20 yanvarla bağlı arxivdə olan bütün dosyelər Moskvaya aparılıb”

10:17 Trampla Putinin daha bir əlaqəsi aşkar edilib

10:12 Şamaxıda 22 yaşlı oğlan qonşusunu güllələyərək öldürüb

10:05 Rusiyada azərbaycanlılar atəşə tutulub – Ölən və yaralananlar var

18 YANVAR 2018

23:59 Ödəmə vaxtı keçmiş kreditlərin həcmi 1.9 milyard manata yaxındır

23:37 Rusiya açıqladı: “Türkiyənin təsdiqini gözləyirik”

23:15 Qətərə bu məhsulların ixracı qadağan edildi - Siyahı

22:50 “Türkiyə təyyarələri vurulacaq” - Dəməşqdən təhdid

22:35 Qəbiristanlıqlar barədə qanun dəyişdi

22:18 İŞİD liderinin gizləndiyi yer məlum oldu - İddia

21:51 Rusiya FTX ölkə sərhədlərində təhlükəsizlik təhdidlərini müəyyənləşdirib

21:34 Qazaxıstanda yanan avtobusun sahibi azərbaycanlı olub?

21:15 Cabbarov yeni departament yaratdı – Sabiq bankir baş direktor təyin edildi

20:53 Azarkeşlər Ronaldonu “Real”da görmək istəmirlər

20:36 2017-ci ildə Azərbaycanda 16 körpü, 15 piyada keçidi istifadəyə verilib

20:10 Rus idmançının qətlində suçlanan azərbaycanlının atası qisasın qurbanı olub

20:02 Ukraynalı katibə, qazaxıstanlı məşuqə, müavinlərə 10 min manatlıq maaş... - “Canik”in adamının dosyesi

19:57 Bu dövlət qurumuna 3 milyon manat ayrıldı

19:31 Türkiyədən tarixi zəfər: Ərdogan təhdid etdi, ABŞ duruş gətirmədi və geri çəkildi

19:13 Prezident Teymur Bünyadova “Şərəf” ordeni verdi

18:51 Azərbaycanda “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun qəbul ediləcək

18:50 Ramil Usubov Bakı polisində – Fotolar

18:24 İlham Əliyev 31 mart soyqırımının 100 illiyi haqqında sərəncam imzaladı

18:17 OPEC: Bu il Azərbaycanda neft hasilatı azalacaq

17:55 “Fədayənin ailəsini qaldıqları evdən çıxarırlar“

17:47 Azərbaycan qazının gələcəyi:SOCAR qazma işlərini genişləndirir

17:42 Külli miqdarda valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb

17:37 Afrin qızışır: Türkiyə “PKK ovçusu”nu sərhədə yeritdi

17:33 “20 Yanvar günü məktəblilər dərsə getməyəcək” –Təhsil Nazirliyi

17:22 Dolların sabaha olan məzənnəsi

17:17 İslam Türkiyənin məşhur “Çarkıfelek“ verilişinə aparıcılıq edəcək



loading...
Musavatçıların “əl tulası“, Əhməd Cavadın “quyruğu“ - Mikayıl Müşfiq


30 ilə sığan dahi ömrü
Ayda 15 dollara işləyən milyarderin uğur hekayəsi (MARAQLI)

Gənc yaşlarında yaşadığı uğursuzluqlara baxmayaraq heç zaman ruhdan düşmür və çalışaraq dünyanın ən zəngin adamlarından biri olur.
Azərbaycanda baş redaktor istefa verdi

Oxu.az saytının baş redaktoru Seymur Teymurov istefa verib.
Qadağan olunmuş xəbərlərə görə cərimə və bloklanma - Məcəlləyə dəyişiklik

Azərbaycanda yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə görə cərimələr müəyyən olunub.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016