Rövşən Bağırovla Qorxmaz Hüseynov 3 kəndi susuz qoyur - Prezidentə müraciət Beyləqan icra başçısının köməkçisi kimdir? - Bir müəmmanın izi ilə… ƏSMM-də Heybət İmanov dövrü yenidən başlayır? “Kontakt Home“ mağazalar şəbəkəsi müştəriləri necə aldadır?
 

“Turan”ın direktorundan ABŞ, Rusiya və Azərbaycanla bağlı ilginc açıqlamalar

Tarix 19.03.18, 11:50

Font ölçüsü : - / +
bitmap-img6


Mehman Əliyev: “ABŞ-ın yeni səfiri tezliklə gəlməyəcək”


İllər boyu xarici ölkələrdə baş verən proseslərdə katalizator rolunu oynayan dünyanın supergücünün daxilində bu gün maraqlı və qəribə proseslər baş verməkdədir.

 Tramp administrasiyasında bir-birinin ardınca istefalar, hakim komandanın yenilənməsi prosesinin “dərinliklər”ə qədər gedib çıxması ciddi suallar ortaya çıxarıb. Paralel olaraq dünyanın digər qütbündə qərarlaşan Rusiya ilə bağlı cərəyan edənlər də müzakirə mövzularındandır. Bu iki dünya gücünün Azərbaycanda da kəsişən maraqlarının olması məsələyə həssas yanaşmamızı zəruri edir. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə söhbətimizin məğzində bu dayanır.

- Mehman bəy, ABŞ-da nə baş verir? Ciddi kadrları ilə yollarını ayıran Donald Tramp bununla nə demək, nə etmək istəyir?

- Trampın hərəkətləri bütövlükdə nəticə olaraq ABŞ ictimai-siyasi həyatına yeni gündəm gətirdi. Yəni ənənəvi oturuşmuş siyasi istiblişmenti faktiki olaraq o, başsız eləyir. Çünki əslində Amerikada hakimiyyətə cəmiyyət nəzarət edir, bu, vacib instrumentdir, amerikanlar həmişə bunu üstün sayıb, qoruyublar. Amma son illər yavaş-yavaş oturuşmuş elita əmələ gəlib. Görürük ki, ata-bala Buşlar, Klintonlar və s. siyasi bir klub yaradıblar özləri üçün. Faktiki olaraq bir az cəmiyyətdən ayrılıblar və cəmiyyətin nəzarəti bunlardan yan keçir. Tramp öz gəlişi ilə o sistemi silkələyib. Tramp bilərəkdən media ilə savaşa getməklə medianın diqqətini hakimiyyətin üzərinə cəlb edib. Yəni medianın siyasətə marağı, hakimiyyətin üzərinə nəzarəti, aqressivliyi artıb, bunu Tramp eləyə bilib. Amerika mütəxəssisləri bunu mənimlə söhbətdə də deyiblər.

- Yəni Tramp heç də ağılsızlıqdan medianı özünə düşmən eləmir?

- Yox. Misal gətirirlər ki, Tramp prezidentlikdən qabaq ilk olaraq şəxsən “Nyu-York Times” və “Vaşinqton Post”un redaksiyalarına gedib. Seçiləndən sonra da ilk müsahibələrini məhz həmin qəzetlərə verib. Bununla da bildirib ki, “mən sizinləyəm, sizin dəstəyinizə ehtiyacım var”. Amma faktiki olaraq sanki bu media orqanlarını da tənqid edir. O mənada Tramp çox ciddi yenilik gətirib. Əslində biz son illərin prezidentlərinə diqqət etsək, Obama, Buş, Klinton və s. vaxtı ABŞ siyasətində bu ab-hava olmayıb. Lakin Tramp bunu edə bilib. O, siyasətdən gələn adam deyil, qubernator, konqresmen və s. olmayıb. Ancaq bu, biznesmen adamdır, lotu-potu kimi birdən gəlir, girir, başlayır davaya. Yəni bu, bir yenilikdir. Nə qədər tənqid də etsələr, Amerika siyasəti üçün vacib bir məqamdır.

- Bütün bunlar ABŞ və Rusiya arasında gərginliyin son həddə qalxdığı situasiyanın fonunda baş verir. Putinin növbəti dövr üçün prezident seçilməsindən sonra nələr baş verəcək?

- Rusiya 2013-cü ildən gizli, 2014-cü ildən açıq şəkildə ciddi böhrana girib, indi də böhran davam edir. Beynəlxalq maliyyə agentlikləri bildirirlər ki, artıq bu ildən başlayaraq Rusiyanın ümum-daxili məhsulunda 2 faizdən artıq artım olacaq. Rusiyada iqtisadi oyanış var və bu, sürətlənəcək. Amma real olaraq Rusiya uzun müddət problem içindədir. Putin də seçkiyə böhran şəraitində girib. ABŞ və Qərb üçün ilk növbədə Rusiyada stabilliyin qorunub-saxlanması vacibdir. Orada iki amil var. Bir tərəfdən təzyiq etməklə Rusiya cəmiyyətini Putin ətrafında səfərbər etmək. Çünki Putinin də gedişləri anti-Qərb gedişlərdir. Onu göstərmək istəyir ki, biz düşmənlər dairəsindəyik və bizi məhv etmək istəyirlər.  Bu isə ölkəni səfərbər edir. İmperiya xalqı olan rus xalqında bu sistem işə düşür, nə qədər ac olsalar, onlar sanki mübarizə içindədirlər. İkinci məsələ ondan ibarətdir ki, tətbiq olunan sanksiyalar - sonuncu dəfə milyarderlərə qoyulan sanksiyalar - o deməkdir ki, Rusiyadan qaçan kapitallar təzədən ölkəyə qayıdır və Rusiya iqtisadiyyatına sərmayə kimi yatırılır. O da Rusiya iqtisadiyyatının dirçəlməsinə birbaşa təsir edir.

 “Putin müəyyən dairələrə mesaj verir ki, mən hər kəsi hər yerdə tapıb cəzalandıra bilərəm”

- Adətən, ABŞ-dakı son seçkilərdə Kremlin Trampa gizli dəstəyindən bəhs olunurdu. Sizin arqumentlər isə o qənaəti yaradır ki, Tramp borcunu qaytarır və “təzyiq” dili ilə Putinə dəstək verir...

- Bəli, burda əsas məsələ Putin ətrafında stabilliyin qorunmasıdır. Çünki böhrandır və narazılıq böyükdür. İkincisi də daxili potensialın, qeyri-neft sektorunun işə salınmasına təkan verməkdən söhbət gedir, Rusiyada bu proses çox uğurla gedir. Sonuncu atılan addımlar da ona hesablanıb. Hətta Londonda baş verən hadisəni götürsək, kim vurub, necə vurub, başqa məsələ, amma fakt odur ki, bu da Putinin xeyrinə işləyir. Çünki Kadırovun bəyanatı var idi, dedi satqınlar bilməlidir onların aqibəti necə olacaq. Düzdür, vurğuladı ki, o, heç kəsə lazım deyildi, çünki işlənmiş “material” idi. Amma fakt odur ki, bu, satqındır, satqını gedib hardasa tapdılar, vurdular. Rusiya cəmiyyətində də bu işləyir, ruslar deyir aha, bu, belədir, düz elədilər. Bu, yenə də Putinin adına işləyir. O biri tərəfdən isə Putin müəyyən dairələrə xəbər verir ki, mən hər kəsi hər yerdə tapıb cəzalandıra bilərəm. Necə ki, iki gün əvvəl Londonda Berezovskinin biznes adamı olan bir müttəfiqini də asıb öldürüblər. Bunlar məhz seçki astanasında baş verdi və nəticə olaraq Putinin imicinin daha da güclənməsinə gətirib çıxarır.  Mən sadəcə olaraq faktları və nəticələri deyirəm. O ki qaldı Tramp və Putin məsələsinə, problem nədir? Əslində Trampın Rusiyada çox böyük layihələri olub, ruslarla çox geniş münasibətləri var. Amerika siyasi dairələri və Trampın özü başa düşür ki, o, müəyyən qədər ruslardan asılı vəziyyətdə ola bilər. Ona qarşı rusların kompromatı da ola bilər. Odur ki, hansısa məsələdə ruslara birbaşa “yox” deyə bilmir, çünki asılıdır. Ona görə bu işi onun yerinə başqaları edir. Yəni Trampın üstünə düşməklə, onu sıxmaqla, onu Rusiya ilə əməkdaşlıqda günahlandırmaqla əslində onlar Trampı Rusiyadan qoruyurlar. Rusiya üçün vacibdir ki, Tramp prezident olsun, amma müəyyən çərçivəyə qədər. Çünki Trampın üstündə ABŞ siyasətçilərinin, cəmiyyətinin nəzarəti var. Onlar bu nəzarətin olduğunu nümayiş etdirirlər və deyirlər “yaxın gəlməyin!”

- Deməli, faktiki olaraq Tramp Putinə seçkiqabağı kapital qoymuş oldu, eləmi?

- Təbii ki. Putin bəs niyə Tillersona orden vermişdi? Yəni bu bağlar var. Ona görə də “Rusiya izləyir” və s. nəzarəti rusların bu məsələlərdən istifadəsinə, hansısa formada təzyiqinə imkan vermir. Əsas məsələ budur. Bu yolla Trampı qoruyurlar.

- Belə bir yanaşma var ki, 90-cı illərin əvvəllərində Ağ Ev Yeltsinə dəstək verməsə, Rusiya dağılacaqdı. İndi yenə də böhrana girmiş Rusiyaya “oksigen balonu” verilirsə, bu, son nəticədə köhnə imperiyanın dirçəldilməsinə aparmayacaqmı?

- Yox, heç cür. Çünki sovet imperiyasının bərpası üçün nə potensial var, nə Rusiyanın hansısa formada istəyi. Əslində hakimiyyətə gələndən Putinin birinci çağırışı o oldu ki, biz daxildə cəmləşməliyik. Rusiya özünün bütün layihələrini postsovet məkanından yığışdırdı. Məsələn, “LUKoyl” da payını satıb burdan getdi. O, payını aparıb Rusiyaya qoydu. Yəni Rusiya bu gün daha çox öz daxilində layihələri həyata keçirməyə, öz iqtisadiyyatını qaldırmağa səfərbər olunub. Onun əsas maraqları, tələbatları daxilə yönəlib. O hələ daxili həzm eləyə, stabilliyi təmin edə bilmir. İqtisadiyyatını, səviyyəni qaldırmalıdır. Onun gücü çatmır ki, gedib nəyisə qaldırsın və çiynində aparsın. Həm də Rusiya bu gün dünya iqtisadiyyatına daha ciddi şəkildə inteqrasiya olunur, nəinki sovetlər birliyinə. Rusiya əgər bu addımı atırsa, onun nəyinə lazımdır geridə qalmış postsovet ölkələri, neyləyəcək onlarla? Bu mənada Rusiya üçün hansısa formada nəyisə bərpa etmək istəyi yoxdur, görüntü də yoxdur. Hətta Nazarbayev, Lukaşenko vaxtilə hansısa formada ittifaq yaratmağı təklif edib, ruslar buna getməyib, heç vaxt da getməyəcəklər.

- Bir azdan Rusiya səfirliyi ilə yanaşı, ABŞ-ın ölkəmizdəki səfirliyi də səfirsiz qalacaq. ABŞ səfiri Robert Sekutanın Bakını tərk etməsinin gizli bir səbəbi varmı, sizcə?

- Əslində səfir vaxtında gedir. Bu, o deməkdir ki, ABŞ birbaşa burdakı seçkilərdə iştirak etmir, amerikanlar burda yoxdurlar. Belə desək, “əllərini yuyurlar”, aradan çıxırlar. Bu mənada vəziyyətə neytral qalırlar. Onlar başa düşürlər ki, əslində seçki qeyri-demokratik şəkildə keçirilir və s. Sadəcə olaraq bu prosesdə iştirak etmək, görünmək istəmirlər. Qısa dövrdə müəyyən bir vakuum olacaq. Seçkidən sonra, hər şey oturuşandan sonra yeni proseslər başlayacaq. Hesab edirəm ki, yeni səfir elə də tez gəlməyəcək, hardasa payıza yaxın gələ bilər, ondan tez olmaz. Hər şey ondan asılı olacaq ki, Azərbaycan hakimiyyəti, birinci növbədə prezident hansı siyasəti aparacaq və o siyasətə uyğun olaraq bura səfir gətiriləcək. Bu, o demək deyil ki, səfir gəlib öz siyasətini aparacaq. Sadəcə, yeni siyasətə uyğun olan səfir göndəriləcək. Hansı siyasət həyata keçiriləcək, o, artıq İlham Əliyevin gedişlərindən asılı olacaq.

- Seçkidən sonra yeni hökumətin qurulacağı barədə qənaətlər çoxalıb. Sizdə də gözlənti var?

- Mən hələ referendumda Qərb tərəfdən susqunluğun olduğunu demişdim. Biz məhz o dövrdən hesablamalıyıq ki, müəyyən bir razılaşma var. Baş verən indiki seçki prosesi də bunun nəticəsidir. Biz gördük ki, elan olunmuş seçkilərə də heç bir təpki, etiraz olmadı. Avropa Parlamentinin nümayəndələri mənimlə söhbətləri zamanı hətta deyirlər ki, prinsipcə sizdə vəziyyət Rusiyadan da yaxşıdır. Yəni seçki texniki seçkidir. Əslində bunlara çevik şəkildə seçki keçirmək və yeni situasiya yaratmaq lazımdır. Nəyə görə? Ona görə yox ki, məsələn, neftə görə. ABŞ-la razılaşdırılmış 12 yol xəritəsi mövcuddur. Avropa Birliyi ilə isə strateji müttəfiqlik haqqında saziş imzalanması prosesi gedir. Yəni hər iki tərəfə vədlər və razılaşma var.

- Deməli, Azərbaycan hökuməti Qərbə inteqrasiya etməkdə israrlıdır. Bəs, Rusiya bu prosesə sürpriz edə bilərmi?

- Yox. Əgər Ermənistan bunu edibsə... Hansı ki, İrəvan bütün nöqteyi-nəzərdən, iqtisadi, hərbi-təhlükəsizlik və başqa cəhətlərdən Rusiyadan çox asılıdır. Əgər Rusiya buna imkan və icazə veribsə, Azərbaycanın nə problemi ola bilər?

- ABŞ Konqresində erməni separatçısı Bako Saakyana yer verilməsi Azərbaycana təzyiq sayıla bilməzmi?

“Avropa Parlamentinin nümayəndələri mənimlə söhbətləri zamanı hətta deyirlər ki, sizdə vəziyyət Rusiyadan da yaxşıdır”

- Əslində bu kimi hallar Fransa da olmuşdu, daha əvvəl ABŞ-da da olub. Amma real vəziyyət var. ABŞ, Fransa, Rusiya vasitəçidir. Bu mənada prosesi tənzimləmək məqsədilə görüşlər keçirirlər. Lakin bu, o demək deyil ki, separatçını qəbul etdi və onu tanıyır. Biz gözləyirik ki, 2018-ci ildə Qarabağ məsələsi canlanmalıdır və sülh prosesi sürətlənməlidir. Çünki 2017-ci ildə buna təkan verilmişdi, canlanmanı gördük, prezidentlər də görüşdü. Ona görə üç ölkədə seçkilərin eyni vaxtda keçirilməsi də imkan yaradır ki, Qarabağ prosesi yaz aylarından canlanmağa başlayacaq.

- Bəs, yenidən 5 rayonun qaytarılacağı söhbəti barədə nə demək olar?

- Bundan əvvəl sülh sazişi imzalanmalıdır.  Biz mərhələli həll yolunu istəyirik. Ermənilərsə qarantiya istəyirlər. Onlar deyir, nələrin veriləcəyi əksini tapsın. Amma beynəlxalq müşahidəçilər bu fikirdədir ki, status Azərbaycanın rəyi olmadan heç cür dəyişə bilməz. Yəni prosesdə bütövlükdə mərhələli həllə üstünlük verilir. Bu mənada proses bizim xeyrimizə gedir. Gözləntim odur ki, getdikcə sülh yolu ilə həll şansı daha da artır. Əslində regionda bölgü artıq baş verib. Yeni ittifaq, münasibətlər yaranır. Ermənistanın Avropa Birliyi ilə saziş imzalaması onu göstərir ki, əslində Rusiya da burada kompromisə gedir. Sabah Azərbaycan da bunu edəcək. Region kompromislər şəklində yavaş-yavaş oturuşur və bu da imkanlar yaradır. Sabah tərəflər problemi tezliklə həll etməyə maraqlı olacaq. Deyilir ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetməsi. Deməli, sintez nə ola bilər? Ancaq sərhədlər çərçivəsində bu ola bilər də. İlham Əliyev sonuncu dəfə təxminən Naxçıvan kimi muxtar respublika statusunu təklif etdi, bəlkə də ondan üstün. Qarabağ məsələsinin həllinin ondan başqa yolu yoxdur. Əslində problemin həlli demokratiyadan keçir. Nə zaman ki, burda da, orda da demokratiya oturuşacaq, onda nizamlama daha sürətli ola bilər. Lakin o vaxta qədər ciddi dəyişiklik gözləmirəm. Çünki Qarabağ özü də tərəflərə təzyiq vasitəsidir ki, “yavaş-yavaş dəyişin!” Ona görə də bu təzyiq vasitəsini əldən buraxmayacaqlar.

MilliYol.Az



Xəbərin oxunma sayı : 1195

loading...

Ölkə

Önəmli

Son xəbərlər

17 İYUN 2018

22:00 16 yaşlı oğlan Araz çayında boğularaq öldü

21:47 “Neftçi” Premyer Liqanın bombardirini transfer edib

21:30 Tərtərdə zəhərlənən pambıqçıların vəziyyəti necədir?

21:15 Arvadını vəhşicəsinə döyərək bıçaqlayan şəxs barəsində qərar verildi

20:57 2018-ci ildə Azərbaycan iqtisadiyyatının real artımı 1,5-1,8 faiz təşkil edəcək

20:42 Göygölə dolu düşdü, təsərrüfatlara ziyan dəydi - Foto

20:29 Saxlanılmış AXCP fəalları azadlığa buraxıldı

20:13 DÇ-2018: Serbiya minimal hesabla Kosta-Rikanı məğlub edib

19:55 Astarada yük maşınından yıxılan 19 yaşlı gənc ölüb

19:40 Kolumbiyada prezident seçkilərinin ikinci turu başlayıb

19:27 DÇ-2018: Misirli qolkiperdən maraqlı addım

19:14 Britaniyanın daxili işlər nazirinin telefonu oğurlandı

18:50 Bakıda 10 nəfərdən çox AXCP fəalı saxlanıldı

18:37 Ticarət müharibəsinin əsas döyüşçüsü - Tramp, qalib gələ biləcəkmi?

18:25 Kamboca şahzadəsi və onun həyat yoldaşı yol qəzasına düşüb

18:11 Bakıda velosiped 6 yaşlı uşağı vuraraq xəstəxanalıq edib

17:58 Nigeriyada iki partlayış nəticəsində 31 nəfər ölüb

17:44 DÇ 2018: Kosta Rika – Serbiya - start heyətlər

17:31 Meksikada yol qəzası zamanı 7 adam öldü

17:17 İki uşaq anasını maşınla vurub, öldürən sürücü niyə gizlədilir?

16:55 Bələdiyyə torpaqlarının alqı-satqısı proseduruna dair tələblər müəyyənləşib

16:40 Qarabağ münaqişəsini başlayanlardan biri öldü

16:28 Roma Papası abortları nasistlərin cinayətləri ilə eyniləşdirib

16:11 Azərbaycanlının restoranında dava: Ərəblərlə uruqvaylılar dalaşdılar

15:50 Azərbaycanla Ermənistan arasında son döyüşlərin yeni təfərrüatları

15:38 Azərbaycan neftinin qiyməti: 11-15 iyun həftəsinin yekunları

15:26 Əfqanıstanda baş vermiş partlayışda ölənlərin sayı 36 nəfərə çatdı

15:10 Nadir Qafarzadə ilk dəfə nikahdankənar övladından danışdı

14:54 Tərtərdə pambıq sahəsində 14 nəfər zəhərlənib

14:42 Xankəndi üzərində Ermənistanın “qırıcı”ları uçmayıb - Rəsmi açıqlama

14:28 Bu gün hava necə olacaq?

14:11 DİN: Axtarışda olan 15 nəfər saxlanıldı

13:40 Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd etdi

13:27 “Bakılı oğlanlar”dan Məmmədxanovun qızına TOY SÜRPRİZİ - Video

13:13 Türkiyə ordusu Qəndildə 35 terrorçunu məhv edib

12:55 Şamaxıda yük və minik maşınları toqquşub - 2 nəfər ölüb, 3 yaralı var

12:41 PKK təşkilatı İŞİD əsirlərini təhvil verdi

12:30 DÇ-2018: Braziliya və Almaniya mübarizəyə başlayır

12:15 Yaponiyada güclü zəlzələ olub

11:52 49 yaşlı azərbaycanlı bazarda adamları atəşə tutdu

11:39 Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb

11:29 Azərbaycanda yaşayan Türkiyə vətəndaşları üçün səsvermə başladı

11:13 “Şansımız vardı, ancaq mən ondan istifadə etmədim” - Messi

10:56 Ermənistan silahlı qüvvələri atəşkəsi 83 dəfə pozub

10:40 “Paşinyanın Qarabağa səfəri müharibəyə çağırışdır” – Rəsmi Bakı

10:19 Ermənistanda etiraz aksiyası keçirilir

10:00 Azərbaycanlı əsirlərə işgəncə verən general həbs edildi

16 İYUN 2018

19:30 DÇ-2018: Argentina İslandiya yığması ilə bacarmadı

18:52 Nəhəng piton evdar qadını uddu

18:21 “Beş ayda neft sektoruna 2,4 mlrd. dollar vəsait yönəldilib“

17:45 Ramil Usubov əmr imzaladı: Polis rəisi işdən çıxarıldı

17:30 5 tondan çox narkotik məhv edildi

17:14 Paşinyan istefa verəcək

16:58 Dövlət büdcəsində Bakının gəlirləri azaldılır

16:40 “Paşinyan ətraf rayonları qaytara bilər, ən təhlükəlisi budur ki...”

16:27 Zakir Həsənov: “Hər an hazır olmalıyıq“

14:33 Kür və Araz çaylarında çirklənmə səviyyəsi artıb

14:10 “Ötən gün ərzində 91 cinayət faktı qeydə alınıb, 24-nün üstü dərhal açılıb”

13:44 Türkiyə aviasiyası İraqda Kandil dağlarında əməliyyat keçirir

13:30 Nikol Paşinyan Dağlıq Qarabağa gedəcək

12:00 Məhbus məhkəmə binasında iki nəfəri güllələdi –ABŞ-da

11:49 “Türkiyə və ABŞ Suriyaya dair 90 günlük saziş imzalayıb“

11:33 İspaniyaya 3 qol vuran Ronalduya həbs cəzası verildi

11:20 Qızıl 26 dollardan çox ucuzlaşıb

11:08 Bu gün DÇ-2018-də dörd oyun keçiriləcək

11:00 Lotu Quli “Avropa obşakı”nı ələ keçirmək istəyir

10:45 Samux sakini iş yoldaşını qətlə yetirdi

10:30 Atəşkəs 86 dəfə pozulub

10:02 Sumqayıtda 51 yaşlı kişi dənizdə batıb

15 İYUN 2018

21:50 Azərbaycanda müəllimlər maaşla dolana bilirmi?

21:36 Şamaxıda sel və torpaq sürüşməsi fəsadlar törədib

20:40 Putinin Paşinyana yeni “sürprizi”

20:25 “Əhali 5 ayda 20 milyard manatdan çox gəlir əldə edib” – Rəsmi

19:41 Azərbaycanlılar sərxoş Amerika hərbçisini döydülər

19:12 “Qarabağ müharibəsinin həllini uzatmaq istəmirik“ - Rusiya XİN

18:50 Qazaxda dinc sakin ermənilərin açdığı atəş nəticəsində yaralanıb

18:27 Cəbhəboyu zonada hərbi birliyin təlimləri başa çatıb

16:55 Goranboyda iki yeniyetmə kanalda batıb

16:40 “Gürcüstanın TANAP-ın açılışında qatılmaması ölkədaxili siyasi vəziyyətlə bağlıdır“

16:20 Tarkan məşhur yatağını evindən atdı

15:40 “Ya Ermənistan bufer zonasını qaytaracaq, ya da Azərbaycan hücuma keçəcək...”

15:05 Gürcüstan Azərbaycandan yanacaq idxalını azaldıb

14:30 Novruz Məmmədov Azərbaycan xalqını sosial şəbəkə vasitəsilə təbrik etdi

14:10 Separatçı Dağlıq Qarabağ rejiminin keçmiş “müdafiə naziri“ azadlığa buraxılıb

13:40 Kreml: İlham Əliyev və Nikol Paşinyan görüşü barədə danışmaq hələ tezdir

13:12 Vladimir Putin Rusiya müsəlmanlarını təbrik edib

12:45 Tütün məmulatları tullantılarının ətraf mühitə atılması qadağan edildi

12:12 Yanğından sonra Narkoloji Mərkəzin yeni binası istifadəyə verilib –Sabunçuda

11:50 Tramp Krımı Rusiya ərazisi adlandırıb

11:40 Neftin qiymətləri yüksək qalacaq – “Fitch”

11:05 “Heç zaman qanunu pozmamışam”

10:33 Azərbaycanda bayram namazı qılınıb

10:12 "Azərbaycanda analoqu olmayan məzhəb mehribanlığı var"

0:15 Bu gün Azərbaycanda Milli Qurtuluş günüdür

0:09 Azərbaycanda Ramazan bayramı qeyd olunur

14 İYUN 2018

20:39 Kiyevdə partlayış: azyaşlılar yaralanıb

19:50 QMİ: Fitrə zəkatının məbləği adambaşı 5-10 manatdır

19:30 Növbəti “iPhone” modelinin təfərrüatları məlum olub

19:19 İlham Əliyev NATO sammitinə gedir

19:12 Cənubi Koreya və KXDR hərbi danışıqlara başlayıb - 10 il ərzində ilk dəfə

18:50 Respublika Narkoloji Mərkəzinin yeni binası istifadəyə verilib

17:55 «BMT Təhlükəsizlik Şurası «təhlükə şurası»na çevrilib» – Boliviya prezidenti

17:47 Rusiyada pensiya yaşı artırıldı – Amma pensiya məbləği ilə birlikdə…

17:43 Azərbaycan Qarabağda hücuma hazırlaşır?

17:38 Mourinyodan açılış oyunu ilə bağlı proqnoz

17:27 Öləndən sonra “dirilən” yazıçı

17:23 Bakıda ümumdünya aeronaviqasiya sammiti keçiriləcək

17:18 Permdə mason sammiti, Azərbaycan masonları da ora yığışdı

17:14 Azərbaycandan çıxarılan kapitalın həcmi 11% azalıb

17:09 Şimali Koreyanın gizli arsenalı : Kim bütün sirləri ABŞ-a açacaqmı?

17:05 3 ayda Azərbaycandan 603 milyon dollar çıxarılıb

16:55 Dindarlar ateistlərdən daha çox yaşayır? – Amerikalı alimlərin araşdırması

16:47 Həsən Ruhani Azərbaycan prezidentinə məktub göndərib

16:40 Ali məktəbə qəbul olmaq istəyənlər üçün ərizə qəbulunun vaxtı uzadılıb

16:36 Gürcüstanda baş nazirin istefası…- Milyarder İvanişvili siyasi səhnəyə qayıdır

16:32 Türkiyə ilə Rusiya S-500 raket komplekslərini birgə istehsal edə bilər

16:26 Türkmənbaşı güc strukturlarının rəhbərlərini dəyişdi

16:22 “Saxtakarlıq və üzv dövlətləri aldatma cəhdidir“

16:17 Bərdədə sürücü 59 yaşlı piyadanı vuraraq qaçdı

16:13 1200-dən çox britaniyalı azarkeşin Rusiyaya getməsi qadağan olunub- Səbəb



loading...
“Elçibəy gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib

“Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsi “Elçibəy Gənclərin gözü ilə” mövzusunda tədbir keçirib
Bu insanlar ölülərlə əlaqəyə girirlər və... - Tanınmış şaman hər şeyi açdı

Sosioloq, türkoloq, araşdırmaçı, TÜRKSOY-un üzvi, "Şaman. Təbiət qüvvələri oyananda" kitabının müəllifi, əslən xakas türklərindən olan və tanınmış şaman Timur Davletovun Publika.az-a müsahibəsi
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016